23-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

RUSİYANIN “XORUZUNUN QUYRUĞU” GÖRÜNDÜ – Moskva Ukraynada seçkilərə bir neçə gün qalmış namizədini açıqladı

24 Mart 2019, 10:15
Manşet
A A
RUSİYANIN “XORUZUNUN QUYRUĞU” GÖRÜNDÜ – Moskva Ukraynada seçkilərə bir neçə gün qalmış namizədini açıqladı

Ukraynada martın 31-də keçiriləcək prezident seçkisi öncəsi namizədlər artıq formalaşmış reytinq cədvəlində dəyişiklik etmək üçün mümkün olan bütün üsullara əl atmaqdadırlar və seçki yaxınlaşdıqca, əsas “kozırlarını” paylaşırlar.

Uzun müddətdir ki, Ukraynada Viktor Yanukoviçi əvəzləyəcək siyasi qüvvə axtarışında olan rəsmi Moskvanın da kimə stavka etdiyi artıq aydınlaşır. Belə ki, baş nazir Dmitri Medvedev martın 22-də prezidentliyə şanslı namizədlər siyahısında ilk dördlüyə düşən Yuri Boykonu qəbul edib. Seçkiyə cəmi 9 gün qalmış baş tutan bu görüş Ukraynada böyük əks-sədaya səbəb olub və bununla da, Rusiyanın seçkidə kimi qalib görmək istədiyi kəsinləşib.

Y.Boyko əksər sorğuların nəticələrinə görə, hazırkı prezident Pyotr Poroşenko ilə 3-4-cü yerləri bölüşdürür. Onun Medvedevlə görüşə qədər də Rusiya ilə yaxınlaşmanın tərəfdarı olan seçicilərin səslərinə iddia etdiyi məlum idi. Onu da qeyd edək ki, Ukrayna əhalisinin sosial durumunun ürəkaçan olmaması, xalqın “narıncı inqilabdan” və Avropaya inteqrasiyadan gözləntilərinin özünü doğrultmaması insanları hazırkı hakimiyyətdən və onun xəttini tutan digər siyasi qüvvələrdən xeyli narazı salıb. Bir çoxları Rusiya ilə daha yaxın münasibətlərin tərəfdarı olan qüvvələrə tərəf yönəlməyə başlayıblar. Belə siyasi qüvvələrin də arasında ən nüfuzlusu məhz Y.Boykonun rəhbərlik etdiyi partiya sayılırdı. Boykonun özünə gəldikdə isə, o, Ukraynadan qaçan Yanukoviçin hakimiyyəti dövründə ölkənin energetika naziri və baş nazirin müavini kimi postlar tutub. Hətta energetika sahəsindəki səmərəli xidmətlərinə görə 2004-cü ildə “Milli qəhrəman” adına da layiq görülüb.

boyko

Bütün bunlarla yanaşı, sözügedən namizəd seçki kampaniyası dövründə rəsmi Moskva ilə yaxınlaşmanın tərəfdarı kimi görünsə də, Ukrayna əhalisinin böyük hissəsinin Rusiyaya düşmən gözü ilə baxması, Krımın və Donbasın işğalı, hərbi əməliyyatlar zamanı çoxlu sayda ukraynalının məhz rus ordusunun iştirakı və dəstəyilə qətlə yetirilməsi faktlarını nəzərə almaya bilməzdi. Bu üzdən Y.Boyko seçicilərə Rusiyaya olan münasibətini bir qədər ehtiyatla çatdırmağa çalışırdı. Elə buna görə də onun Moskvaya səfəri Ukraynada çoxları üçün gözlənilməz olub. Hələ bu da azmış kimi Medvedevin iştirakı ilə keçirilən görüşdə Rusiya “Qazprom”unun rəhbəri Aleksey Millerin Rusiyanın Ukraynaya ucuz qiymətə təbii qaz satmağa hazır olduğuna dair bəyanat verməsi vəziyyəti biraz da qəlizləşdirib.

