10-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

NAZARBAYEVİN SİYASİ VARİSİ KİM OLACAQ? –”Onu artıq Putinə təqdim ediblər”

20 Mart 2019, 12:35
Manşet
A A
NAZARBAYEVİN SİYASİ VARİSİ KİM OLACAQ? –”Onu artıq Putinə təqdim ediblər”

Mansur Mirovalev

“Əl-Cəzirə”, 20.03.2019

 

Neftlə zəngin Qazaxıstanın beş dəfə prezidenti seçilən, geniş tənqid olunan sovet dövrünün son qalığı Nursultan Nazarbayev təxminən 30 illik hakimiyyətindən sonra könüllü olaraq istefa verib.

18 milyonluq əhalisi, Rusiya və Çinlə sərhədləri olan dövlətin 78 yaşlı avtokratı Çərşənbə axşamı, martın 19-da istefasını elan edən fərmanı imzalamazdan əvvəl televiziya çıxışında “Mən prezidentliyimi dayandırmaq qərarına gəlmişəm”, – deyib.

O, hələ də hakim “Nur Otan” Partiyasına rəhbərlik edəcək və Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük başçısı vəzifəsini icra edəcəyini sözlərinə əlavə edib.

Beləliklə, Nazarbayev hakimiyyət salonlarında əsas mövqelərini qoruyub saxlayaraq və siyasi müxalifətin olmadığı avtoritar quruluş yerində qalacaq.

Qazaxıstanın maliyyə paytaxtı Almatı şəhərində fəaliyyət göstərən siyasi təhlilçi Dosım Satpayev “əl-Cəzirə”yə bildirib: “Bu, maraqlı Şərq gedişidir. Siyasi meydanda rəsmi olaraq Nazarbayev prezident deyil, əslində isə o hələ də iqtidardadır”.

Nazarbayev bildirib ki, Senatın spikeri və sabiq baş nazir Kasım-Jomart Tokayev növbəti prezident seçkisinə qədər prezidentlik vəzifəsini icra edəcək.

Nazarbayevin beşinci müddəti 2019-cu ilin aprel ayında sona çatırdı və o, seçki mövzusunda heç bir açıqlama verməyib.

Mərkəzi Asiya üzrə başqa bir analitik deyib ki, 1999-2002-ci illərdə baş nazir vəzifəsini tutmuş, Çin üzrə ekspert, diplomt Tokayev Nazarbayevin syasi varisidir.

“Qazaxıstanı Tokayevdən daha yaxşı heç kim idarə edə bilməz, – deyə moskvalı siyasi təhlilçi Daniilk Kislov “əl-Cəzirə”yə bildirib. – O, təcrübəli diplomat, idarəçidir”.

Kislovun sözlərinə görə, Tokayev Cənubi Qazaxıstanda köçəri ənənələri ilə tanınan, cari siyasətə və gündəlik həyatda böyük təsirə malik qəbilə konfederasiyaları olan “Elder Juz”a mənsub şəxsdir.

 

Varislik məsələsi

Nazarbayev, 1999-cu ildə Rusiya prezidenti Boris Yeltsinin istefasına bənzər gözlənilməz televiziya çıxışı edib.

“Mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanı verən insanlardır”, – Nazarbayev təntənəli şəkildə bildirib.

Lakin onun rəqibləri və beynəlxalq müşahidəçilər uzun illərdir ki, Nazarbayevin yenidən seçilməsini tənqid ediblər. O, 2015-ci ildə, sonuncu seçkidə 98 faiz səs toplayıb.

Yeltsinin varisi, keçmiş KQB casusu Vladimir Putin kimi, yeni Qazaxıstan lideri də sabiq təhlükəsizlik işçisi ola bilər. İllərdir müşahidəçilər və insayderlər Nazarbayevin bacısı oğlu Kayrat Satıbaldının siyasi varis olcağını iddia edirlər.

48 yaşlı Satıbaldı “Nur Otan” Partiyasının liderlərindən biri və Milli Təhlükəsizlik Komitəsinin sədr müavinidir. O, hüquq, iqtisadiyyat və neft mühəndisliyi sahəsində elmi dərəcələrə malik müsəlmandır və bu, Qazaxıstan siyasətçiləri arasında nadir bir mənzərədir.

“O, Putinə bənzər nüfuzlu şəxsdir, – Dosım Satpayev bildirib. – Satıbaldının prezident seçkisində iştirak edəcək pablik ictimai xadim olacağını söyləmək çətindir, lakin o, hakimiyyət keçidində mühüm fiqur olacaq”.

Rusiyalı təhlükəsizlik mütəxəssisi Putinin Satıbaldının namizədliyini dəstəklədiyini söyləyib.

“Nazarbayev Putinə onu təqdim edib”, – anonimlik şərti ilə bir analitik bildirib.

 

Yeni Böyük Oyun

Siyasi müxaliflər sürgündə, siyasi ittihamla həbsxanada və ya qəbiristanlıqda olduğundan varislik məsələsi bir neçə ildir ki, gündəmdədir.

2006-cı ildə müxalifət lideri Altınbek Sarsenbayev öldürülüb. Cangüdəni və sürücüsü ilə birlikdə. Elə həmin il Nazarbayevin tənqid edən digər müxalifət xadimi – Zamanbek Nurqədilov evində güllələnib.

Bir neçə il sonra Qazaxıstan hakimiyyəti Sarsenbayevin öldürülməsində Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyevi ittiham edib.

Nazarbayevin böyük qızı Dariqanın əri olmuş Əliyev əvvəllər varisi kimi geniş şəkildə tanınıb. Ancaq 2007-ci ildə prezident qayınatası ilə ixtilafa girib və Avstriyaya qaçıb. Son nəticədə o, qətl və adam oğurluğu ittihamı ilə həbs olunub.

Rahat Əliyev 2015-ci ildə Vyana həbsxanasında asılmış vəziyyətdə tapılıb. Avstriya hökuməti bu ölümü intihar kimi səciyyələdirib, lakin bəzi Qazaxıstan müşahidəçiləri onun öldürüldüyünü iddia ediblər.

Qazaxıstanın böyük karbohidrogen ehtiyatları və Avrasiyanın qəlbində yerləşməsi artıq Rusiya, Çin və Qərb arasında siyasi rəqabətə gətirib çıxarıb. Müşahidəçilər bunu “Yeni Böyük Oyun” adlandır və Rusiya ilə Britaniya imperiyası arasında Mərkəzi Asiyada köhnə geosiyasi rəqabətə oxşadırlar.

Nazarbayev, Moskva və Pekinə sadiqlik göstərərək, hər iki tərəfdən razılıq alıb. Analitiklər deyir ki, yeni liderin dövründə siyasi kurs dəyişməyəcək – Nazarbayev hələ sağdır.

“Lakin ölümündən sonra Pekin və Moskva çox narahat olacaq, – Satpayev bildirib. – Həm də çox”.

Tərcümə: Strateq.az

Əvvəlki yazı

2019-cu ildə balıq, göl qurbağası və zəli ovu üçün kvotalar müəyyənləşib- SİYAHI

Sonrakı yazı

Nazirlik: “Bu ay bütün pensiyalar artımla ödənilib”

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.