04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Erməni mafiyasının siyasi cinayətləri: Paşinyan Berlinə getdiyi gün nə baş verdi? – ŞOK FAKTLAR

04 Fevral 2019, 15:47
Siyasət
A A
Erməni mafiyasının siyasi cinayətləri: Paşinyan Berlinə getdiyi gün nə baş verdi? – ŞOK FAKTLAR

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də Almaniyaya səfər edib. Bu səfərin məqsədi Ermənistanın yeni hökumətinin Almaniyadan iqtisadi dəstək almaq istəyi idi, fevralın 1-də kansler Angela Merkellə görüşdə də Paşinyan bunu dilə gətirdi. Lakin Paşinyanın alman torpaqlarına ayaq basdığı gün Berlində nəşr olunan nüfuzlu “Tagesspiegel” qəzetinin manşeti diqqət çəkdi.

“Erməni mafiyası Almaniyada fəallaşır”, qəzet yazır (https://www.tagesspiegel.de/berlin/bundesregierung-bestaetigt-armenische-mafia-in-deutschland-aktiv-42-verdaechtige/23932792.html).

Qəzet qeyd edir ki, Federal Hökumət Almaniyada erməni mafiyasının fəallığını təsdiqləyir. Erməni mafiyasının fəaliyyəti “mütəşəkkil cinayətkarlıq”la təsnif olunur.

Bundestaqda “Sol” partiyasının sorğusuna cavabda Federal Hökumət “Şpigel” nəşri və MDR ictimai televiziyasının 2018-ci ildə erməni mafiyasının Almaniyadakı mütəşəkkil cinayətkarlığı ilə bağlı apardığı araşdırmaların doğru olduğunu təsdiqləyib. Məlumata görə, Federal polis indiyə qədər 42 şəxsə qarşı 14 araşdırma aparır.

Ötən il Almaniya mediasında erməni mafiyasının mütəşəkkil cinayətkarlığı haqqında üç ciddi araşdırma yayımlanıb.

2018-ci il, 2 noyabr: “Spiegel” nəşrində yayımlanan “Erməni mafiyası Almaniyada necə fəaliyyət göstərir” başlıqlı məqalə;

2018-ci il, 7 noyabr: “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” adlı sənədli film. MDR televiziyasının (ARD ictimai televiziyalar qrupuna daxildir) hazırladığı bu filmin nümayişi Ermənistan səfirliyinin şikayəti əsasında Berlin məhkəməsinin qərarı ilə müvəqqəti dayandırılıb;

2018-ci il, 19 dekabr: ARD ictimai televiziyasında yayımlanan “Mərc mafiyası: Almaniya və mütəşəkkil futbol cinayətkarlığı” sənədli filmi və həmin televiziyanın “sportschau.de” idman xəbərləri saytında dərc olunan “Erməni mərc mafiyası Almaniyada da fəaliyyətdədir” başlıqlı məqalə;

Araşdırmalarda erməni mafiyasının qanunsuz mərc oyunlarının təşkili, narkotik, şantaj, zorakılıq, quldurluq və s. cinayət əməlləri ifşa edilib. Məlum olub ki, erməni mafiyası təkcə Almaniyada yox, Avropanın müxtəlif ölkələrində – Fransa, Bolqarıstan, Slovakiya, Niderland, o cümlədən Birləşmiş Ştatlarda da koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Almaniya polisi ötən il bu cinayətkarlığa qarşı əməliyyatlar keçirib, analoji əməliyyatlar adıçəkilən Avropa ölkələrində də həyata keçirilib.

Böyük maliyyə resurslarına malik olan və Almaniya da daxil olmaqla, Avropa ölkələrində kök atmış erməni mafiyası Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ümumiyyətlə, Avropa siyasi sistemində siyasətçilərin pulla ələ alınması, onların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin təşkil olunması, Avropa ölkələrinin mətbuat orqanlarında Azərbaycana qarşı kampaniyaların aparılması kimi çirkin işləri də həyata keçirir. Erməni mafiyası əslində erməni lobbisidir və kifayət qədər siyasiləşmiş radikal təşkilatdır. Avropanın paytaxtı hesab olunan Brüsseldə erməni mafiyasının xaç atası brilyant biznesi ilə məşğul olan Kaspar Karampetiyan özünə məskən salıb. İsveçrədə isə erməni mafiyasının xaç atası rolunda çıxış edən şəxs dünyaca məşhur Frənk Müller saatlarının istehsalçısı, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətləri talan edən Vartan Sermakesdir. Bu şəxslərə qarşı hələ də heç bir addım atılmayıb.

