05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ekspertlər Elman Rüstəmovun bəyanatına cavab verdirlər:“Hər 100 dolların 81 dolları neft satışından əldə edilir”

03 Fevral 2019, 22:03
Cəmiyyət, Seçmə
A A
Ekspertlər Elman Rüstəmovun bəyanatına cavab verdirlər:“Hər 100 dolların 81 dolları  neft satışından əldə edilir”

Azərbaycan Mərkəzi Bankının (MB) sədri Elman Rüstəmov bu il, 2019-cu ildə devalvasiya olmayacağını bildirib. Baş bankir bu barədəfevralın 1-də keçirdiyi mətbuat konfransında açıqlama verib.

Elman Rüstəmov deyib ki, Azərbayanda devalvasiya haqqında danışılanlar qeyri-ciddidir: “Bütün proqnozlar makroiqtisadi sabitlik üzərində qurulub. Ötən il Azərbaycanın tədiyyə balansı profisitli olub. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 3 mlrd. dollar artıb. Cari ildə maroiqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var. 2019-ci il maroiqsadi vəziyyət baxımından 2018-ci ilə oxşayır. Bu il Azərbaycan valyuta bazarına 6,8 mlrd. dollarlıq transfert daxil olacaq. Neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Əsas siyasət aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası üzərində qurulub”.

Elman Rüstəmovun “Neftin qiymətinin manata təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb” açıqlaması xüsusilə maraq doğurub.

Azadliq Radiosu deyilənlərlər əlaqədar iqtisadçılara sorğu göndərib.

İqtisadçı Azər Mehdiyev isə hesab edir ki, Azərbaycan manatının taleyi, hələ ki, neftin qiymətindən asılıdır. Azər Mehdyev son iki ildə Mərkəzi Bankın və Dövlət Neft Fondunun ehtiyatlarını artırdığını xatırladaraq əlavə edib ki, bunların sayəsində manatın kursunu qoruyub saxlamaq mümkün oldu: “Əgər bu il də neftin dünya bazarında qiyməti 40 dollardan aşağı düşməzsə və 50 dollar civarında olarsa, manata ciddi problem yaranmaya bilər. Bu halda devalvasiyaya getmək üçün heç bir əsas yaranmaz”.

Azər Mehdiyevin dediyinə görə, hətta neftin qiyməti 40 dollardan aşağı düşərsə və bu, qısa müddətdə olarsa, ciddi problem yaranmaya bilər: “Çünki hökumətin ehtiyatları manatı ən azı il ərazində sabit saxlamağa imkan verir. Amma neftin qiymətinin enməsi uzun müddətli proses olarsa, növbəti illərdə manatın taleyinin necə olacağı müzakirə tələb edir”.

İqtisadçı Vüqar Bayramov da bildirib ki, istənilən neft ölkəsində, o cümlədən Azərbaycanda milli valyutanın məzənnəsinə birbaşa təsir göstərən faktor məhz “ qara qızılın” dünya bazarındakı qiymətidir: “Təbii ki, istisna Norveçdir, bu ölkədə neftin milli valyutaya təsir imkanları xeyli məhduddur. Bəzi ölkələrdə, Birləşmiş Ərəb Əmirliklərində də bu təsiri minimumlaşdırmaq mümkün olub. Ancaq Azərbaycan ixracaatında son illər neftin payı azalsa da, yenə də xam neft ixracaatın əhəmiyyətli hissəsini təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, xam neft ümumi ixracaatımızın 81 faizini təşkil edir. Bu mənada neftin milli valyutaya təsirini məhdudlaşdırmaqdan danışmaq tezdir. Bunun üçün neftin ixracaatında, eləcə də büdcə gəlirlərindəpayın kəskin azalmasına ehtiyac var”.​

Vüqar Bayramov əlavə edib ki, milli valyutaya iki amil təsir edir: “Onlardan biri neftin dünya bazar qiymətidir. Əslində, Mərkəzi Bank əvvəlki açıqlamalarında da qeyd etmişdi ki, 50 dollar onlar üçün “qırmızı xətt”dir, neftin qiyməti bundan az olduqda bankın intervensiya imkanları xeyli məhdudlaşır. Təbii ki, qiymət 60 dollardan yüksək olduqda, bu, Mərkəzi Bnaka məznnəyə təsir imkanları verir. Ona görə neftin hazırkı qiyməti banka imkan verir ki, mövcud məzənnəni saxlasın. Amma neftin qiymətinin aşağı düşmə riski manata təsir riskini artırır. Mərkəzi Bankın pul-kredit siyasıtində də qeyd olunmuşdu ki, manata təzyiq yaradan faktorlar sırasında idxalın artması, ölkəyə daxil olan valyutanın həcminin azalmasıdır. Valyutanın azalması isə burbaşa neftin dünya bazarındakı qiyməti ilə bağlıdır. Çünki ölkəyə gələn hər 100 dolların 81 dolları xam neft satışından əldə edilir. O baxımdan neft milli valyutaya təsirini qoruyub saxlayır, yaxın illərdə də belə davam edəcək.” V. Bayramovun sözlərinə görə, manata başqa təsiredici məqam qonşu ölkələrdə, Türkiyə və Rusiyada milli valyutaların kursudur: “ Şimal ölkə Azərbaycanın qeyri-neft ixracaatının 35 faizini təşkil edir, 26 faiz isəTürkiyənin payına düşür. Əgər 1 dollar 70 rubldan çox möhkəmlənərsə, manata təzyiqi artıracaq. Həm dənəzərə alın ki, Azərbaycan aqrar məhsulunun 90 faizini Rusiyaya göndərir, buda nəticə etibarı ilə manata təsir edən faktorlardan biridir. Beləliklə, indi, yaxın gələcəkdə iki faktor-neftin qiyməti və qonşuların yerli valyutasının vəziyyəti manata təsir edəcək. Amma sözsüz, Mərkəzi Bankın mövqeyi həlledici olacaq. Kursun 1.70 qalması ondan xəbər verir ki, Mərkəzi Bank proseslərə təsir göstərir”.

2015-ci ildə (fevralda və dekabrda) baş verən devalvasiyalar nəticəsində Azərbaycan manati dollar qarşısında iki dəfə dəyər itirdi.

Ölkədə 10-dan çox bank bağlandı. Orada yalnız qorunan əmanətlər vətəndaşlara qaytarıldı. Amma iki ilə yaxındır manatın kursu dəyişməz qalmaqdadır. Bir dollar 1 manat 70 qəpiyə bərabərdir.

Əvvəlki yazı

QƏTƏR ŞEYXİ, TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ, OMAN XİN RƏHBƏRİ…- BƏƏ amerikalı kəşfiyyatçıları casusa çevirərək siyasətçiləri və diplomatları necə izləyib?

Sonrakı yazı

Bərdədə iki körpə bacı-qardaş küçəyə atıldı-Foto

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.