07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı- FOTOLAR

17 Fevral 2019, 18:49
Gündəm
A A
Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı- FOTOLAR

Araşdırmaçı jurnalist Cavanşir Həsənli bu növbəti yazısını “Azərbaycan Dəmir Yolları” SSC-nin sabiq sədri Arif Əsgərov, oğlanları Elnar və Ürfan Əsgərovların xaricdəki biznesinə həsr edib.

Həmin yazını təqdim edirik:

“Slovakiyanın qərbindəki Bratislava şəhəri Azərbaycanın baş dəmiryolçuları üçün xüsusilə cəlbedicidir. Azərbaycanın dəmiryollarında itmiş nə axtarsanız Bratislavada tapa bilərsiniz.

Məsələn, burda Azərbaycan Dəmir Yollarının keçmiş rəhbəri, sabiq nazir müavini Arif Əsgərovun çırpışdırdıqlarının izlərinə rast gəlmək, oğlanları Elnar və Ürfan Əsgərovların sorağını eşitmək mümkündür.

Arif Əsgərovun “gül balaları” bu ölkəyə hələ 2007-ci ildən ayaq açıblar. Bratislava ərazi ədliyyəsinin reyestr məlumatlarına görə, 2007 -ci iyulun 13-də Bakı şəhəri Cəfər Xəndan küçəsi 10 ünvanında qeydiyyatda olan Ürfan Əsgərov Bratislava sakini Elçin Qasımov və Bakı şəhəri, Mirqasımov 2 ünvanında qeydiyyatda olan Elvin Süleymanovla birlikdə ELUREL TRANS S.R.O. şirkətini qeydiyyatdan keçirirlər. Həmin vaxtlar Arif Əsgərov Azərbaycan Dövlət Dəmir Yolunun rəisi idi.

Şirkətin nizamnamə kapitalı Slovakiyanın o zamankı pulu ilə 200 min kron (6639 avro) təşkil edib.

Qeydiyyat nömrəsi: 36804576.
Qeydiyyat ünvanı: Pezinská 185, 902 01 Vinosady.
Nizamnaməyə görə şirkət logistika, topdan və pərakəndə ticarətlə məşğul olur.

Elçin Qasımov Azərbaycanın Bratislavadakı fəxri konsulu, əslində yüksək çinli məmurlara şirkətlər açmaqda, onları idarə etməkdə yardım edən Cəlal Qasımovun oğludur. Cəlal Qasımov özü 1974-80-ci illərdə Bratislavada Texniki İniversitetdə oxuyub, slovak dilini mükəmməl bilir. Onun tövsiyyələri və dəstəyi əsasında məmurlar Azərbaycandan bu ölkəyə xeyli vəsait çıxarıblar. ELUREL TRANS S.R.O. şirkətini uzun müddət Cəlal Qasımov özü və xanımı Marina Qasımova idarə edib.

Arif Əsgərovun oğlunun digər şərikinin isə uzun illərdən bəri Azərbaycan Dövlət Dəmiryolunda müavin işləyən Əlirza Süleymanovun oğlu olduğu güman olunur.

Arif Əsgərov 2009-cu il mayın 16-da digər oğlu , 1985-ci il təvəllüdlü, Bakı şəhəri Cəfər Xəndan 10 ünvanında qeydiyyatda olan Elnar Əsgərovu şirkətə ortaq gətirir. 2017-ci ili əvvəlində Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra, nazir müavini postunu itifən Arif Əsgərovun oğulları ELUREL TRANS S.R.O. şirkətini həmin ilin noyabrın 16-da tərk edirlər, əvvəlcə Cəlal və Marina Qasımovların adına keçirilən şirkətin 2018-ci ilin aprelin 4-dən faktiki olaraq yeni sahibi ortaya çıxır. O, Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyində təmsil olunur.

Bu həmin Elnar Əsgərovdur ki, 2008-ci ilin əvvəllərində təhsil aldığı İngiltərənin York universitetində saxtakarlağına görə ifşa olunmuşdu və bütün İngiltərə mətbuatı bu biabırçılığı müzakirə etmişdi. O zaman Arif Əsgərovun oğlu özündən 11 yaş böyük olan Joram Drean adlı bank işçisini 20 min funt sterlinq müqabilində öz əvəzinə imtahana keçirmişdi, amma bu saxtakarlıq baş tutmamışdı.

Maraqlı olan daha bir fakt ondan ibarətdir ki, keçmiş baş dəmiryolçunun İngiltərəyə “oxumaq dalınca gedən” oğlu hələ 20 yaşında bu ölkədə şirkət sahibi olub. Belə ki, Elnar Əsgərovun adına 2005-ci ilin 13 aprelində Londonda TYROLESE (579) LIMITED şirkəti (şəhadətnamə nömrəsi: 05423339) qeydiyyatdan keçirilib. Daha sonra ASTARA TRANSIT TERMINAL LIMITED adlanan şirkəti faktiki olaraq Türkiyə vətəndaşı Cavad Kamil və İngiltərə vətəndaşı David John Lofton idarə ediblər.

Arif Əsgərov 1 fevral 2011-ci il tarixinə qədər bu şirkət vasitəsilə Azərbaycan üzərindən yükdaşımalardan böyük pullar əldə edib.
Şirkətin ünvanı 12 Fetter Ln, London, Birləşmiş Krallıq göstərilir.

Arif Əsgərovun daha bir oğlu Azər Əsgərov da atası nazir müavini olanda Londonda şirkət açıb. Kembric Universitetində beynəlxaq əlaqələr üzrə magistr təhsili alan Azər Əsgərov AZTECSA LIMITED şirkətini qeydiyyatdan keçirib (şəhadətnamə nömrəsi: 10147924). Bu şirkət də Arif Əsgərovun vəzifəsinə xitam verildikdən az sonra, 2017-ci il sentyabrın 26-da ləğv edilir.

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı-
Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı-
Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı-
Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı-
Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı-
Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı-

 

Əvvəlki yazı

Azərbaycan Premyer Liqası:“Zirə”-“Neftçi” oyununda hesab açılmayıb

Sonrakı yazı

Maaş, pensiya artmamış qiymətlər niyə bahalaşır? –Ekspert bazarda baş verən dəyişikliklərin səbəbini açıqlayır

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.