04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“40 MİLYONUN 640 MİNİNİ ÖDƏMİŞİK…” – Axtarışda olan şəxsin hesabına 100 milyon manat köçürülüb

16 Fevral 2019, 12:34
Gündəm
A A
“40 MİLYONUN 640 MİNİNİ ÖDƏMİŞİK…” – Axtarışda olan şəxsin hesabına 100 milyon manat köçürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən D.Xəlilov dövlət ittihamçısının suallarını cavablandırıb. D.Xəlilov suallara cavab verərkən bildirib ki, yaratdığı MMC-lərin maliyyə təsərüfatı ilə bağlı audit yoxlamaları aparılıb, heç bir qanun pozuntuları aşkarlanmayıb.

O qeyd edib ki, “City Delorat” şirkəti Bakıda tikilən yaşayış binasının elektrik enerjisi ilə təmin olunması üçün layihələr həyata keçirib: “Həmin ərazi tamamiliə boşaldılıb, sakinlər oradan köçürülüb. Yaşayış binası tikiləndən sonra isə transformatorla təmin edilib”.

Prokuror qeyd edib ki, “City Delorat” şirkətinə Beynəlxalq Bankdan 59 milyon manat kredit ayrılıb.

D.Xəlilov isə söyləyib ki, həmin pullardan 39 milyon manatı elektrik enerjisi ilə bağlı layihəyə, digər 10 milyon manat isə digər layihələrə xərclənilib.

Daha sonra digər təqsirləndirilən S.Hacıyev dindirilib. O bildirib ki, D.Xəlilovla tanış olub, sonra onun “General Consalting” şirkətində İT mütəxəssisi kimi çalışıb: “Dünyamin Xəlilov deputat seçiləndən sonra işdə hüquqşünas mənə bir sənəd gətirib qol çəkdirdi. Mən də harasa tələsirdim deyə sənədə imza atdım. Sonra Dünyamin müəllim bizi otağına dəvət edib, məni “Sigma line” şirkətinə direktoru təyin etdiyini söylədi. Düzdü, mən də sevindim. Bir qədər keçəndən sonra dəhlizdə olan zaman mühasibatçı sənəd gətirdi. Dedi ki, Dünyamin Xəlilov ona qol çəkməyimi istəyir. Mən də sənədə baxmamış qol çəkdim. Sonra sənədlərlə maraqlandım. Bildirdilər ki, Gürcüstanda çoxmərtəbəli binanın tikilişi üçün bankdam kredit götürülməlidir”.

O söyləyib ki, 2008-ci ildə Tədris Mərkəzindən ona iş təklifi gəlib, şirkətdən ayrılmaq üçün D.Xəlilova müraciət edib: “Mən şirkətdə 600 manat maaş alırdım. Dünyamin müəllim mənə işdən çıxmağa icazə vermədi, şirkətin direktoru kimi qalmağımı istədi. Mən başqa yerdə çalışan zaman Dünyamin müəllim banka gedib, kredit sənədlərinə qol çəkməyimi dedi. Mən də gedib, qol çəkib, pulları ona verdim”.

Sualları cavablandıran S.Hacıyev qeyd edib ki, 2000-2005-ci illərdə Ağır Cinayətlərə dair Məhkəmədə məhkəmə nəzarətçisi vəzifəsində çalışıb. Onun sözlərinə görə, hazırda adı şirkət direktoru vəzifəsində qalıb: “Bilmirəm işdən ayrılmaq üçün kimə müraciət edim”.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxsin dəhlizdə imzaladığı kredit sənədi 9 milyon manatlıq olub: “Digər kredit sənədi isə 3 milyon manatdan çox olub”.

Prosesdə təqsirləndirilən S.Rəsulov da dindirilib. O vurğulayıb ki, D.Xəlilovun şirkətində rəhbər vəzifədə çalışıb, Beynəlxalq Bankdan 40 min manat kredit götürməkdə ittiham olunur: “Mən sadəcə banka mühasiblə gedib, sənədlərə qol çəkmişəm. Dünyamin Xəlilov rəhbərimiz olub. O, dövlət və sosial layihələri həyata keçirirdi. Ona bir rəhbər kimi inanmışam. Amma götürülən pulların nəyə xərcləndiyini bilmirdim.Dünyamin Xəlilovun göstərişlərini həyata keçirirdim. Həmin götürülmüş 40 milyon manatdan, biz əmlak satıb, banka 610 min manat nəğd şəkildə ödəmişik”.

S.Rəsulov deyib ki, D.Xəlilovun şirkətində direktor kimi çalışan zaman 600 manat maaş alıb. Suallara cavab verən S.Rəsulov bildirib ki, C.Hacıyevi yalnız televizorda görüb.

Prosesdə fasilə elan olunub.

beynelxalq-bank-bina

Hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında keçirilən prosesdə Təbriz Əbdülhəmidov ifadə verib. O bildirib ki, Dünyamin Xəlilovun şirkətində əvvəl kuryer kimi çalışıb: “Sonra “General Consalting” şirkətində tikinti mütəxəssisi vəzifəsinə təyin edildim. Dünyamin müəllim məni 2007-ci ildə “Pərvanə” MMC-nin rəhbəri təyin edəcəyini söylədi. Mən də razılaşdım. Kuryer işlədiyim dövrdə Nazirliyə, dövlət təşkilatlarına sənədlər aparırdım. Dünyamin Xəlilovun nufuzlu şəxs olduğunu bildiyim üçün şirkət direktoru olmağıma razılıq verdim. Mən tikinti mütəxəssisi olduğum üçün həmişə ərazidə olurdum. Sənədləri də həmişə ora gətirirdilər və mən də qol çəkirdim. Vergilər Nazirliyi yoxlama aparan zaman bildim ki, “Cargill”ə bağlı müqaviləyə imza atmışam. Əməkhaqqım isə 450-500 manat olub”.

