25-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Avropa Parlamentinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanat veriblər

26 Fevral 2018, 10:43
Gündəm
A A
Avropa Parlamentinin üzvləri Xocalı soyqırımı ilə bağlı bəyanat veriblər

Avropa Parlamentində (AP) yeni yaradılmış Azərbaycanın Dostları Klubunun üzvləri Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul ediblər.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatın qəbul edilməsi ilə bağlı təşəbbüs Avropa Parlamentinin Latviyadan olan deputatı, AP Xarici Əlaqələr Komitəsinin üzvü və Azərbaycanın Dostları Klubunun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocalı qətliamı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir.

Bəyanatda Azərbaycan xalqının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız cinayətlə üzləşməsi, nəticədə 613 mülki şəxsin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın həyatını itirməsi, yüzlərlə insanın ağır yaralanması və 1275 nəfərin əsir götürülməsi faktı öz əksini tapıb. Sənəddə AP üzvləri Xocalı qətliamı nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı dilədiklərini, ailələrinin dərdlərinə şərik olduqlarını bildirir və Xocalı faciəsi kimi insanlıq əleyhinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı qətliamının xatırlanmalı olduğunu vurğulayırlar.

Bəyanatı şərh edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qəbul edilən bəyanatın 26 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımına beynəlxalq təşkilatlar tərəfindən lazımi qiymətin verilməsi üçün atılan mühüm addım olduğunu bildirib: “Avropa Parlamenti mütəmadi olaraq həm Avropa qitəsində, həm də bütövlükdə dünyada baş verən hadisələrə öz rəyini bildirir və belə bir qurumun 22 üzvü tərəfindən Xocalı soyqırımına diqqət ayrılması, baş vermiş cinayətlərə siyasi qiymət verilməsi, bu cinayət nəticəsində həyatını itirənlərin və onların ailələrinin yad edilməsi, əlbəttə ki, vacib hadisədir. Hazırda Avropa Parlamentində 28 ölkə 8 siyasi qrupla təmsil olunur. Bəyanatı imzalayan üzvlərin 28 ölkədən 13-nü və 8 siyasi qrupdan 6-sını təmsil etməsi də bu mənada mühüm göstəricidir”.

Deputat daha sonra deyib: “Xocalıda həyatını itirmiş əziz soydaşlarımızın ruhu və onların sağ qalan ailə üzvləri qarşısında bizim ən böyük borcumuz həqiqətləri dünyaya çatdırmaq, dünya birliyinin o gecə Xocalıda baş verən qətliamı adı ilə çağırmasına nail olmaqdır. AP üzvlərinə həqiqətlərimizin çatdırılmasını sistemli şəkildə elə təmin etməliyik ki, erməni lobbisinin və bu lobbinin təsiri altında fəaliyyət göstərən bir qrup AP üzvünün ölkəmiz əleyhinə apardığı qərəzli anti-Azərbaycan fəaliyyətin qarşısı alınsın. Bu mənada, Avropa Parlamentinin üzvləri tərəfindən bəyanat qəbul edilməsi çox mühüm bir addımdır. AP üzvlərinin Azərbaycanı daha yaxından tanıması və ölkəmizlə bağlı həqiqətləri öyrənərək müvafiq addımlar atması üçün komitəmizin üzvləri bundan sonra da fəal şəkildə iş aparacaqlar”.

Avropa Parlamenti üzvləri tərəfindən qəbul edilən bəyanatı yüksək qiymətləndirən Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü, deputat Azər Kərimli isə bildirib ki, bu bəyanat münasibətlərin bərpasından sonra keçən son bir ildə Avropa Parlamentinin üzvləri ilə aparılan intensiv və məqsədyönlü işin nəticəsidir və Azərbaycanın parlament diplomatiyasının növbəti uğurudur.

Deputat bəyanatın Avropa Parlamentində yenicə yaradılmış Azərbaycanın Dostları Klubunun üzvləri tərəfindən irəli sürülməsini və dəstəklənməsini vurğulayaraq deyib ki, bu, həmçinin AP nəzdində dostluq qrupunun yaradılmasının nə qədər doğru və vacib addım olduğunu bir daha göstərir. Bu sənəd gələcəkdə qəbul ediləcək daha mühüm sənədlər üçün bir əsas olacaq və bunun üçün daha çox çalışmaq, beynəlxalq parlament qurumları ilə daha sıx əlaqələr qurmaq vacibdir: “Hazırda dünyada parlament diplomatiyasının rolu və əhəmiyyəti artır. Bunu nəzərə alaraq Milli Məclisin müvafiq təşkilatlarla işləyən nümayəndə heyətləri, o cümlədən Avropa Parlamenti ilə münasibətdə olan bizim nümayəndə heyətimiz mümkün bütün vasitələrlə əlaqələrin daha intensiv xarakter almasına, əməkdaşlığın genişləndirilməsinə çalışır. Düşünürəm ki, bu məqsədyönlü iş tezliklə daha çox və daha ciddi nəticələr verəcək”.

Xocalı faciəsi ilə bağlı bəyanat, ümumilikdə, Avropa Parlamentinin 13 ölkəni (28 ölkədən) və 6 siyasi qrupu (8 qrupdan) təmsil edən 22 üzvü tərəfindən, o cümlədən qurumun vitse-prezidenti tərəfindən imzalanıb.

Əvvəlki yazı

Yaxın Şərqi daha böyük və dağıdıcı müharibə gözləyir

Sonrakı yazı

Qənirə Paşayeva Kastamonu Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans verib

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.