14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Parlament bələdiyyələrlə bağlı illik məruzəni qəbul edib:”143 vəzifəli şəxs barəsində protokol tərtib edilib”

12 Fevral 2019, 15:00
Uncategorized
A A
Parlament bələdiyyələrlə bağlı illik məruzəni qəbul edib:”143 vəzifəli şəxs barəsində protokol tərtib edilib”

Milli Məclis  bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2018-ci ilə aid məruzə müzakirə olunub.

“Report” xəbər verir ki, hesabatı ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

O bildirib ki, ötən il bələdiyyə aktlarının vaxtında təqdim edilməsi üzərində inzibati nəzarətin gücləndirilməsi üçün bir sıra tədbirlər görülüb: “Bələdiyyələrin 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 protokol isə baxılmaqdadır. Bir sıra bələdiyyələrin işində nöqsanlara və qanun pozuntularına yol verilib. İnzibati nəzarət icraatı qaydasında 31 araşdırma aparılıb, araşdırmaların bir qismində müraciətlərdə göstərilənlər öz təsdiqini tapmayıb və ciddi qanun pozuntuları müəyyən edilməyib. 26 araşdırmada cinayət əməlinin əlamətləri aşkar edildiyindən toplanan materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 18-i üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır”.

Nazir müavini qeyd edib ki, ötən il 256 ha torpaq sahəsinin qanunsuz olaraq mülkiyyətə, 5657 ha torpaq sahəsinin icarəyə, 8 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Ədliyyə Nazirliyinin təklifləri və ya iddiaları əsasında bələdiyyələr və müvafiq məhkəmələr tərəfindən ləğv edilib: “Bütövlükdə 5921 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Bu da 2017-ci illə müqayisədə 2.2 dəfə çoxdur. Quba rayonu, Quba bələdiyyəsinin keçmiş sədrinin səlahiyyəti olmadığı halda büdcə vəsaitlərindən qanunsuz istifadə etməsi, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrini dəyərindən ucuz satması nəticəsində bələdiyyə büdcəsinə 549.5 min manat ziyan vurulması faktı üzrə Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İmişli rayonu Yalavac bələdiyyəsi sədrinin 3 ha torpaq sahəsini real qiymətindən ucuz sataraq pul vəsaitlərini bələdiyyə büdcəsinə mədaxil etməməsi, kənd təsərrüfatı təyinatlı 0.71 ha torpaq sahəsini qanunsuz sataraq dövriyyədən çıxarması, büdcə vəsaitlərinin qanunsuz xərclənməsi nəticəsində büdcəyə 154.6 min manat məbləğində ziyan vurulması faktı üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Balakən rayonunun Qabaqçöl bələdiyyəsində büdcə vəsaitlərinin qanunsuz xərclənməsi, əsassız əmək haqqı ödəmələrinin həyata keçirilməsi, icarə haqlarının və torpaq satışından əldə edilən vəsaitlərin yerli büdcəyə mədaxil edilməməsi nəticəsində bələdiyyə büdcəsinə 90.3 min manat ziyan vurulması faktı üzrə, Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasının səlahiyyətlərinə aid edilən məsələlərin təkbaşına həll edilməsi, büdcə vəsaitlərinin qanunsuz istifadəsi və saxta kassa mədaxil orderləri əsasında torpaq sahələrinin satınalınması nəticəsində bələdiyyə büdcəsinə 74.6 min manat məbləğində ziyan vurulması faktı üzrə, Hacıqabul rayonunun Hacıqabul bələdiyyəsində ikili protokollaşdırma aparılaraq fərdi yaşayış evinin tikintisi üçün ayrılan 1.50 ha torpaq sahəsinin dəyərindən ucuz satılmaqla dövriyyədən qanunsuz çıxarılması və təsdiqedici sənədlər olmadan pul vəsaitlərinin xərclənməsi nəticəsində bələdiyyə büdcəsinə 47 min manat məbləğində ziyan vurulması faktı üzrə Korrpusiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri, Bərdə rayonu Samuxlu bələdiyyəsinin sədri tərəfindən büdcədən 31 min manatın qanunsuz silinməsi və 97.3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz göllər yaradılması faktı üzrə Korrpusiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci cinayət işi başlanılıb. Bundan başqa, Ağcabədi rayonunun Kürdlər bələdiyyəsinin sədri tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin qanunsuz satılması, 71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bələdiyyə qərarı olmadan, hərrac və ya müsabiqə keçirilmədən icarəyə verilməsi və yığılan icarə haqlarının bələdiyyə büdcəsinə ödənilməməsi, artıq əmək haqlarının verilməsi faktları üzrə Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə cinayət işi açılıb. Qazax, Balakən, Xızı, Bakı şəhəri Sabunçu rayonunun Bilgəh, Quba rayonunun Timirzayev, Kürdəmir rayonunun Sığırlı, Balakən rayonunun Qasbinə və s. bələdiyyələrin vəzifəli şəxsləri barəsində də cinayət işi başlanılıb”.

