26-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SÖYÜN SADIQOVUN QƏFİL HƏBSİ… – Onu Abbasov, yoxsa ermənilər tutdurub?

13 Fevral 2019, 10:29
Cəmiyyət
A A
SÖYÜN SADIQOVUN QƏFİL HƏBSİ… – Onu Abbasov, yoxsa ermənilər tutdurub?

“AzerRos”un keçmiş sədri  Abbas Abbasovla münaqişədə olub, Gürcüstanda erməni terrorçunun abidəsinin  qoyulmasına sərt şəkildə etirazını bildirmişdi

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. “Report”un Moskva bürosunun əldə etdiyi məlumata görə, S. Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar. Keçmiş diaspora rəhbəri şəhərdəki kafelərin birində hadisə zamanı saxlanılıb.

“Yeni Müsavat” bildirir ki, Sadıqov Söyün Qasım oğlu 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. İqtisad elmləri namizədi, biznesmendir. 1980-1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. Söyün Sadıqov 1981-ci ildən Moskvanın “Qlavmosremont” tikinti şirkətində çalışıb. 1986-cı ildən “Mosrekonstruksiya” şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub.

söyün sadıqov ile ilgili görsel sonucu

1994-cü ildə fəxri memar adına layiq görülüb. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. 2002-ci ildə “AzerRos”un prezidenti seçilib. 2012 -2018-ci illərdə Rusiya prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi olub. Haqqındakı Vikipediya məlumatlarına görə, 2005-ci ilin martında S.Sadıqova sui-qəsd olub, ofisinin yaxınlığında killer onun avtomobilinə avtomatdan atəş açıb. Nəticədə iş adamının sürücüsü yaralanıb, özünə heç nə olmayıb.

söyün sadıqov ile ilgili görsel sonucu

SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir.

Bildirək ki, Söyün Sadıqov iki dəfə ailə qurub. Birinci həyat yoldaşından bir oğlu var. İkinci dəfə öz xalası qızı ilə ailə quran Söyün Sadıqovun bu evlilikdən bir oğlu və iki qızı dünyaya gəlib.

O, 2012-ci Moskvada bir qrup azərbaycanlı oliqarxın birləşdiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (“Milyarderlər İttifaqı”) təsisçilərindən biri olub.Rəsmi Bakıya qarşı zaman-zaman sərt mövqeyi ilə seçilib. O, son illər Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovla münaqişədə olub. Əvvəl sabiq vitse-primyerin “AzerRos” sədrliyindən, sonra isə  Ağsaqqallar Şurasının sədrliyindən getməsi üçün hər şey edib.

O, müsahibələrində “Rusiyada Abbas Abbasovun nüfuzu  qalmayıb. Əgər onun Rusiya rəhbərliyi yanında elə hörməti və nüfuzu olsaydı, Abbas Abbasov dostu Telman İsmayılova kömək edərdi” kimi açıqlamalar verib.

Moskvadakı mənbələr iddia edir ki, S.Sadıqovun qəfil həbsində Abbas Abbasovun “əli olduğu” güman edilir. “Abbas Abbasov nüfuzundan istifadə edərək, onu həbs etdirə bilib”, – deyə mənbə “Yeni Müsavat” a bildirib.

Son olaraq, Söyün Sadıqov Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanda abidə qoyulmasına sərt şəkildə etirazını bildirmişdi. Söyün Sadıqov Gürcüstan prezidentinə və baş nazirinə sözügedən erməni terrorçusunun abidəsinin sökülməsi üçün 2 ay vaxt verərək onları “Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracam”sözləri ilə hədələmişdi.

“AzPolitika.info” qeyd edir ki, Söyün Sadıqovun bu bəyanatından sonra həbs edilməsi, onun saxlanılmasında Moskvadakı ermənilərin də rolu olduğunu düşünməyə əsas verir.

***
272959_res_01Rusiya Federasiyasının Rostov şəhərində azərbaycanlıların keçmiş tanınmış diaspor rəhbəri Söyün Sadıqov yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
“Report”un Moskva bürosunun əldə etdiyi məlumata görə, S. Sadıqov “reket” fəaliyyəti ittihamı ilə həbs olunub. Onu güç yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

Keçmiş diaspora rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.

Qeyd edək ki, Söyün Sadıqov uzun illər Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində çalışıb. 2012 -2018-ci illər Rusiya prezidentinin Vladimir Putinin etibarlı nümayəndəsi olub. Onun adı uzun müddət mətbuatda müxtəlif siyasi və ictimai qalmaqallarda hallandırılıb.

Əvvəlki yazı

Ərdoğan Şəmistan Əlizamanlının ifa etdiyi “Zəfər bismillah” mahnısı ilə seçkiyə gedir –VİDEO

Sonrakı yazı

İrəvandan ABŞ-ı qəzəbləndirəcək mövqe – Putinin “dirijor çubuğu” ilə…

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.