21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“DEVALVASİYAYA GÖRƏ BİR GECƏDƏ 450 MİLYON QAZANDI…” – Partiya sədrindən Elman Rüstəmova ŞOK ittiham

15 Mart 2019, 11:55
Seçmə
A A
“DEVALVASİYAYA GÖRƏ BİR GECƏDƏ 450 MİLYON QAZANDI…” – Partiya sədrindən Elman Rüstəmova ŞOK ittiham

Sərdar Cəlaloğlunun ittihamları devalvasiya gecəsi baş verənləri yenidən gündəmə gətirdi

2015-ci ildə baş vermiş iki ardıcıl devalvasiyalar əhalinin sosial vəziyyətinin kəskin şəkildə pisləşməsi, biznes mühitinin az qala tamamilə çökməsi, iqtisadiyyata misli görünməmiş ziyan dəyməsilə yanaşı, bu prosesdən külli miqdarda qazanc əldə edənlərin olmasına dair iddialarla da yadda qaldı.

“Beynəlxalq Bank işində” devalvasiyadan istifadə edilərək, külli miqdarda vəsaitin mənimsənilməsinə dair iddialar ortaya atıldı. Mətbuatda da dəfələrlə bu prosesdən sui-istifadə edilməsi haqda konkret ittihamlar yer aldı. Təkcə onu qeyd etmək kifayətdir ki, artıq devalvasiyadan bir müddət əvvəl banklar manatla kredit verməkdən imtina etməyə başlamışdılar. Bu özü bir siqnal idi.

2aBu məsələ ilə bağlı daha bir ağır ittiham isə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu tərəfindən səsləndirilib. Musavat.com-un canlı yayımında qonaq olan S.Cəlaloğlu birbaşa ölkə başçısına müraciət edərək, devalvasiyadan 2-3 gün əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmovun böyük miqyasda maxinasiyaya əl atdığını bildirib: “Milli valyutanın devalvasiyasından bir neçə gün qabaq Mərkəzi Bankın sədri 800 milyon pul götürüb, sonradan onu manat kimi qaytarıb, oradan 450 milyon pul qazanıb…”

Daha sonra partiya sədri bildirib ki, devalvasiya baş verən gecə manatın kursu ilə bağlı gecəyarısı iki dəfə kəskin dəyişiklik edilərək, məzənnə əvvəlki vəziyyətə qaytarılıb və bu maxinasiyadan da əlavə olaraq, yüzlərlə milyon vəsait əldə edilib: “İki dəfə gecə yarısı məzənnəni əvvəlki vəziyyətə qaytarıblar, məlum olub ki, həmin gecə bir dəfə 300 milyon, bir dəfə də 500 milyon pul dəyişdirilib…”

Böyük ehtimalla S.Cəlaloğlu yüz milyonlardan danışarkən ABŞ dollarını nəzərdə tutub. Bunları uzun müddət siyasətdə olan, prezidentliyə namizəd olmuş və müəyyən dərəcədə məlumatlı biri kimi tanınan partiya sədrinin söyləməsi kifayət qədər düşündürücüdür. Xatırladaq ki, mətbuatda da E.Rüstəmovun devalvasiya vaxtı maxinasiyalara yol verdiyinə dair məlumatlar yayılmışdı.

Əlbəttə ki, normal hüquqi dövlətdə bu cür ittihamlar, xüsusilə də ictimai yükü olan hansısa siyasətçi tərəfindən səsləndirildikdə mütləq müvafiq qurumlar tərəfindən araşdırılır. İttiham olunan tərəf isə ictimaiyyət qarşısına çıxaraq, həmin ittihamlarla bağlı açıqlama verir – ya onları konkret əsaslarla yalanlayır, ya da qəbul edir.

Ancaq söhbətin Azərbaycandan və özünün şəxsi bankı olduğu bildirilən Mərkəzi Bank sədri Elman Rüstəmovdan getdiyini nəzərə alsaq, bu ittihamlara cavab verilməməsi təbii görünür. Onun dövlət qulluğunda olmasına rəğmən saysız–hesabsız biznes subyektlərinin, bankının olmasına dair məlumatlar dəfələrlə mətbuatda dərc olunsa da, Mərkəzi Bank sədri elə belə də olmalı imiş kimi, bunlara heç bir aydınlıq gətirməyib.

Ancaq bu dəfə söhbət dövlətin iqtisadi əsaslarına yönələn konkret cinayətdən gedir. Onsuz da devalvasiyadan öncə söylədiyi yalanlarla əhali arasında heç də qibtə ediləcək reputasiyaya malik olmayan E.Rüstəmov barədə S.Cəlaloğlunun dedikləri Mərkəzi Bank sədrini sorğu-sual etmək üçün ciddi əsaslar yaradır.

260263

Əgər S.Cəlaloğlunun söylədiklərində həqiqət yükü varsa, vətəndaşda təbii sual meydana gəlir – necə olur ki, devalvasiya oyunu sayəsində bir sutkada üst-üstə 1 milyarddan artıq vəsait saf-çürük edildiyi halda, ondan yalnız 4 il sonra 800 min vətəndaşın kredit borcları problemlərini həll etmək üçün büdcədən cəmi 670 milyon manat ayrılır? Özü də bu pul banklara ödənilir, milləti soğan qabığı kimi soyan məmur-oliqarxlara aid bankların vəziyyəti düzəldilir, hələ vətəndaşa bundan nə çatacağı isə tam bəlli deyil.

Elə Mərkəzi Bank sədri və digər maliyyə qurumlarının “səxavətinin” nəticəsidir ki, kredit probleminin həllinə ayrılan vəsaitdən 10 min dollardan yuxarı borcu olan sadə vətəndaşlara və biznes subyektlərinə bir qəpik də düşmür. E.Rüstəmov isə dollar kreditləri probleminin həlli ilə bağlı sağa-sola sevincək müsahibələr, açıqlamalar verir. Ondansa, yaxşı olardı ki, Mərkəzi Bankın sədri devalvasiyadan öncə əhalinin gözünün içinə baxaraq, devalvasiyanın gözlənilmədiyinə dair söylədiyi yalanlara,saysız-hesabsız biznes strukturlarına və böyük var-dövlətə malik olmasına aid iddialara və S.Cəlaloğlunun səsləndirdiyi konkret maliyyə cinayətlərilə bağlı ittihamlara cavab versin.

Cəlal MƏMMƏDOV
AzPolitika.info

Əvvəlki yazı

Ermənistan gecə atəşkəs rejimini 26 dəfə pozub –Müdafiə Nazirliyi

Sonrakı yazı

Qubad İbadoğlu:”DSK 118 min yeni iş yerinin açılmadığını təsdiq etdi”

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.