08-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SURİYADA POTENSİAL ABŞ-TÜRKİYAƏ-RUSİYA ÜÇBUCAĞI:Ərdoğan Trampı tovlaya biləcəkmi? – Təhlil

25 Fevral 2019, 11:50
Manşet
A A
SURİYADA POTENSİAL ABŞ-TÜRKİYAƏ-RUSİYA ÜÇBUCAĞI:Ərdoğan Trampı tovlaya biləcəkmi?  – Təhlil

Stanislav Tarasov

regnum.ru, 24.02.2019

 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında növbəti telefon danışığı olub. Ərdoğanın jurnalistlərə dediyi kimi, Trampla “Suriya mövzusunda müsbət söhbət baş tutub”. Konkretlik açıqlanmır.

Yada salaq ki, Ərdoğan və Tramp qabaqlar Buenos-Ayresdə G20 sammitinin meydanlarında qapalı danışıqlar aparıblar, Türkiyə prezidenti bundan sonra izah edib ki, Tramp onu Amerika qoşunlarının Suriyadan qarşıdakı çıxışı haqda məlumatlandırıb. Bu, Ankara Fəratdan şərqdəki bölgələrdə hərbi əməliyyata başlamağa hazır olduğunu bildirəndən sonra baş verib. Türkiyə bununla bağlı hərbi əməliyyatları təxirə salmaq qərarına gəlib ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun dediyi kimi, “Amerika hərbçiləri tərəfindən dostluq atəşindən qaçılsın”. Türkiyə prezidentinin rəsmi təmsilçisi İbrahim Kalın 2018-ci il dekabrın 14-də məlumatlandırıb ki, “Ərdoğan amerikalı həmkarıyla son tarixi telefon danışıqlarının gedişində onu Türkiyəyə səfərə dəvət edib”. Amma sonralar “tarixi” heç nə baş verməyib. İndi aydındır ki, Ankaranın niyyəti bundan ibarət idi ki, Tramp Türkiyə səfərinin gedişində Amerika qoşunlarının Suriyadan çıxarılmasının əlaqələndirilməsi üçün ABŞ və Türkiyə arasında hansısa “yol xəritəsi”nin olduğunu bildirəcək.

Kalın güman edirdi ki, “İŞİD-lə mübarizədə kürd Xalq Özünümüdafiə Dəstələri (YPG) və Demokratik Birlik Partiyası (PYD) Türkiyə və ABŞ-a gərək deyil”. Ağ Evin mətbuat katibi Hoqan Qidli cavabında deyib ki, “ABŞ prezidenti Türkiyə lideri ilə görüşə hazırdır, lakin indiki anda hansısa konkret tədbirin planlaşdırılması aparılımır”, Trampın Türkiyəyə səfəri isə “yalnız 2019-cu il boyunca mümkündür”. Və Ərdoğan bundan sonra ittihamlarla Vaşinqtonun üzərinə düşərək iddia etdi ki, “YPG-ə silah tədarük etmədiyini iddia etməklə Ankaranı aldadır”, Trampı isə “yol xətitəsi” üzrə anlaşmaya əməl etməməkdə ittiham etdi. “Siz niyə bizimlə deyil, onlarla hərəkət edirsiniz? – Türkiyə prezidenti bəlağətlə səsləndi. – Məgər biz NATO üzrə tərəfdaş deyilik? Gəlin, birgə hərəkət edək. Mənbic üzrə yol xəritəsi yerində durur, yayındırma taktikası davam edir”. Tramp Amerika qoşunlarının Suriyadan gedişindən sonra Ankara öz əməliyyatının gedişində Suriya kürdlərinə hücum edərsə, “iqtisadi səfalət” hədəsi gələrək əlüstü cavab verdi.

ABŞ prezidenti bununa yanaşı yeni süjet ortaya ataraq Mənbic bölgəsində “20 millik bufer zonası” yaratmağı təklif etdi. Ərdoğan indi isə “martın 31-də keçiriləcək bələdiyə seçkilərindən sonra Trampla görüşmək” niyyətini yenidən bildirir. Eyni zamanda Türkiyənin informasiya meydanına maraqlı çalarlar atılıb. Hökumətin “Anadolu”informasiya agentliyi Ərdoğanın bəyanatını gətirir: “Ola bilsin, martın 31-dən sonra Vaşinqtona səfər edərəm, ya da Trampın özü Türkiyəyə baş çəkər”. Ərdoğan CNN Türk telekalanına sıradakını bildirib: “Ondan ABŞ-a səfər etmək dəvəti almışam, amma ona dedim ki, əvvəlcə onu Türkiyədə gözləyirəm”. Yəni Amerika lideri Türkiyəyə səfər etməzsə, onda Türkiyəninkinin də ABŞ-a səfəri baş tutmaya bilər. “The Washington Post”-un yazdığı kimi, özəlliklə də “Türkiyəyə münasibətdə güzəşt üçün ABŞ-ın əlavə imkanları göstərilmir”.

