Əməkdar artist Röya Ayxan və Azərbaycanı bu il “Eurovision” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan müğənni Aysel Məmmədova eyni obrazda fotosessiya etdirib.
Publika.az xəbər verir ki, Röyanın bir neçə gün əvvəl instaqramda paylaşdığı foto diqqət çəkmişdi. Onun yaşıl köykəndə və eyni rəngli bosonojkalarda şalvarsız çəkdirdiyi seksual obrazı çox bəyənilmişdi.
Tanıtım turlarına start verən Aysel Məmmədova da Röyanın bu obrazını təkrar edib. Belə ki, beynəlxalq dərəcəli müsabiqə üçün kamera qarşısına keçib fotosesiya etdirən ulduz şəkillərini instaqramda paylaşıb. Ayselin yaşıl köynək və postal ayaqqabılarda olan obrazı Röyanın bəhs etdiyimiz fotosuna bənzədilib.