08-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ceyhun Bayramovun Tovuzdakı kadrı təhsil işçilərini ayağa qaldırdı: “Nazir hara baxır? – Video

27 Mart 2019, 12:50
Gündəm
A A
Ceyhun Bayramovun Tovuzdakı kadrı təhsil işçilərini ayağa qaldırdı: “Nazir hara baxır? – Video

Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova elə bir cəngəllik qanunları ilə idarə olunan şərait yaradıb ki, məktəb direktorları min hoqqadan çıxırlar. Təhsil naziri Ceyhun Bayramov isə Tovuz təhsilində baş verənlərə görə V.Hüseynovaya “gözün üstə qaşın var” söyləmir.

Ona görə təhsil şefi Tovuzda ona biət edən orta məktəb direktorlarına, peşə məktəblərinə böyük “azadlıq”lar verib ki, onun istəklərini yerinə yetirsinlər.

Onlardan biri də Tovuzun Əyyublu kənd orta məktəbində direktor Cəmşid Sadıqovdur. C.Sadıqovdan şikayətçilərin sayı getdikcə artmaqdadır və onun qanunsuz hərəkətlərini ifşa etməkdədirlər.

Bu dəfə Elçin İsayevbaşına gətirilən müsibəti danışıb. O, Tovuzun Əyyublu kənd orta məktəbində bufet işlədirmiş və bununla həm çörək pulu qazanırmış, ailəsini birtəhər dolandırırmış, həm də şagirdlərə normal xidmət göstərirmiş.

Cumhuriyyet.net-ə video müraciətində E.İsayev deyib ki, məktəbin direktoru Cəmşid Sadıqov onu çörəksiz qoyub. Günün birində gəlib görüblər ki, onun həyat yoldaşı Gülarə İsayevanın işlətdiyi bufeti dağıdıb-töküblər, malları çölə atıblar.

Bunun səbəbini heç nə ilə izah etmək olmaz.Çünki məktəb direktoru bufeti oğluna və gəlininə həvalə edib, öz ailə podratını yaradıb, kiçik monopolistə çevrilib.

E.İsayevin sözlərinə görə, polisə və Tovuz təhsil şöbəsinə müraciət ediblər, rayon icra başçısının qəbulunda olublar: “Validə Hüseynova mənə dedi ki,Cəmşid Sadıqov özü bilər, məktəb onundur, bufeti necə işlədər, ona qalıb.

Deməli, bu adama şəraiti təhsil şöbəsi müdiri yaradıb. Amma icra başçısı sağ olsun, bizi dinlədi, Validə xanıma tapşırdı ki, məsələni yoluna qoysun, dedi ki, bu adamların haqqı tapdanıb.

Təhsil şöbəsinin müdiri isə bizi aldatdı, vədinə əməl eləmədi, icra başçısının göstərişini yerinə yetirmədi. Bizi get-gələ saldı, həll etməyə söz verdi, amma yalançı çıxdı, çünki Cəmşid Sadıqovla əlbirdirlər.

İndi Əyyublu məktəbində antisanitariya vəziyyətində mal satırlar. Oranı gedib nazirlik yoxlamalıdırlar. Mən valideynlərə müraciət edirəm, övladlarınız məktəbə gedir, gedib bufetə bir nəzarət edin”.

E.İsayev iddia edir ki, bu məktəbdə ancaq pul keçir: “Qışdahər ay, hər şagirddən 1 manat alırlar, adını qoyurlar ki, istilik sobası üçün alınıb. Amma bu məktəb Heydər Əliyev Fondu tərəfindən tikilib, qazanxana sistemi var, elektrik  peçlərinə ehtiyac yoxdur.

Bundan başqa, məktəbdə neçə adamı texniki işçi kimi rəsmiləşdiriblər, başqalarına yerləri süpürdüblər. Bütün bu özbaşınalıqları eləməyə təhsil şöbəsinin müdiri şərait yaradıb”.

Amma Elçin İsayev Tovuz təhsil şöbəsi müdiri ilə məktəb direktorunun tək qurbanı deyil. V.Hüseynova ilə C.Sadıqovun təhsil sahəsində qanunsuz əməllərindən növbəti şikayətçi məktəbin texniki işçisi Aygün Əliyevadır.

O, bundan əvvəl mətbuata və hüquq-mühafizə orqanlarına müraciət eləmişdi. Lakin C.Sadıqova özündənrazı formada deyib ki, mənə kimsə bata bilməz, pulumu verib, işi həll eləmişəm.