V.Zahirov bələdiyyələrlə bağlı iradlarını da açıqlayıb: “Həyata keçirilən tədbirlərə baxmayaraq bələdiyyələrin fəaliyyətində bir sıra nöqsanlar, o cümlədən torpaq və maliyyə qanunvericiliyinin pozulması, bələdiyyə iclasının səlahiyyətlərinə aid məsələlər üzrə təkbaşına qərarlar qəbul edilməsi hallarına hələ də yol verilir. Törədilən cinayət əməlləri də daha çox belə pozuntularla bağlıdır. Yerli və vergi və ödənişlərin uçotu və yığımı yaxşılaşsa da, bu sahədə problemlər qalmaqdadır. Mədən vergisi ödəyicilərinin, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərin uçotdan yayınmasına da yol verilir. Bələdiyyələrin və ya başqa aidiyyəti dövlət orqanının bu ödənişlərin həyata keçirilməsinə nəzarət funksiyalarının olmaması problemlərin yaranmasına səbəb olur. Yerli özünüidarə orqanlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması bu sahəyə diqqətin artırılmasını tələb edir. Bu baxımdan, qanunla nəzarət mexanizminin yaradılması və ya ödənişin miqdarının müəyyən edilməsi və hesablanması qaydasının təkmilləşdirilməsi məqsədəuyğundur. Bələdiyyələrin çoxu yerli sosial-iqtisadi problemlərin həllində fəal iştirak etsələr də, onların gördüyü işlər barədə ictimaiyyətə geniş məlumat verilmir. Bələdiyyələrin daha aktiv fəaliyyət göstərməsi üçün yaxşı iş təcrübəsinin mətbuatda işıqlandırılması və yayılması önəmli olduğundan, bələdiyyələrin milli assosiasiyalarına bu sahəyə diqqəti artırmaları barədə müraciət olunub, Bələdiyyələr də gördüyü işlər barədə kütləvi informasiya vasitələrində, habelə internet saytlarında vaxtaşırı məlumatlar verməli, əhali ilə təmasları yaxşılaşdırmalıdır. Bələdiyyələrin sahibkarlıq fəaliyyətini həyata keçirməsi dövlət siyasəti ilə təşviq olunmasına, normativ hüquqi bazanın formalaşmasına baxmayaraq, bu sahədə təşəbbüskarlıq yetərli deyil. Bütövlükdə, bələdiyyələr tərəfindən 50-ə yaxın kommersiya qurumu təsis edilib, Təəssüf doğrucu haldır ki, bələdiyyələrin təsis etdikləri kommersiya hüquqi şəxslərinin böyük bir qismi fəaliyyət göstərmir, işləyənlərin bəziləri isə bələdiyyə büdcəsinə mənfəət vergisi ödəmirlər. Belə halların qarşısının alınması üçün tədbirlər görülür. Xarakterik nöqsanlardan biri də bir sıra bələdiyyələrin fəaliyyətində hesabatlılığın, şəffaflığın zəif olması və ya bu sahədə işin düzgün qurulmamasıdır. Hüquq pozuntularını doğuran səbəblər müxtəlif olsa da, onun baş verməsinə şərait yaradan başlıca amil şəffaflığa əməl olunmamasıdır”.

Hesabat müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib

Əvvəlki yazı

Ermənistan hərbçisi mobil telefona görə güllələndi…

Sonrakı yazı

Deputat Qüdrət Həsənquliyev:”Pul uğrunda amansız mübarizə gedir”

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.