25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MİLYARDERLƏRİN TOQQUŞMASI – Yəhudi Kolomoyski, tatar Axmetov, yoxsa…

31 Mart 2019, 19:04
Araşdırma
A A
MİLYARDERLƏRİN TOQQUŞMASI – Yəhudi Kolomoyski, tatar Axmetov, yoxsa…

Son günlərdə dünyanın, xüsusilə də Avropanın gözü Ukraynada sabah keçiriləcək prezident seçkisindədir. Çünki bu ölkənin böyük güclərin hazırkı dünya savaşında nə qədər strateji əhəmiyyət kəsb etdiyini hər kəs anlayır. Bunu Ukraynada seçiciləri yönləndirməyə çalışan siyasi və maliyyə mərkəzləri də yaxşı başa düşürlər. Bu baxımdan seçkidə 40-dək namizədin iştirakı da təsadüfi deyil və ölkənin necə mürəkkəb bir siyasi dönəmdən keçdiyinin daha bir göstəricisidir.

Əvvəllər də qeyd edildiyi kimi, rəy sorğularının nəticələri 3 əsas namizədin üzərində dayanmağa əsas verir – şoumen Vladimir Zelenski, sabiq baş nazir Yuliya Timoşenko və hazırkı prezident Pyotr Poroşenko. Son reytinqlər V.Zelenskinin 26 faiz, Poroşenko ilə Timoşenkonun isə 17 faiz civarında seçici tərəfindən dəstəkləndiyini göstərir. Bu isə ikinci turun keçirilmə ehtimalının 100 faizə yaxın olduğundan xəbər verir. Nəzərə alsaq ki, bu nəticələrə görə 3 namizədin alacağı ümumi səs sayı 60 faizəyaxındır, onda hər şeyin ikinci tura keçə bilməyən nüfuzlu namizədlərin kimə dəstək verəcəklərindən asılı olduğu görünər.

Zelenski qalib gəlir və Kolomoyski qisas alır…

zelenskiy-kolomoyskiy88-650x365

Bu arada sosial mediada seçkinin 5 əsas reytinqli namizədin şəxsi maddi imkanları və arxalandıqları maliyyə dayaqları barədə məlumatlar dərc olunub. Həmin məlumatlardan aydın olur ki, birincisi, sözügedən namizədlərin əksəriyyəti kifayət qədər imkanlı şəxslərdir, ikincisi isə onların demək olar hər birinin arxasında hansısa maliyyə gücünün, oliqarxın dəstəyi var.

Məsələn, ölkədə hamı bilir ki, yarışın lideri olan V.Zelenski məşhur yəhudi milyarder İqor Kolomoyskiyə olduqca yaxın şəxsdir. Məhz bu məqam Zelenskinin hazırkı populyarlığında və maliyyə durumunda əhəmiyyətli rol oynasa da, digər tərəfdən seçkidə onun əleyhinə işləyən cəhətlərdən biridir. Çünki seçicilərin böyük əksəriyyəti ölkənin hazırkı çətin iqtisadi durumunun əsas baiskarı olaraq məhz oliqarxları və onların hakimiyyətdəki adamlarını görürlər.

Hələlik ən şanslı namizəd sayılan Zelenskinin şəxsi kapitalına gəlincə, onun Kolomoyskinin sahibi olduğu “Kvartal TV” şirkətində 15 faizlik payı, eləcə də əyləncə və restoran biznesində 7 şirkəti var. Həmçinin, bu şoumenin ofşorlarda qeydiyyata alınmış 5 xarici şirkəti mövcuddur. Onun həyat yoldaşı isə Ukraynada balıqçılıq sənayesində məşhur olan “Zerali Fish” şirkətində 25 faizlik paya malikdir. Əlbəttə ki, bütün bunların əldə olunmasında İ.Kolomoyskinin müstəsna rolu olub və Zelenskinin prezident olacağı təqdirdə yəhudi oliqarxın qarşısında hansı imkanların açılacağını təsəvvür etmək bir o qədər çətin deyil. Onu da qeyd edək ki, Kolomoyski bir zamanlar Poroşenko ilə hətta dostluq sayıla biləcək xoş münasibətlərdə olsa da, ikincinin prezident seçiləndən sonra köhnə tanışını milyardlıq layihələrdən kənarda qoyması onların arasında gərginliyə, hətta düşmənçiliyə səbəb olub. Bəzi müşahidəçilər hətta Zelenskinin önə çəkilməsi və seçkidə iştirak edərək liderliyi ələ almasını Kolomoyskinin Poroşenkodan qisası kimi də qiymətləndirirlər.

Poroşenko: şokoladdan şüşə istehsalına qədər…

Poroshenko-6_0

Seçkiyə az müddət qala reytinqlərdə xeyli irəliləyən Pyotr Poroşenko hələ prezidentliyindən xeyli əvvəl ölkənin ən varlı adamlardan biri sayılıb. Onun rəsmi qaydada birbaşa özünün olmasa da, müxtəlif adlar altında 100-dən artıq şirkətə sahib olduğu bildirilir. Bu şirkətlər az qala ölkə iqtisadiyyatının bütün sferalarını əhatə edir. Buraya məşhur “Roshen” konditer şirkətindən tutmuş, şüşə istehsalı və hətta çörək zavodlarına qədər, bir çox biznes strukturları daxildir. Bu şirkətlər ona məxsusluğu şübhə doğurmayan “Ukrprominvest” adlı maliyyə-sənaye qrupunda birləşir. Həmçinin, korrupsiya araşdırmaları ilə məşğul olan beynəlxalq OCCRP təşkilatının məlumatına görə, Ukraynanın hazırkı prezidentinin Virciniya adalarında“Prime Asset Partners Ltd” adlı böyük ofşor şirkəti də var.

Ancaq bəzi müşahidəçilər bildirirlər ki, Poroşenko öz prezidentliyi dövründə əvvəlki maliyyə imkanlarını xeyli itirib və onun varidatı prezidentlikdən əvvəl 1 milyard dollarıötürdüsə, hazırda 600 milyon dollar civarındadır. Bu da onun seçkidən əvvəl söz verdiyi kimi, özünə aid bir sıra sahələrdəki biznes maraqlarından imtina etməsilə əlaqələndirilir.

Daha bir maraqlı məqam isə Ukraynanın ən varlı adamı, milliyətcə tatar olan Rinat Axmetovun dolayısı yolla Poroşenkonu dəstəkləməsinə dair səsləndirilən fikirlərdir. Varidatı 5 milyard dollar civarında qiymətləndirilən Axmetov əvvəllər daha çox Rusiyanın maraqlarına xidmət edən siyasi qüvvələrin dəstəkçisi kimi tanınırdı. Onu “Donbasın sahibi” də adlandırırdılar. Lakin məlum hərbi əməliyyatlardan sonra Axmetovun həmin ərazidəki əvvəlki nüfuzu aradan qalxdı və hətta bəzi hesablamalar görə 20 milyard dollara yaxın varidatı “əriyərək” 2-3 milyarda qədər azaldı. Lakin sonradan Poroşenko ilə “dil tapması” nəticəsində ölkənin enerji sektorunun əhəmiyyətli hissəsi onun tam nəzarətinə keçdi və bu da Axmetovun daha da varlanmasına yol açdı. Bütün bunların müqabilində isə əslən Rusiyanın Mordoviya vilayətindən olan Axmetov əvvəllər himayə etdiyi Ukraynadakı rusiyameylli siyasi qüvvələrə dəstəyini azaldaraq, onların parçalanmasına nail ola bildi. Hər halda, Ukraynadakı bəzi rusiyapərəst siyasi təhlilçilər bu fikirdədirlər və onlar bildirirlər ki, Axmetovun hazırkı fəaliyyəti Poroşenkonun hakimiyyətdə qalmasına xidmət edir.

Timoşenko: əmlak biznesi, enerji sektoru və sair…

timosenko

Sabiq baş nazirin maliyyə imkanları Poroşenko ilə müqayisə ediləcək qədər olmasa da, kifayət qədər yüksək qiymətləndirilir. Y.Timoşenkonun həyat yoldaşının adına rəsmi olaraq, “Ledi Yu” adlı iri kosmetika və enerji sektorunda çalışan “Hermes” şirkəti qeydiyyatdadır. Həmçinin, prezidentlik yarışının liderlərindən olan Timoşenkonun qızına 2 iri əmlak şirkəti aiddir, həmin xanım daha dörd şirkətdə isə müxtəlif faizlərdə paylara malikdir.

boyko

Daha bir nüfuzlu namizəd sayılan və Rusiya ilə yaxınlaşmanın ən böyük tərəfdarı olanYuri Boyko da kasıb deyil. Uzun illər Ukraynanın enerji sektorunda yüksək vəzifələr tutmuş və adı bir sıra maxinasiyalarda hallandırılan Boykonun ailəsinə bir neçə əmlak şirkəti və yanacaq satışı ilə məşğul olan şirkətlər aiddir. Onun əsas himayədarı və maliyyə dayağı isə rəsmi Moskvaya yaxınlığı ilə seçilən milyarder Dmitri Firtaşdır. Bu milyarder vaxtilə Yanukoviçin hakimiyyətə gəlməsində mühüm rol oynayıb və ona maliyyə dəstəyi göstərib. Hazırda isə ABŞ-da ona qarşı korrupsiya, rüşvət vermə ittihamı ilə cinayət işi açılıb.

qrsenko

5-liyi qapadan sonuncu namizəd sabiq müdafiə naziri Anatoli Qritsenko maliyyə baxımından digərlərindən geri qalmasına baxmayaraq, o da kasıb sayıla bilməz. Onun ailəsinin böyük nəşriyyat evlərində, eləcə də hasilat sənayesi və turizm şirkətlərində payı var.

Bütün yuxarıda qeyd edilənləri və əsas namizədlərin maliyyə dayaqlarını nəzərə alan Ukrayna mətbuatı isə hesab edir ki, bu prezident seçkisi təkcə siyasi mübarizə yox, həm də oliqarxların savaşıdır. Ona görə də ölkənin gələcəyinə pessimist yanaşan təhlilçilər bildirirlər ki, bu seçki heç nəyi dəyişməyəcək, yalnız hansısa oliqarx digərlərinin üzərində qələbə qazanacaq və daha çox varlanmaq imkanı əldə edəcək.

Cəlal MƏMMƏDOV
AzPolitika.info

Əvvəlki yazı

Hüseynqulu Bağırovun İtaliyada tarixi binada oteli üzə çıxdı

Sonrakı yazı

“AccessBank”ı niyə tərk edirlər? – “Batan və özünü rüsvay etmiş bank…”

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.