A.Əliyeva bildirir ki, borca-xərcə düşüb 2000 manat düzəldərək məktəb direktoruna “şirinlik” verib, C.Sadıqov onu texniki işçi kimi götürüb, ayda 110 manat maaş vəd verib:

“İki ay 110 manatımı özünə götürdü, sonra 1 ay verdi,növbəti ay 80 manat verdi. Dedi ki, maliyyə kəsilib, ştatlar azalıb.

Sonrakı ay 60 manat verdi və yenə eyni yalanları danışdı. Hazırda ayda 30 manat maaş alıram, bu pulla dolanmaq olar? Bu pula kim yer süpürər?

Bəs mən 2 min manatı vermişəm, kreditə girmişəm ki, ayda 30 manat maaş alım? Niyə Cəmşid müəllim fikirləşmir ki, bəs mən övladlarımı necə saxlayacam? Mən verdiyim pulu geri tələb edirəm və prokurorluğa şikayət eləmişəm. Ancaq baxılmır, Cəmşid Sadıqov deyir ki, heç kəsdən qorxmuram. Çünki Validə Hüseynova bu şəraiti yaradıb və bu adam hər məktəbdə hamıdan 20 manatalır”.

A.Əliyevanın sözlərinə görə, müraciətinə Təhsil Nazirliyi baxmayıb: “Qul bir ayı 30 manata işləmir, yer süpürmür. Öz oğlunun, gəlininin, kürəkəninin maaşı kəsilmir, məndə kəsilir.

Onu da deyim ki, istərsə 80 manat, istərsə 35 manat alanda, hər ay 20 manatını “haqq” olaraq məndən alırdı. Bu haqsızlığı, vicdansızlığı Allah götürməz.

İndi sual edirəm – 30 manatın 20 manatını direktora versəm, mənə 10 manat qalır, bəs iki övladımı necə oxudum? Mən qulam, nökərəm yoxsa vətəndaşam?

Görəsən Tovuz təhsil şöbəsi və Təhsil Nazirliyi hara baxır? Cəmşid Sadıqovla bacarmırlar? Təhsil şöbəsinin müdir Validə xanım mənə deyir ki, maaş məsələsi indi mümkün deyil, bəlkə sentyabrda düzələr.”.

Əyyub məktəbinin kimya laborantı işləmiş Dursun Əlməmmədova da şikayətçidir. O, 1 il, 2 aydır maaş almır: “Məktəb açılandan burda işləmişəm. Amma laborantların fəaliyyəti dayandırılıb,guya avadanlıq yoxdur.

Biz təhsil şöbəsinə müraciət elədik, dedilər ki, nazirlik nə vaxt laboratoriyanı vadanlıqla təmin edər, onda işləyərsiniz.

Fondun açdığı məktəbdə avadanlıq yoxdursa, bəs nazirlik hara baxıb? Bizim halımızı niyə fikirləşmirlər? Biz maaş almırıq, bu qədər işçi işsiz qalıb”.

Bir sözlə, şikayətçilər bir deyil, iki deyil. Tovuz təhsil şöbəsi müdirinin yaratdığı dərəbəylik nəticəsində məktəb direktorları təhsil ocaqlarını şəxsi dükanı kimi işlədirlər, öz yaxınlarına maaş yazdırırlar, işçilərin başına oyun açırlar. Bu mənzərə təhsil naziri C.Bayramova nəzərləri yönəldir, söz onundur…

Cumhuryyet.net

Əvvəlki yazı

Xarici Kəşfiyyat Xidmətinin rəisinə general-leytenant ali hərbi rütbəsi verilib- Sərəncam

Sonrakı yazı

“DİQLAS”dakı SAHİBKARLAR ETİRAZ AKSİYASI KEÇİRİBLƏR – Video + FOTOLAR

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

07 Avqust 2025, 16:04
ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

ABŞ-də İlham Əliyevi müşayiət edən kortej – Video

07 Avqust 2025, 15:33
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib

07 Avqust 2025, 15:31
Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

07 Avqust 2025, 14:15
“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

“Bu cür iddialar əsassız, boş, axmaq söhbətlərdir” — Artur Rasizadədən açıqlama

07 Avqust 2025, 14:12
7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

7 nəfərin öldüyü qəzadan görüntülər – Foto-Video

07 Avqust 2025, 14:09
Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

Azərbaycan yığmasının 27 yaşlı üzvü vəfat etdi

07 Avqust 2025, 13:52
“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

“Qabiliyyət imtahanları jurnalistikaya xidmət etmədi və etməyəcək” — Fadil Paşayev

07 Avqust 2025, 13:50
DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət edib

07 Avqust 2025, 13:24
Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terrorşuz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.