12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Keçmiş millət vəkili “Azərişıq” ASC-ni “topa tutdu”:”Bu hal korrupsiyanı, rüşvəti ayaqda saxlayır”

08 Fevral 2019, 18:53
Cəmiyyət
A A
Keçmiş millət vəkili “Azərişıq” ASC-ni “topa tutdu”:”Bu hal korrupsiyanı, rüşvəti ayaqda saxlayır”

“Dövlətin təbii inhisarçısı olan və kommunal xidmət göstərən “Azərişıq” ASC və digər kommunal xidmət göstərən təşkilatların idarəolunma fəlsəfəsi dəyişməlidir. Yeni qoşulma üçün müraciət edən sahibkara, fiziki şəxsə, hüquqi şəxslərə isə amansızcasına pul mənbəyi kimi baxılır”.

Reportyor.info xəbər verir ki, bunu iqtisadçı ekspert, keçmiş millət vəkli Nazim Bəydəmirli bildirib. Ekspert hesab edir ki, əsaslı vəsait qoyuluşu dövlət büdcəsi hesabına aparılan, 10 milyardlarla büdcə vəsaiti xərclənən müəssisələr belə işləməməlidir:

“Bu vəsaitlər dolayısı yolla bizim vergilərdən formalaşır, dövlət isə sahibkarlığa ona görə dəstək verməlidir ki, daha çox vergi ödənilsin. Dövlətin bir neçə dəfə çəkdiyi xərci yenidən vətəndaşa, sahibkara ödətdirmək hansı məntiqə əsaslanır? Bəyəm “Azərişıq” ASC özəl təşkilatdır ki, onun öz vəsaitinə tikdirdiyi SES, İES, alternativ enerji stansiyalarına investisiya qoyub ki, sonra da “əlavə enerji gücü yaratmaq” üçün bizdən pul almağına haqq qazandırsın? Normal idarəçilik olsa idi, bunun sorğu-sualı olardı ki, ay təbii inhisarçı şirkət, sən dövlətdən ucuz aldığın enerjini alqı-satqı müqaviləsinə əsasən vətəndaşa, sahibkara satırsan, niyə ondan bu alqı-satqı üçün də əlavə pul istəyirsən? İzahı olunmalıdır ki, burada sənin rentabelliyin kifayət qədərdir ki, həm cari təmiri həyata keçirəsən, həm inkişaf edəsən. Hanı bu qədər toplanan vəsaitlər?”

Nazim Bəydəmirli daha sonra qeyd edib ki, apardıqları araşdırmalar göstərir ki, əksinə dövlət yenə “Azərişıq” üçün vergilərdən, gələcək nəslin fondlarından xərcləməklə davam edir:

“Bunlar da guya pulu rüşvət kimi almırlar, bəhanə edirlər ki, “ASAN Kommunal”- a ödəyirsiniz, bizlik deyil. “ASAN Kommunal”-da da vətəndaş bu təbii inhisarçıların “şıltaqlığı üçün” uzun növbələrdə əziyyət çəkirlər. Vətəndaşa, sahibkara nə fərqi var ki, təbii inhisarçı, əslində isə dövlət pulu necə alır? Şəffaf və ya qeyri şəffaf, bank hesabına və ya xəzinəyə? Bəyəm, bizim kimi ölkələrdə şəffaflıq pulun alınma mexanizminə bağlıdır? “Texniki şərt” deyilən prosedur keçmiş SSRİ ənənəsidir, mövcud olmuş müəssisələrdə bu ad altında sadəcə vəsait toplanması gedir, bizim ödədiyimiz vəsaitlər heç də şəbəkənin gücləndirilməsinə xidmət etmir, sadəcə bu şirkət işçilərinin aşağı olan maaşlarına “paketlər” verilməsinə, həm də “ASAN Xidmət”-ə əlavə qazanc mənbəyi kimi xidmət edir”.

Keçmiş millət vəkili hesab edir ki, müxtəlif adlarla “yağ açarı” , kabel, transformator və s. vəsait toplanmasını bir kənara qoyub kommunal xidmətin satışını həyata keçirən təşkilat süründürməçiliyə yol verməməlidir:

“Heç də istisna deyil ki, bir sahibkara az, digərinə daha çox maliyyə tutumu olan “texniki şərt” yükləyirlər. Bu hal korrupsiyanı, rüşvəti ayaqda saxlayır. Ona görə elektrik şəbəkəsinə, digər kommunal xidmətlərə də yeni qoşulanlara “texniki şərt” adı altında vəsait xərclətmək təcrübəsinə son qoymaq lazımdır, bütün bunlar sahibkarın yükünü əsassız artırır, dövlətin imicinə ciddi ziyan vurur”.

Əvvəlki yazı

Tələbləri kobud şəkildə pozan nazirliklər və dövlət qurumları – PA ADLARI AÇIQLADI

Sonrakı yazı

Hüquq müdafiəçiləri Səməd Seyidovla görüşdülər –Siyasi məhbus siyahılarına yendən baxılacaq

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.