02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Vergilər Nazirliyi Cahangir Hacıyevə qarşı iddia qaldırdı –1 milyon yeddi yüz min manat tələb edir

04 Fevral 2019, 14:03
Gündəm
A A
Vergilər Nazirliyi Cahangir Hacıyevə qarşı iddia qaldırdı –1 milyon yeddi yüz min manat tələb edir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən C.Hacıyevin hüquqlarını müdafiə etmək üçün daha bir vəkil – Fəxrəddin Mehdiyev qoşulub. Hakim bildirib ki, zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, mülki iddiaçı qismində isə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı ilə Vergilər Nazirliyi tanınıb.

Daha sonra Vergilər Nazirliyinin nümayəndəsi 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırdıqlarını elan edib. O, həmin pulun C.Hacıyevdən tutulub, dövlətin büdcəsinə köçürülməsini istəyib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib, lakin iclasda fasilə yaranıb.

Məhkəmə iclası günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Əvvəlki yazı

Sabiq məmur bacısı oğlunu həbs etdirib (SƏBƏB)

Sonrakı yazı

Prezident Malayziyanın XVI Ali Başçısına məktub göndərib:”Təbrik edirəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

29 Yanvar 2026, 16:23
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

29 Yanvar 2026, 16:22
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

29 Yanvar 2026, 16:20
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

29 Yanvar 2026, 16:18
Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

28 Yanvar 2026, 17:41
İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

28 Yanvar 2026, 17:39
Xalq rəssamının qızı həbs olundu

Xalq rəssamının qızı həbs olundu

28 Yanvar 2026, 17:36
Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar 2026, 17:34
İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28 Yanvar 2026, 17:32
15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

28 Yanvar 2026, 17:31
İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

28 Yanvar 2026, 17:28
“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

28 Yanvar 2026, 17:25
Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

28 Yanvar 2026, 17:21
Bayramov çinli həmkarı ilə görüşdü

Bayramov çinli həmkarı ilə görüşdü

28 Yanvar 2026, 17:19

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.