20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yasamaldakı mənzil mafiyası ədliyyə işçisinin mənzilini əlindən aldı

05 Mart 2019, 23:07
Gündəm
A A
Yasamaldakı mənzil mafiyası ədliyyə işçisinin mənzilini əlindən aldı

Arzu Səfərov böyük fırıldaqların necə gerçəkləşdirildiyini ortaya qoydu; dövlət qurumlarından kömək istədi

Yasamal rayonunda böyük mənzil fırıldaqlarında adı hallanan Saqib Məmmədov Ədliyyə Nazirliyinin sabiq işçisi Arzu Səfərovu mənzilindən çıxarmağa müvəffəq olub. Məsələnin mahiyyəti budur ki, sabiq ədliyyə işçisi Arzu Səfərov 2009-cu ildə 83 min dollar ödəməklə Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 13 ünvanlı binanın 10 saylı mənzilini alıb. Mənzili ona satan isə Həsən Novruzov olub. A.Səfərov mənzildə 5 il yaşayıb və günlərin birində Yasamal Rayon Məhkəməsindən ünvanına qətnamə gəlib.

Həmin qətnamədən belə aydın olub ki, A.Səfərova satılan mənzil Şirzad Qəhrəmanov soyadlı vətəndaşa məxsusdur. Həmin mənzildə vaxtilə bir qaçqın ailəsi məskunlaşıb. Qaçqın ailəsini isə mənzildən Yasamal rayon 22 saylı Mənzil İstismar Sahəsinin rəisi Saqib Məmmədov çıxarıb və mənzili sahibinə – Şirzad Qəhrəmanova qaytarmaq əvəzinə öz kürəkəni Həsən Novruzovun adına məhkəmə yolu ilə sənədləşdirib. 2009-cu ildə isə mənzili kürəkəni Həsən Novruzovun adından Arzu Səfərova 83 min dollara satıb. Ş.Qəhrəmanov qaçqının mənzildən çıxarıldığını və mənzilin digər bir şəxsin adına keçirildiyini öyrəndikdən sonra məhkəməyə müraciət edərək əmlakının ona qaytarılması iddiası ilə çıxış edib. Məhkəmə iddianı təmin edib və A.Səfərovun ailəsi ilə birgə mənzildən çıxarılmağını, bununla bərabər vicdanlı alıcı kimi ona mənzili alarkən ödədiyi 83 min dolların qaytarılmasını qət edib. Bundan başqa, mənzil Həsən Novruzovun adına sənədləşdirilərkən yol verilən sənədlərin saxtalaşdırılması faktlarının araşdırılması üçün xüsusi qərardad çıxarılıb.

Arzu Səfərov deyir ki, Saqib Məmmədov barəsində çıxarılan xüsusi qərardad üzrə bu günə qədər qanuni qərar çıxarılmayıb: “Bu adam mənə satılmış mənzilə dair saxta sənədlər hazırlanmasını təşkil edib, mənzili saxta yolla mənə sataraq 83 min ABŞ dolları pulumu ələ keçirib. Saqib Məmmədovun və  bu qanunsuzluqlarda iştirak edərək saxta order, saxta mənzil kirayə müqaviləsi hazırlamış Yasamal rayon İcra Hakimiyyətinin digər vəzifəli şəxsləri barədə də Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müvafiq araşdırma aparmalıdır. Məhkəmə araşdırmaları zamanı Yasamalın sabiq icra başçısı İbrahim Mehdiyevin rayon ərazisində baş verən mənzil fırıldaqlarına, vətəndaşların mənzillərinin ələ keçirilməsi faktlarına göz yumması da ortaya çıxmışdı. Məni baş prokurorun qəbuluna buraxmırlar. Adımı qəbula yazırlar, amma imkan vermirlər ki, cənab Zakir Qaralovla görüşüm. Mənə qarşı vəzifəli şəxslərin saxtakarlığı, dələduzluq yolu ilə külli miqdarda pulumun mənimsənilməsi, mənzildən məhrum olmağım faktdır, məhkəmə hökmlərində bu fakt təsbit edilib. Amma Saqib Məmmədov ortalıqda gəzir, mənim pullarımı xərcləyir”.