Ərdoğan özü ABŞ-a səfər edəcəyi halda uğur şansı praktik olaraq yoxdur – hətta onun səfəri aprelin I yarısında Moskvada Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüş və danışıqlara qədər baş tutarsa da. Amerika ekspertlərindən birinin hesab etdiyi kimi, çünki “Ərdoğan ABŞ-ı – özü də təkcə onu deyil – həmişə kürdlər və Türkiyə arasında seçimdə qəliz dilemmaya aparmağa çalışır”. Amerikanın “Foreign Affairs” nəşri hesab edir ki, bu çəngəldə “münasibətləri qəlizləşdirən başqa problemlərə baxmayaraq, ABŞ və Rusiya arasında potensial işbirliyi ehtiva olunub”. Bu nəşr Trampa tövsiyə edir ki, Suriyadan gedərkən “Türkiyə ilə deyil, Rusiya ilə anlaşmaya gəlsin, bu da Suriyanın sonrakı taleyinə aid danışıqlara qatılmaq üçün daha böyük şanslar verir”.

ABŞ-da əmindirlər ki, Ankaranın Suriyanın şərqində bu və ya başqa bölgə üzərində nəzarət qurmaq səyləri onun “istisnasız olaraq kürdlərin təsirini məhdudlaşdırmaq səyləri ilə motivləşə bilər və tezliklə münaqişənin yenilənməsini törədər”.

Belə bir durumda isə ancaq Moskva “amerikalıların gedişindən sonra yaranacaq geopolitik boşluğu doldurmağa qabildir”, “halbuki Türkiyənin və başqa bölgəsəl oyunçuların davranışını bu başdan söyləmək çətindir”. Və sonra: “Amerika qoşunlarının çıxarılması Türkiyə və şimali-şərqdə Suriya Demokratik Qüvvələri arasında və ya cənubi-şərqdə sünni ərəblərlə Suriya prezidenti Bəşər Əsədin gücləri arasında münaqişənin təzələnməsinə gətirərsə, nəticələr fəlakətli olacaq. İŞİD-in Suriyanın şərqində Fərat çayı vadisinin orta hissəsindəki və İraqın qərbindəki qalan döyüşçüləri baş qaldırar. Bu münaqişə dinc sakinlərin yeni əzablarına dönüşər, nəticədə İordaniya, İraq, Türkiyəyə və Suriyanın hökumət qoşunlarının nəzarətindəki bölgələrinə daha çox adam axışacaq. Bu, Rusiyanı bütün pisliklərin ən babatına çevirir”. Yaranmış durumda Ankara üçün ən yaxşı çıxış yol ABŞ-Rusiya-Türkiyə münasibətlər sistemində görünmək olacaq, bu da birinci növbədə Türkiyənin özündəki sabitliyi və bölgədə müəyyən sabitlik ölçüsü təmin edə bilər. Ola bilsin, Ərdoğan məhz buna can atır. Amma onun üçün ziddiyyətli siqnallar göndərən Trampın hərəkətlərinin alqoritmini tutmaq çətindir, onun müşavirləri isə Ankaranın Suriyanın şərqində hərbi əməliyyat keçirmək cəhdlərini önləməyə çalışırlar. Eyni zamanda Moskva da siyasi tənzimlənmə üçün Türkiyəni kürdlərlə dialoq qurmağın zərurətinə çağırır. Başqa sayaq deyilsə, ABŞ və Rusiya obyektiv olaraq sanki Türkiyənin Suriyadakı həqiqi niyyətlərinin üzərinə işıq salır ki, bu da, Türkiyənin “Milli gazete” nəşrinin fikrincə, “Ankaranın Suriyanın gələcəyinə dair aralarında artıq önəmli fikir ayrılıqları olmayan ABŞ və Rusiya arasında manevrini daraldır”.

İndi amerikalıların Suriyadan gedib-getməyəcəyini söyləmək çətindir. Gedəcəklərsə, onda necə? Türkiyə hələ də Suriyada ABŞ-ın yerini tutmağa, amma bu zaman onun logistik, iqitsadi, kəşfiyyat və hava dəstəyindən yararlanmağa ümid edir ki, əslində, bu da amerikalıların əməliyyatı olacaq. Ərdoğan Trampı buna inandırmağa nail olacaqmı?  Baxarıq, amma Vaşinqtonun Suriya kürdlərinə münasibətdə siyasətinin dəyişilməsinə bel bağlamaq hələlik düz gəlmir.

Tərcümə Strateq.az-ındır.

 

Əvvəlki yazı

Bahalaşmanı necə durdurmaq olar? –Ekspert hökuməti təcli addımlar atmağa çağırır

Sonrakı yazı

Yevlaxda silahlı insident:Yaralanan var

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.