Qeyd edək ki, Miller Ukraynaya təbii qazın indikindən 25 faiz ucuz qiymətə satılmasının mümkün olduğunu deyib.

Beləliklə, Rusiya açıq şəkildə heç bir səlahiyyəti olmayan bir şəxsi baş nazir səviyyəsində qəbul edərək, ona bu cür vədlər verməklə artıq birmənalı olaraq, kimi dəstəklədiyini biruzə verdi. Təbiidir ki, bu addımı istər hakimiyyəti, istərsə də müxalifəti təmsil edən əksər siyasətçilər Rusiyanın növbəti dəfə Ukraynanın daxili işlərinə çox kobud müdaxiləsi kimi qiymətləndiriblər.

Həmin görüşdə daha bir rusiyameylli ukraynalı siyasətçi, seçkidə Boykonu dəstəkləyənViktor Medvedçuk da iştirak edib. Görüşdə Ukraynanın hazırkı hakimiyyətindən Rusiyanın baş nazirinə şikayət edən V.Medvedçuk bununla Boykonun zədələnmiş reputasiyasını tamamilə yerlə bir edib.

medvedcuk4

Onu da qeyd edək ki, Medvedçuk Ukraynada Rusiyanın ən qatı tərəfdarlarından biri kimi tanınır və onun böyük var-dövlətə sahiblənməsində rəsmi Moskva ilə əlaqələrinin mühüm rol oynadığı bildirilir. Qeyri-rəsmi məlumatlara görə, hazırda onun 500 milyon dollara yaxın varidatı var. Və nəhayət, bu şəxsə rəsmi Moskva ilə qaranlıq və şübhəli əlaqələrinə görə 2019-cu ilin fevral ayında Ukrayna Baş Prokurorluğu tərəfindən “vətənə xəyanət” və “separatçılıq” maddələrilə cinayət işi açılıb.

Ukraynadakı siyasi təhlilçilər bildirirlər ki, bu görüşdən sonra Boykonun xüsusilə qərbi və mərkəzi Ukraynada səs alması artıq mümkünsüz görünür. Onların fikrincə, ukraynalılar yaxın gələcəkdə rusiyameylli namizədə səs verməyəcəklər. Həmçinin, təhlilçilər Rusiyanın həmişəki kimi, çox kobud və savadsız xarici siyasət apardığını bildirirlər. Bu fikri onunla əsaslandırırlar ki, rəsmi Moskva Boykonu qəbul edib, təbii qazı 25 faiz ucuzlaşdırmağa hazır olduğunu açıqlamasına paralel olaraq, işğal etdiyi Donetsk və Luqanskda yaşayanlara Rusiya pasportları verməyə başlayıb. Yəni ki, “böyük qardaş” bir tərəfdən heç vaxt prezident olmayacaq birilə görüşdə guya Ukraynaya güzəştlər edir, digər tərəfdən də bu ölkənin bir hissəsinin işğalını həyasızcasına rəsmiləşdirir.

Boykonun bundan sonrakı taleyinə gəldikdə isə, müşahidəçilər onun reytinqinin çox sürətlə enəcəyini proqnozlaşdırırlar. Çünki əgər bu görüşdən əvvəl ona təkcə rusiyameylli seçicilər yox, həm də onu yaxşı təsərrüfatçı və təcrübəli siyasətçi kimi qəbul edənlər də səs verməyə hazır idilərsə, indi ikincilər bu fikirlərindən daşınacaqlar. Və ümumiyyətlə, Ukraynada çoxları Boykonun Medvedevlə görüşünün birincinin xeyrinə deyil, əksinə, ziyanına işlədiyini bildirirlər. Ona görə də təhlilçilərin əksəriyyəti Moskva görüşündən sonra Boykonun artıq “siyasi meyitə” çevrildiyi qənaətindədirlər…

C.Məmmədov
AzPolitika.info

Əvvəlki yazı

“Coca-Cola”nın içindən siçan leşi çıxdı (VİDEO)

Sonrakı yazı

Generallar təcili sərhəddə toplaşdı – Hücum əmri veriləcək?

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.