A.Səfərov müsavat.com-a deyib ki, məhkəmələrin gedişi zamanı öyrənib ki, Saqib Məmmədov Yasamalın sabiq icra başçısı İbrahim Mehdiyevin, bu iş üzrə qərar vermiş Yasamal rayon məhkəməsinin hakimi Məlahət Əbdülmanafovanın vəzifə saxtakarlığı ilə üzləşən təkcə o deyil. A.Səfərov hakim Əbdülmanafovanın barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə araşdırma aparılması üçün Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova da müraciət edib: “4 il məhkəmələrdə bu məsələ araşdırılıb. Məhkəmələrdə məlum oldu ki, Yasamalda mənim kimi zərərçəkənlər var. Ünvanların saxtalaşdırılması, mənzillərə sahiblərinin xəbəri olmadan digər şəxslərin qeydiyyata salınması Yasamal ərazisində adi hala çevrilib. Amma Saqib Məmmədova dəyib-dolaşan yoxdur. Bu iş üzrə məhkəmələrin getdiyi 4 ildə onun kürəkəni Həsən Novruzov məhkəmə proseslərinə qatılmadı. Sonda isə Ali Məhkəməyə şikayət edərək mənzilin dəyərini mübahisələndirdi və işin Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasına nail oldu. Həsən Novruzov deyir ki, mənzili 83 min dollara deyil, guya 32 min 120 manata satıb. 2014-cü ildə məhkəmədən qətnamə alandan sonra mən vəkilimlə birgə H.Novruzovun qayınatası Saqib Məmmədov və mənzilin alqı-satqısında iştirak edən maklerlə söhbətə getmişdim. Anlayırdım ki, Saqib Məmmədov məhkəmələrə yaxın gəlməyəcək, özünün dediyinə görə heç Həsəni də göndərməyəcək. Ondan sonra qərara gəldim ki, vəkilimin iştirakı ilə onu danışdırım. Ehtiyat edirdim ki, evin alqı-satqısı zamanı aldığı pulun məbləğini dansın. Həmin söhbət zamanı o hər şeyi necə etdiyini danışdı və heç bir məhkəmə prosesinə gəlmədi. Heç bir sənəd təqdim etmədi. 2014-cü il avqustun 1-də baş tutan söhbəti də diktofona yazmışdım. Söhbətin stenoqramını da çıxarmışam. Saqib Məmmədov deyir ki, mənzilin alqı-satqısında iştirak edən maklerlər ona 75 min 500 manat veriblər. Həmin sübutları da məhkəməyə təqdim etdim. Amma nəticə olmadı, mənim 83 min dollarımı qaytarmadan, hesabıma 32 min manat köçürməklə mənzildən çıxardılar. Mən Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş öz şəxsi əmlak hüquqlarımın pozulması ilə əlaqədar dələduzluğa məruz qalaraq külli miqdarda zərərə düşmüşəm. Vəzifəli şəxslərin saxtakarlığı nəticəsində mənzilimi itirdim, pulunu ödəyib halal yolla qanuni əsaslarla çıxarış sənədi ilə əldə edib 10 il yaşadığım mənzildən məcburi çıxarılaraq küçəyə atılmışam. Şikayətlərimə isə baxan yoxdur. 11.02.2019-cu il tarixdə mənə cavab yazılıb ki, “şikayətiniz Baş Prokurorun nəzarətindədir, Saqib Məmmədovun  və qeyrilərinin əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün araşdırma davam etdirilməklə müvafiq dövlət orqanlarına sorğular verilib. Nəticəsi barədə araşdırma aparan orqan tərəfindən Sizə məlumat veriləcəkdir”. Halbuki yanvar ayından şikayətim üzrə rədd qərarı qəbul edilib və arxivə verilib! Buna görə də baş prokurordan dönə-dönə xahiş edirəm ki, məni qəbul edib dinləsin”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki yazı

İki övladı amansızlıqla qətlə yetirən Zaur Tərlanov ömürlük həbs edildi

Sonrakı yazı

“BUŞUN” QIZI, VARİS ŞAHZADƏNİN “SİRR KÜPÜ”…- Səudiyyənin ABŞ-a səfir göndərdiyi Rima bint Bəndər kimdir?

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.