05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“NAZİRLİYİ MƏKTƏB YOX, RESTORAN MARAQLANDIRIR…” – Liseyinə lisenziya verilməyən ekspertdən Təhsil Nazirliyinə ittihamlar

14 Fevral 2019, 19:51
Gündəm
A A
“NAZİRLİYİ MƏKTƏB YOX, RESTORAN MARAQLANDIRIR…” – Liseyinə lisenziya verilməyən ekspertdən Təhsil Nazirliyinə ittihamlar

“2016-cı ildə bir iş adamının vəsaiti ilə ölkədə yeni, modern bir lisey layihəmin həyata keçirilməsinə başladım. Təhsil layihəmin maliyələşdirilməsi üçün çox qapı döymüşdüm. Heç kim yaxın durmurdu, vəsait ayırmırdı. Sonra restoran açmaq istəyən birini fikrindən daşındırıb bu sahəyə yönəldə bildim. Başlanmış iş 2018-ci ildə bitdi”.

“AzPolitika.info”nun məlumatına görə, tanınmış təhsil eksperti Kamran Əsədovhəyata keçirməkdə olduğu lisey layihəsinə Təhsil Nazirliyindən lisenziya alınması zamanı üzləşdiyi çətinliklərə həsr etdiyi “Facebook” yazısında bunları yazıb. Ekspert deyir ki, 2 il ərzində lisey üçün bina, infrastruktur tam şəkildə Nazirlər Kabinetinin məktəblərin tikintisi ilə bağlı 171 saylı qərarının bütün tələblərinə uyğun olaraq hazırlanıb. Bundan sonra liseya lisenziya almaq məsələsi gündəmə gəlib.

kamran

“Ardınca lisenziya almaq prosesinə başladım. Amma eləcə başladım. Çünki liseyin nizamnaməsinə rəy vermək üçün müraciət etdiyim Təhsil Nazirliyi nizamnaməyə rəy vermir. Özü də nə az, nə çox, 5 aydır ki, get-gələ salır və hər müraciətə də əsassız imtina yazır. Maraqlısı və gülünc tərəfi odur ki, onlara təqdim etdiyim nizamnamə mənim müraciətimdən 10 gün əvvəl lisenziya verilmiş liseyin nizamnaməsidir. Yəni sadəcə olaraq orda liseyin və təsisçinin adı dəyişib. Necə olur, onlar həmən nizamnaməni təqdim edəndə təstiq edirlər, amma eyni, onların 10 gün əvvəl təstiq etdiyi nizamnaməni mən təqdim edəndə imtina edirlər?”

K.Əsədov iddia edir ki, Təhsil Nazirliyi süründürməçiliklə məşğuldur: “Hər müraciətə 30 iş günündə, yəni azı 45 gün ərzində baxırlar. Sonuncu rəylərində 3 bəndin dəyişdirilməsini bildiriblər. Məndə o 3 qeydi dəyişib yenidən müraciət etmişəm. Yeni müraciətin üstündən 10 gün keçib, maraqlanıram, deyirlər ki, sizin müraciətinizin icra müddəti 27 martda başa çatır. Axı mən yeni sənəd təqdim etməmişəm, eyni nizamnamədir və siz ona əvvəl 45 günə baxmısız, indi həmən 3 dəyişikliyə baxın, rəyi verin gedək işimizlə məşğul olaq! Yoxsa bu şəxsi qərəz nədir? Liseylə bağlı nazirliyin bir çox rəhbər şəxsləri ilə görüşmüşəm, danışmışam. Amma gördüyüm odur ki, onlar məsələyə şəxsi zəmində baxırlar, onlar təhsilin inkişafında, məktəb açılmasında maraqlı deyillər.
21 iyun 2018-ci ildə elə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Baş nazirin müavini Əli Əhmədov dedi: “Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır. Məhz bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar”. Hörmətli Əli müəllim, mən ölkəyə sərmayə cəlb edib sizin dediyinizi etmişəm, amma indi məmurların təsiri, müdaxiləsi ilə bunu tamamlaya bilmirəm”.

ceyhun_bayramov-azeuro-1

“Açılan hər bir məktəb, hər bir lisey təhsilin inkişafı üçün əhəmiyyətlidir. Amma belə başa düşürəm ki, Təhsil Nazirliyi məktəbin yox, restoranın açılmasında maraqlıdır. Yoxsa hətta nazirliyin rəhbərliyi səviyyəsində bilinən məsələm 5 aydır süni şəkildə uzaldılmazdı”, – K.Əsədov əlavə edib.

V.Nəsibov
AzPolitika.info

Əvvəlki yazı

PAŞİNYAN “İQTİSADİ İNQİLAB” ÜÇÜN PUL AXTARIR:“2004-2013-cü illərdə Ermənistandan 9 milyard dollar qanunsuz çıxarılıb” – TƏHLİL

Sonrakı yazı

Əli Abbasovun adamı da həbsdən canını qurtardı – 300 minlik villasını verdi

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.