04-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Allahın ümidinə buraxılan Abşeron Gənclər Şəhərciyi zibilin içində batır – FOTO

25 Mart 2019, 15:41
Cəmiyyət
A A
Allahın ümidinə buraxılan Abşeron Gənclər Şəhərciyi zibilin içində batır – FOTO

Bakı-Sumqayıt magistral yolunun kənarında, Xırdalan qəsəbəsinə yaxın ərazidə yerləşən Abşeron Gənclər Şəhərciyi adlanan qəsəbənin idarəçiliyində, təmizliyində olduqca açınacaqlı bir durumun yarandığı bildirilir. Həmin şəhərciyin sakinlərinin Azinforum.az-a verdikləri məlumatda bildirilir ki, əhalidən hər yaşayış kvadrat metr üçün 25 qəpik komunal ödənişlər yığılsa da, həmin pulların hara xərcləndiyi nəzərə çarpmır:

” Bloklarda olan liftlər çox bərbad vəziyyətdədir. Tez-tez xarab olan liftlərin düzəldilməsi bəzən aylarla çəkir. Kompleksə lift xidmətini “Uğur Lift” adlı şirkət həyata keçirir. Onlara nasazlıqla bağlı zəng vuranda deyillər ki, ehtiyat hissəsi Almaniyadan gəlməlidir. Bu səbəbdən də biz aylarla liftlərin təmirini gözləməli oluruq. Zibillər günlərlə atılmır. Ona görə də, şəhərcidkdə antisanitar vəziyyət hökm sürür. Küçə itləri o qədərdi ki, valideynlər övladlarını məktəbə və bağçaya qorxa-qorxa aparırlar. Tez-tez qazıntı işləri aparılır. Ancaq aylarala hansısa boruda olan sızmaya əncam çəkilmir və nəticədə şəhərcik sanki müharibə vəziyyətində olan ərazini xatırladır. Qazıntı işləri bitəndən sonra isə həmin yerə təkrar asfalt örtük vurulmur. Blokların işıqlandırılması şəhərcikdə ödəniş toplayan MMC-nin üzərində olsa da, yanan lampaları sakinlər dəyişməyə məcbur olur. Həmin MMC-yə rəhbərlik edən Elman adlı şəxsi isə tapıb əlaqə yaratmaq qeyri-mümkündür. Binaların ətrafında təhlükəsizlik kameraları yoxdur. Bu səbəbdən də, tez-tez baş verən oğurluqların qarşısını almaq və edilən cinayətlərin üstünü açmaqda polis çətinlik çəkir. Ancaq şəhərcikdə olan yeganə və çox gəlirli avtoyuma boksu pul yığan komendatlara məxsusdu. Onlar gün ərzində yuyulan avtomobilləri sayıb, haqq-hesablarını düz aparmaq üçün həmin boksun ətrafına bir necə rakursdan çəkən müşahidə kameralar quraşdırıblar. Avtomobillərin saxlanması üçün yeraltı qaraj isə hansısa bankın sərancamına verilib. Onlar krediti ödəməyən, üzərinə həbs qoyulan avtomobilləri kütləvi şəkildə gətirib həmin qaraja yığırlar. Nəticədə sakinlər avtomobillərini hətta pul müqabilində qarajda saxlaya bilmir. Komunal ödəniş bir gün gecikən kimi isə komendatlar qanunsuz olaraq mənzilə verilən elektrik enerjisini kəsdirirlər. Sakinin işlətdiyi enerji ilə bağlı Azərenerjiyə borcu olmadığı halda, ona elektrik enerjisinin verilişi bir komendantın göstərişi ilə dayandırılır. Sakinlər işlətdikləri elektrik enerjisinə nəzarət etmək kimi imkandan mərhum ediliblər. Çünki bütün sayğaclar binaların zirzəmisinə yerləşdirilib, açarlar isə şəhərciyin komendatlarında olur. Bir sözlə, burada olduqca acınacaqlı vəziyyət hökm sürür. Bir az haqqını tələb edən adamlara isə deyillər ki, binalar AKKOR şirkətinə məxsusdu, arxasında böyük adamlar durur, şikayətin heç bir faydası yoxdur. Çox xahiş edirik ki, şəhərcikdəki real və acınacaqlı vəziyyəti əlaqədar qurumların diqqətinə çatdırasınız”.

Çinarə SEYİDOVA,

AZİNFORUM.AZ

Əvvəlki yazı

Afət Floraya Qarşı Həddi Aşdı: “Bunun Yiyəsi, Oğlu, Qızı Yoxdu? Bu Rəhmətliyə…. – BİABIRÇI AÇIQLAMA

Sonrakı yazı

Azinforum.az İnformasiya Portalı 5 yaşına çatdı

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.