15-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Hakimiyyətə dalbadal iki zərbənin nəyi pisdir?” – Tofiq Yaqublu

28 Mart 2019, 10:40
Cəmiyyət
A A
“Hakimiyyətə dalbadal iki zərbənin nəyi pisdir?” – Tofiq Yaqublu

“Əvvəlcə Müsavat Partiyası 7 aprel tarixinə mitinq təyin etdiyini elan etdi, dünən isə Milli Şura 6 aprel tarixinə mitinq təyin etdiyini açıqladı”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib. O, bildirib ki, bəziləri, Milli Şuranın niyə bir gün əvvələ mitinq təyin etməsi haqda ona suallar verir: “Əvvəla, mən həmişə demişəm ki, kütləvi aksiya keçirmək heç bir siyasi qüvvənin inhisarında ola bilməz və hamı kütləvi aksiya keçirməkdə sərbəstdir. Yalnız bir siyasi blokda olan və bundan doğan öhdəlikləri olan siyasi partiyaların bir-birindən xəbərsiz mitinq təyin etməsi suallar doğura bilər.

Yeri gəlmişkən, İctimai Palatanın əsasnaməsinə görə, bu quruma daxil olan partiyaların ayrı-ayrılıqda mitinq keçirmək hüququ var idi.

Milli Şura, hələ Novruz Bayramından və Müsavat Partiyasının 7 aprel tarixinə mitinq təyin etməməsindən əvvəl aprelin 6-da mitinq keçirmək haqqında razılığa gəlmişdi. MŞ-nın qaydalarına görə, mitinq elan edilən andan dərhal onun qızğın təbliğatına başlanılmalıdır. Əgər biz bu qərarı bayramdan əvvəl versəydik, onda bayram günlərində qızğın təbliğatla məşğul olmalı idik. Elə 30 mart tarixinə də məhz bu səbəbdən təyin edilmədi. Çünki bayramla əlaqədar bir həftəlik tətil olduğuna görə, bu halda da icra hakimiyyətinə müraciət bayramdan əvvəl göndərilməliydi.

19 yanvar mitinqindən sonra Milli Şura iki həftə aralığı ilə sistemli olaraq mitinq elan edib və rəsmi müraciət göndərib. Kimsə, düşünürsə ki, bayramla əlaqədar labüd fasilə də daxil olmaqla bu qədər uzun aradan sonra Milli Şuranın mitinq keçirmək planı olmayıb, səhv edir. Ölkənin iki ən güclü demokratik qüvvələrin dalbadal mitinq təyin etməsinin nəyi pisdir ki?

Təsəvvür edin ki, hər iki mitinqə icazə verildi, belə halda rejimə dalbadal iki tutarlı zərbənin vurulmasının nəyi pisdir? Bir də ki, bilə-bilə ki, elan edilmiş mitinqlərə icazə verilməsi ciddi sual altındadır, onda bu narahatlıq nəyə lazımdır”. 

T. Yaqublu bildirib ki, indiki reallıqda onların heç birinə icazə verilməyəcəyi daha çox gözlənəndir: “Birinə icazə verərlərsə, hamı yığılıb həmin o birində iştirak edərik. Hər ikisinə icazə verilərsə, bayaq dediyim kimi, rejim bizdən dalbadal iki güclü zərbə alar. Praktika göstərir ki, hakimiyyət bazar günlərinə və “Məhsul” stadionundan kənara təyin edilmiş mitinqlərə icazə vermir. İllah da ki, yürüşlərə. Həm də bu səbəbə görə Milli Şura növbəti mitinqini ertələyə bilməzdi. Odur ki, dedi-qodulara fikir vermədən, heç nə olmamış kimi Milli Şuranın 6 və Müsavat Partiyasının 7 aprel mitinqlərinə hazırlaşın. Rejimin dəyişdirilməsi uğrunda səmimi mübarizə aparanlar, bu yolda səmimi mübarizə aparan siyasi qüvvələrin kütləvi etirazlar üçün yaratdığı imkanlara sevinməli və bu imkanlardan maksimum yararlanmağa çalışmalıdırlar. Əgər, bir demokratik siyasi qüvvə kütləvi aksiya haqqında qərarını elan etdikdən sonra, başqa bir demokratik qüvvə eyni günə, eyni saata paralel aksiya təyin etsəydi, bu haqda düşünmək olardı”.

Əvvəlki yazı

Deputat oğlunun da xaricdə fabriki varmış

Sonrakı yazı

Prezident yanğınla bağlı tapşırıq verdi

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00
Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

14 Avqust 2025, 10:54
Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

14 Avqust 2025, 10:53
Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

14 Avqust 2025, 10:47
Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

14 Avqust 2025, 10:45
Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.