13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İran XİN-i ermənilərin Qarabağla bağlı qaldırdığı plakat qalmaqalına münasibət bildirdi:“Özbaşına və qəbuledilməz bir addımdır…”

03 Mart 2019, 16:06
Siyasət
A A
İran XİN-i ermənilərin Qarabağla bağlı qaldırdığı plakat qalmaqalına münasibət bildirdi:“Özbaşına və qəbuledilməz bir addımdır…”

“Ararat” idman kompleksində  erməni dilində bir neçə plakatın asılması özbaşına və qəbuledilməz bir addım idi, İran İslam Respublikası bunu dəstəkləmir.

Bunu ONA-nın Tehran müxbirinə eksklüziv açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib. B.Qasimi deyib ki, Ermənistan  baş naziri Nikol Paşinyanın “Ararat” idman kompleksində  olması və İranda yaşayan eyni dinə mənsub vətəndaşlarla görüşü normal haldır: “Lakin Ararat idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə  plakatın asılması  özbaşına atılmış bir addımdır, qəbuledilməzdir ”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Qarabağ münaqişəsinə dair  siyasətinin həmişəki kimi şəfaf və aydın siyasət olduğunu, dəyişmədiyini vurğulayıb: “Münaqişə beynəlxalq prinsiplər əsasında və danışıq yolu ilə həll edilməlidir. İran üçün Ermənistan və Azərbaycanla  münasibətlərinin  Qarabağ münaqişəsinin təsiri altında olmaması çox önəmlidir.  Ona görə  İran bu məsələdə  öz əsaslı və məntiqli siyasətini davam etdirir.  Ümid edirik ki,  münaqişə sülhməramlı səylərlə diplomatik yollarla tez bir zamanda həll ediləcək. İran iki ölkə arasındakı bu münaqişənin dinc yolla həlli üçün çalışıb,  yenə də, bunun  üçün bütün səylərini göstərə bilər”. Qasımi qeyd edib ki, uzun əsrlərdən bəri, müxtəlif ilahi din mənsubları,  o cümlədən ermənilərin İranda dinc yaşadığına görə fəxr edirlər. Onun sözlərinə görə, bu gün də  İran Konstitusiyasına əsasən erməni, zərdüşt və yəhudi icmalarının deputatlar İran parlamentinə  təmsil olunurlar.

Ermənistan baş nazirinin Tehrana son səfərinə münasibət bildirən B. Qasimi İranın bütün qonşularına münasibətdə şəfaf və aydın siyasət yürütdüyünü söyləyib:  “Biz qonşu ölkələrlə  qarşılıqlı ehtiram və  daxili işlərə müdaxilə etmədən əlaqələr qurmaqda maraqlıyıq.   Eyni zamanda  biz münasibətləri daha da genişləndirməyə çalışırıq. Hesab edirik ki,  İranın  qonşu ölkələrdən hər hansı biri ilə münasibətlərinin genişlənməsi    qonşu ölkələr və dünya ölkələri  arasında hansısa ölkənin mənafeyinin əleyhinə deyil və olmayacaq. SSRİ dağılması ilə Orta Asiya və Qafqazda ölkələrin müstəqillik əldə etməsinin ardınca  İran və Ermənistan arasında  qonşuluq haqqı və prinsiplərinə əsasən balanslı və mötədil münasibət qurulub. Ermənistan baş nazirinin İrana səfəri  bu əlaqələr və İranın öz xarici siyasətində bütün şimal qonşu ölkələrlə bağlı yürütdüyü siyasət çərçivəsində baş tutub”.

İran-Azərbaycan münasibətlərini dəyərləndirən B.Qasimi deyib ki, iki qonşu ölkələr müştərək adət-ənənə və mədəniyyətə, məzhəb oxşarlığına malikdir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra  davamlı olaraq münasibətlərimiz yüksələn xətt üzrə  inkişaf edib. Hər iki ölkənin rəsmilərinin diqqəti  əlaqələri müxtəlif sahələrdə daha da inkişaf etdirməyə yönəlib və yönələcək. Son illərdə  müxtəlif  nümayəndə heyətlərinin,  xüsusilə prezidentlər İlham Əliyev və Həsən Ruhaninin, xarici işlər nazirlərinin görüşlərinə, eləcədə əldə olunmuş razılıqlara nəzər salsaq,  Azərbaycan və İran arasında əlaqələrin nə qədər dərin kökləri olduğunu görərik.  İran Azərbaycanın, Ermənistanın  və digər qonşu ölkələrin sabitliyini və iqtisadi inkişafını  dünyanın ən həssas bölgəsi olan regionumuzun inkişafı hesab edir. Bizim istəyimiz qonşu ölkələrin bir-biri ilə düşmənçilikdən uzaq, dinc və təhlükəsiz yaşamasıdır”.

Əvvəlki yazı

Kredit borcu olanların üzərindən bu qadağa götürüləcək – ŞƏRH

Sonrakı yazı

Erməni müxalifəti Paşinyandan tələb etdi:”Casus elan etdiyi siyasətçilərin adlarını açıqla…”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.