T.Əbdülhəmidov söyləyib ki, D.Xəlilov 2010-cu ildə onu “Pərvanə” MMC-nin rəhbəri vəzifəsindən kənərlaşdırıb, sonra işini “General Consalting” şirkətində tikinti mütəxəssisi kimi davam etdirib: “General Consalting” şirkətində direktor olmaq adiləşmişdi. Mən Zaqatala, Qusar, Şəki, Qazaxda Olimpiya komplekslərinin tikintisinə nəzarət edirdim”.

Məlum olub ki, o, Beynəlxalq Bankda, ümumilikdə, 17 milyon manat kreditin götürülməsində sənədlərə qol çəkib.

Daha sonra digər təqsirləndirilən “Xəzər Menecment”in rəhbəri olmuş Adil Mikayılov dindirilib. O qeyd edib ki, D.Xəlilovla tanış olduqdan sonra Şəki Su Elektrik Stansiyasının tikintisi ilə bağlı ondan təklif alıb: “Çətinliklə işi başa çatdırdıq. Dünyamin müəllim əvvəl mənə 700 manat, sonra 1000 manat maaş verdi. Dünyamin Xəlilovun şirkəti olan “Xəzər Menecment”in direktoru olandan sonra isə 2500 manat maaş almışam. 2009-cu ildə Beynəlxalq Bankın təminatı ilə Almaniya şirkəti ilə müqavilə bağladıq, avadanlıqlar gəldi. Mən də sənədlərə qol çəkmişəm. Bizə nə deyirdilər, onu da edirdik. Pulları bankdan götürüb gətirib kassirə verirdik”.

Hakim bildirib ki, A.Mikayılov Beynəlxalq Bankdan 1 milyon 14 min manatlıq kredit götürməkdə ittiham olunur.

Sualları cavablandıran A.Mikayılov deyib ki, Beynəlxaq Bankdan götürdüyü krediti şirkətin kassiri Əli Muradova verib: “Bizim şirkətin 5 işçisi var idi. Heç bilmirdim ki, onlar nə qədər maaş alıb. Bankdan pulları hissə-hissə götürmüşəm. Ən çox bankdan 14 min pul çıxartmışam. Pulların nəyə xərcləndiyini isə bilmirdim. Mən pulları gətirib, ayda maaşımı alırdım. Ofisimiz “Globus Plaza”da yerləşirdi. Bütün şirkətləri Dünyamin Xəlilov idarə edirdi”.

Təqsirləndirilən Erxan Cavad dindirilən zaman deyib ki, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri olub. O, “Buta Kithen” MMC-nin kənardan idarəçisi olduğunu söyləyib. E.Cavadın sözlərinə görə, “Cargill” şirkəti ilə “Buta Kitchen” MMC arasında 163 milyon manatlıq müqavilə imzalanıb, qida məhsulları alınıb: “Burada Beynəlxalq Bankın rolu isə zamin durmaq olub. “Cargill” məhsulu bizə satır, sonra yenidən bizdən alıb başqa şirkətə satırdı. “Cargill” böyük şirkətdir, məhsul gəmi ilə gələn zaman yolda başqasına da satılır. Azərbaycana qarğıdalı gətiriləcəkdi. Bir müddətdən sonra qarğıdalı satıldı. Faiz çıxılandan sonra “Cargill” “Buta Kitchen”in xarici hesabına 130 milyon manat pul köçürdü. 30 milyon əvvəlcədən Azərbaycana göndərildi, qalan 100 milyon isə şirkətin səhmdarı Nəsib Piriyevin başqa şirkətinə borc kimi köçürüldü. Amma həmin pulun taleyi barədə məlumatım olmadı, çünük mən 2015-ci ildə həbs edildim”.

Suallara cavab verən E.Cavad bildirib ki, “Cargill” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, onlardan alınan qarğıdalı Azərbaycana gəlməməli idi.

Təqsirləndirilən C.Hacıyev deyib ki, “Cargill” şirkətinin “Buta Kitchen”in hesabına köçürdüyü pullardan 30 milyon manatı Beynəlxalq Bankın depozit hesabındadır.

Məhkəmədə elan olunub ki, E.Cavad 2015-ci ildə həbs olunub, bir ildən artıq həbsdə olub. O, azadlığa buraxılmaq üçün deyib ki, dəymiş ziyanı ödəməyə qadirdir.

Hakim bildirib ki, E.Cavad Nəsib Piriyevlə birgə 249 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur.

Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin edilib.

nesibXatırladaq ki, cinayət işində adı keçən Nəsib Piriyevin barəsində axtarış elan olunub. Onun cinayət işi ayrıca icraata ayrılıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Əvvəlki yazı

ÇEÇEN NAZİR ƏLİ HƏSƏNOVUN AÇIQLAMASINA CAVAB VERDİ – VİDEO

Sonrakı yazı

QHT RƏHBƏRLƏRİ ARASINDA QARŞIDURMA – Kahramanmaraşda Xocalı Parkı kimin təşəbbüsü ilə salınıb?

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.