05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Musa Quliyev müxalifəti “seçki dueli”nə çağırdı

05 Fevral 2019, 08:39
Seçmə
A A
Musa Quliyev müxalifəti “seçki dueli”nə çağırdı

Musa Quliyev: “Müxalifətin şüarları düşmənə yox, özümüzə qarşı yönəlib”; Hikmət Hacızadə: “Hökumətə nə boyda teatr lazımdırsa, müxalifətə o qədər yer verir”

Bəzən tənqidçilər hesab edirlər ki, Azərbaycanda müxalif düşərgə özünü “sözəbaxan” aparır. İqtidar onlara mitinq icazəsi verirsə, mitinq keçirirlər, vermirlərsə, razılıq almaq üçün ciddi dirəniş göstərmirlər. Bu, doğrudanmı belədir?

“Radikal müxalifət bundan əvvəlki parlament seçkilərinə qatılmadı. Daha öncəki seçkini isə uduzub. Biz demokratik cəmiyyətdə yaşayırıq və hər kəsin gücü seçkidə özünü göstərir”.

Bu fikirləri “Yeni Müsavat”a deputat Musa Quliyev müxalif qüvvələrin iqtidara təzyiq gücünün olmaması barədə danışarkən söylədi.  Deputat təklif edir ki, müxalifət payızda keçiriləcək bələdiyyə seçkilərində iştirak eləsin və iqtidara gücünü nümayiş etdirsin: “O ki qaldı müxalifətin mitinqinin təsiri nəticəsində dövlət hansısa addımlar atır, bu, çox gülünc fikirlərdir. Dövlət idarəçiliyi təcrübəsi olanlar bilir ki, hökumət planları əvvəldən qurur, layihələr həyata keçirir. Azərbaycan hökuməti öz işini görür.  Hakimiyyət hər hansı addımı kiminsə iddialarına uyğun atmır. Ona görə mitinqdən bir həftə sonra addımlar atılmır. Belə fikirlər aksiyada iştirak edənlərin aldadılması üçün bir tryukdur”.

M.Quliyev müxalifətin mitinqlərdə səsləndirdiyi şüarlara görə təəssüf edir: “Əfsus ki, müxalifətin şüarları düşmənə yox, özümüzə qarşı yönəlib. Məsələn, Gürcüstanın Axalakalaki vilayətində erməni terrorçusuna abidə qoydular. Amma mitinqdə sinəsini cıranlar Gürcüstanın Bakıdakı səfirliyinin qarşısına toplaşmadı, aksiya keçirmədi, bir kəlmə söyləmədilər. Biz bilmirik, bəlkə abidəni qoyanlarla eyni mənbədən maliyyələşirlər? Yaxşı olar, bu suala cavab versinlər”.

Siyasi şərhçi Hikmət Hacızadə müxalif qüvvələrin iqtidara təzyiq gücünün azalmasının səbəbləri barədə bildirdi ki, mübarizə üçün münbit şərait olmalıdır: “Azərbaycanda olmayan da elə bu mühitdir. Müxalifət heçə endirilib, hökumət müxalifətlə teatr göstərə bilir”.

Siyasi şərhçi Hikmət Hacızadə ile ilgili görsel sonucu

Politoloqun fikrincə, hökumətə nə boyda teatr lazımdırsa, müxalifətə o qədər yer verir: “İstəsə qapı-pəncərələri bağlaya bilər, interneti, televiziyanı bloklayar. İstəyəndə mitinqə icazə verir, istəmirsə vermir. Əhalidə tərpəniş olmalıdır. Mitinqlərdə kütləvilik yoxdur. İcazəsiz aksiyalara 200-300 adam gəlir.

İlk növbədə gənclər üçün meydan olmalıdır ki, o da  yoxdur. Yaşlı müxalifət gözləyir ki, gənclər yeni ideyalarla gəlsin, formalaşsın. Amma cavanları da sıxırlar.  Əhali etirazlara qarışmırsa, bu şəraitdə müxalifətdə olanları qəhrəman sayıram. Belə vəziyyətdə nə isə etməyə çalışırlar.  Nəzərə almaq lazımdır ki, müxalifətdə qalanları da incidirlər, yaxınlarını işə götürmürlər. Amma belə davam edə bilməz, böhran dərinləşəcək. Ona görə islahatlar lazımdır”.

Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiyanın  başqanı Tural Abbaslı isə müxalifətin hakimiyyətə təzyiq edə bilməməsində günahı daha çox birincilərdə görür:

“Yəni Amerika kəşf etməyə ehtiyac yoxdur. Müxalifətin gücü narazı elektoratdır. Əgər onlar hakimiyyətin cizdiyi dairədə müxalifətçilik edə bilirsə, deməli, narazı qüvvələri yanına ala bilməyiblər. Çünki hakimiyyət qədər yaşı olan müxalifət xalq üçün etimadsızlaşıb. Artıq bəzilərini  ləqəblərlə xatırlayırlar. Müxalifət öz daxilində yenilənməlidir”.

T.Abbaslının sözlərinə görə, narazı elektoratın tələbatına uyğun təşkilatlar, strukturlar təqdim olunmalıdır: “Mitinq keçirirsən, telefon nömrələrinə sonra zənglər olunur, təqiblər başlayır. Müxalifət narazıların təhlükəsizliyini də düşünməlidir. Bunun üçün yeni platformalar tapmalıdır, sosial şəbəkələr, müasir mediadan istifadə olunmalıdır. Taktika dəyişməsə, hakimiyyətə təsir imkanları çətin olacaq. Müxalifət iqtidar qarşısında zəifdirsə, o demək deyil hakimiyyət güclüdür. Sadəcə, bu düşərgə öz metodlarını yeniləsə, iqtidarın hansı gücə malik olduğu üzə çıxar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Əvvəlki yazı

Son illər hansı qəzetlər bağlanıb? –ADLAR

Sonrakı yazı

Fazil Mustafa: “Hakimiyyət daha çox maraqlı olmalıdır ki, aqressiya azalsın”

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.