Faktlar təsdiq edir ki, erməni mafiyası siyasiləşmiş təşkilat olaraq Avropanın strukturlarının qərarlarına təsir edir, müxtəlif deputatları, siyasi fiqurları pulla ələ alır.

Prezident İlham Əliyevin dediyi “Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb” sözləri də erməni mafiya-lobbisinin siyasətə gətirdiyi cinayətkarlığın istiqamətlərindən birini göstərdi. (https://asifnerimanli.wordpress.com/2019/01/12/konyak-diplomatiyasi-erm%c9%99nil%c9%99rin-bakiya-qarsi-sui-q%c9%99sd-planinda-kiml%c9%99r-yer-alir/).

Bu şəbəkə Ermənistan dövləti də daxil olmaqla dünyanın müxtəlif yerlərindəki erməni diaspor nümayəndələri, biznesmenlər və siyasətçilərdən ibarətdir.

Almaniyada erməni mafiyasının törətdiyi cinayət əməllərində Ermənistan səfirinin də adının hallanması bunu təsdiq edir.

“Tagesspiegel” yazır ki, müstəntiqlər Berlindəki Ermənistan səfirliyinin əməkdaşlarının da bu cinayətkar şəbəkədə iştirakını aşkarlayıblar. Federal hökumətin “Sol” partiyasının sorğusuna cavabında qeyd olunur: “Ermənistan səfiri 19 dekabr 2017-ci ildə Federal Daxili İşlər Nazirliyində olub. Görüş səfirin xahişi ilə təşkil edilib. Görüşün detalları haqqında məlumat Federal hökumətdə yoxdur”. Lakin ekspertlər şübhələnirlər ki, səfir cinayət araşdırması zamanı özünü ittihamlardan qorumaq üçün Daxili İşlər Nazirliyinə gəlib. Federal hökumət erməni mafiyasının fəaliyyəti haqqında ilk informasiyaları 2008-ci ildə kəşfiyyat tərəfindən aldıqlarını etiraf edir. 2008-ci ildə Ermənistan səfirliyinin sıravi əməkdaşı olan hazırkı səfir Aşot Smbatyan erməni mafiyasının Almaniyaya qeyri-qanuni yolla miqrantların gətirilməsi fəaliyyətində yer alıb. Onun hələ də cinayətkar qrupla əlaqələrə malik olduğu deyilir.

Göründüyü kimi, erməni mafiyası bütün Avropanı öz “qanlı toruna” sala bilib. Almaniya hazırda bu şəbəkəyə qarşı mübarizə aparır. Araşdırmaların Almaniyanın ictimai televiziyalarında aparılması da Federal Hökumətin məsələsinin ictimailəşməsində maraqlı olduğunu deməyə əsas verir.

Ən diqqətçəkən məqam isə Nikol Paşinyanın Almaniyaya ayaq basdığı gün “Tagesspiegel” qəzetinin erməni mafiyasının əməlləri ilə bağlı geniş araşdırma ilə çıxış etməsidir. Almaniya bununla erməni baş nazirə əslində kim olduqlarından xəbərdar olduğu mesajını verir. Xüsusilə Paşinyanın yanvarın 31-də – məqalənin yayımlandığı gün Kölndə erməni icması ilə görüşməsi və erməni icmasının əslində erməni mafiyası olduğu haqqında məlumatlar məqalənin məhz bu tarixdə dərc olunmasının təsadüfi olmadığını göstərir.

Əvvəlki yazı

Alimdən SENSASİON XƏBƏRDARLIQ: Yer kürəsi bu tarixdə MƏHV OLACAQ – VİDEO

Sonrakı yazı

Səhiyyə Nazirliyi Aparatının rəhbəri işdən çıxdı

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.