Prezident İlham Əliyev Orxan Sultanova general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
“Report”un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilib.