İki oğlu qətlə yetirilən Niyar Rəhimova qatil Zaur Tərlanovun barəsində ömürlük hökmün 20 illik həbslə əvəzlənməsindən narazıydı.
N.Rəhimova qarşı tərəfini iki övladının qanına əli batan Z.Tərlanovu heç vaxt bağışlamayacağını bəyan etmişdir.
“Bütün dəlil-sübutlar ortadadır. İki nəfəri qəsdən öldürüb və onun cəzası ömürlük həbsdir. Zaur Tərlanov Qobustan türməsindən çıxmamalıdır, necə ki, balalarım o məzarlıqdan çıxmayacaqlar. Mən ölərəm, buna imkan vermərəm.Bu işdə nahaqqı müdafiə edən hakimlər, vəkillər də qoy ürəyimdən su içsinlər.Prezidentə, Mehriban xanıma, Fuad Ələsgərova, Fikrət Məmmədova, Zakir Qaralova yazmışam. Dövlətə, qanunlara inanıram, Allahıma sığınmışam.
Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 120.2.4 və 120.2.7 madələri ilə məhkum edilmiş Tərlanov Zaur Ənvər oğlunun açıq məhkəmə prosesi keçirilib.Proses Bakı Apelliyasıya Məhkəməsinin hakimi Həsən Əhmədov sədirliyi ilə hər iki tərəfin müdafiəçiləri Vüqar Xasıyev və Bəylər Məmişovun işitirak edib.
Qeyd edək ki,Birinci instansiya məhkəməsinin hökmünə görə təqsirləndirilən şəxs Tərlanov Zaur Ənvər oğlu 8 yanvar 2015 ci il tarixində,Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində ,əvvəlcədən alıb idarə etdiyi avtomobilində saxladığı Vinçestr tipli, ”ETRO SHELL”markalı,AS-15528 nömrəli odlu silahdan istifadə etməklə Rəhimov Cavid Abdulla oğlunu xüsusi amansızlıqla doğma qardaşının gözü qarşısında qəsdən öldürmüş ,bundan sonra isə Rəhimov Cahid Abdulla oğlunu öldürmüşdür.
Məhkəmədə Zaur Tərlanov öz əməlini etiraf edərək əməlindən peşman olduğunu ,ailə və himəyəsində 3 azyaşlı uşağının olduğunu, valideyinlərinin yaşlı və xəstə olduğunu, yaşayış və iş yerindən müsbət xarekterizə olunduğunu ,özünüdə müəyyən xəsəliklərinin olduğunu ,cinayyəti zərərçəkmiş şəxslərin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətdiyini qeyd edərək Tərlanov Zaur Ənvər oğluna AR CM-nin 120.2.4 madəsi ilə bəraət verilməsini ,120.2.7-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini o cümlədən zərərçəkmişlərin ailəsiə də haqsızlıq edilməməsini onları anladığını bir ananın fəryadını başa düşdüyünü dilə gətirib.
Zaur Tərlənovun müdafiəcisi Xasayev Vüqar Nəriman oğlu Məhkəmədən Zaur Tərlənova CM-nin 120.2.4 cü maddəsi ilə bərait verilməsini və ömürlük azadlıqdan məhrum etmə cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini xahiş etmişdir!
Zərərçəkən Niyar Rəhimova isə bunula razı olmadığını və məhkəmənin ədalətli qərar verəcəyini o cümlədən bir ailədə sosial ədalətin pozulmasını bir nəsilin tamailə məhv olmasını , mən nələr çəkmişəm bir Allah bilir Zaur Tərlənov ömürlük həbs olunmalı vəsallam.
Övladları öldürülən ananın sözlərinə görə, iki balasının qatilinin 15 il sonra azadlıqda gəzməsinə imkan verilməməli:
Zərərçəkənin müdafiəçisi Bəylər Məmişov isə fikrini bununla əsaslandırdı ki ,qərar iki dəfə Ali Məhkəmədə baxılıb və bu o deməkdir işin hər bir halı araşdırılıb.Hörmətli məhkəmə hesab edirəm ki ,işin uzadılması əsassızdır.
Məhkəmə Qərarı
Məhkəmə Zaur Tərlənova Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 120.2.4 və 120.2.7 maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasının yəni Bakı Ağır Cinayyətlər məhkəməsinin qərarını qüvvədə saxladı.
İki övladı amansızlıqla qətlə yetirilən ana Niyar Rəhimova qərardan razı olduğunu və qarşı tərəf özünü onun yerinə qoysun: “Onların iki övladını öldürənə hansı cəzanın verilməsini istəyərdilər? Məni və onların atasını ölənə qədər gözü yaşlı qoydular. Bəs nə etməliyəm, Zaurun azadlıqda gəzməsinə razılaşmalıyam?”
Bu qan yerdə qalmayacağına . Allahım bu qanı yerdə qoymadı. Göydə Allah, yerdə dövlətimizə inandım”.Dövlətimizin qanunları məni övladlarımın qarşısında başı aşağı etmədi.Mən Cənab Prezidentimə onun xanımı xanımlar xanımı Mehriban Əliyevaya Fuad Ələsgərova, Fikrət Məmmədova, Zakir Qaralova öz təşəkkürmü bildirirəm.Bir carəsiz ananın fəryadını anlayıb onun iki balasını qətlə yetirən Zaur Tərlənovu qanunlarımız qarşısında cəzalandıran Bakı Apellyasiya Məhkəməsinın sədrinə öz minətdarlığımı bildirirəm.Haqq Ədalət bərpa olundu mən anayam və bunu ana olan hər kəs bilir.Allah bütün balaları qorusun mənim oğlanlarımın da ruhu şad olsun.
REPORTYOR.info
Gülay