02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Köçkünü zillət içində, “Qaçqınkom” şefi 180 minlik maşında – O gün olsun Şuşada sürəsən!

29 Yanvar 2019, 10:51
Cəmiyyət
A A
Köçkünü zillət içində, “Qaçqınkom” şefi 180 minlik maşında – O gün olsun Şuşada sürəsən!

Azərbaycan prezidentinin şəhid ailələri ilə görüşdüyü gün xəbər yayıldı və rəsmi təsdiqləndi: “Qaçqınkom” sədri 180 minlik BMW alıb.
Komitə bu məlumata belə izahat verdi ki, köhnə xidməti avtomobili sabiq sədr özü ilə aparıb, qaytarmayıb. Ona görə Əli Həsənovdan xidməti maşını geri ala bilməyiblər, Rövşən Rzayevə təzəsi – 180 minlik maşın verilib. Əcəb işdir!
Anaxeber.info yazır ki, ötən gün bu iki məlumat sosial medianın baş gündəmini təşkil edirdi: dövlət başçısı şəhid ailələri ilə görüşür, “Qaçqınkom” sədri prezidentin məmurlara tövsiyə etdiyi “Naz Lifan” yox, 180 minlik BMW sürür.
R.Rzayev fikirləşib ki, Şuşanın icra başçısı Bayram Səfərovdan nəyi əskikdir, onun “Lincoln MKS” maşını varsa, mənim də 180 minlik BMW avtomobilim niyə olmasın?!
1 milyon köçkünü olan dövlətdə onların taleyinə, sosial qayğılarına cavadeh qurumun yeni sədri fantastik qiyməti olan maşın sürürsə, qaçqın daha nə gözləsin…

R.Rzayev komitə sədri vəzifəsinə gəldiyi vaxtdan kimsə intihara qalxır, kimsə haqsızlıqla üzləşir, kiminin hələ də evi yox, kimisi zirzəmidə yaşayır. Qısaca desək, Ə.Həsənova şükür etdirir.
Çünki Ə.Həsənov ən azından özü köçkünlüyün nə olduğunu bilirdi, bu insanları yaxşı tanıyırdı. Deputatlığı dövrdə Milli Məclisdə səsi gəlməyən, yalnız ABŞ-a sanksiya tətbiq eləmək kimi absurd təşəbbüsü ilə yaddaşlarda qalan R.Rzayevin “Qaçqınkom”a gəlişinin nəticələri göz qabağındadır: qaçqınların problemləri ilə bağlı köklü addımlar atmayıb, tez bir vaxtda 180 minlik maşına sahiblənib.
Axı köçkünü zillət içində yaşayan ölkədə “Qaçqınkom” sədri niyə oliqarx maşını ilə gəzməlidir? Prezidentin təklif etdiyi yerli istehsal maşını sürmək olmazmı?

R.Rzayev bir nümunə olmalıydı, torpağı düşmən tapdağında olan vətəndaşlara bahalı həyat tərzi ilə qıcıq verməməliydi. Üstəgəl, bu qədər vəsaitin xidməti maşına sərf edilməsi israfçılıdır.
Komitə sabiq sədr Ə.Həsənovdan qanuna müvafiq olaraq xidməti avtomobili geri tələb edə bilərdi. Ə.Həsənov bu komitədə yaratdığı korrupsiya bataqlığı ilə nəvəsi 200 min civarında qiyməti olan maşında gəzirdi.
Sonrası bəllidir. İndi yeni sədr də onun nəvəsindən geri qalmır, 180 minlik xidməti maşını var. Nə deyirik, o gün olsun Şuşada, Kəlbəcərdə, Qubadlıda sürsün!!!
Amma başqa seçimi də varıydı – prezidentin şəhid ailələri ilə görüşməsi kimi, R.Rzayev məcburi köçkünlərlə görüşüb onların dərd-sərini dinləyərdi, bununla gündəmə gələrdi.

Bu bahalı lüks avtomobildən istifadə edilməsi onun “islahatçı” imicini kölgə altına almış olmurmu? Axı islahat və israfçılıq sözləri zahirən bir-birinə oxşasalar da, mahiyyətcə tamamilə fərqli və bir yerə sığmayan anlayışlardır.
Xüsusilə də “Qaçqınkom” kimi missiyası bəlli bir qurumda dəbdəbə, komfort və lüks anlayışları öndə gələ bilərmi? Görəsən, hələ də bir xeyli hissəsi antisanitariyanın tüğyan etdiyi, adi məişət şəraitinin olmadığı yataqxanalarda ağır sosial vəziyyətdə yaşayan insanlarla işləyən bir qurumun rəhbəri az qala 200 min manat qiyməti olan maşına oturmağı özünə necə rəva bilir?
Bu avtomobili uzaqdan görən qaçqının ağlına gələn birinci söz “toxun acdan nə xəbəri” deyilmi? Görəsən, ümumiyyətlə “od qiymətinə” olan bu lüks maşının pəncərəsindən əyin-başı və daxmasındakı “var-dövləti” heç onun bir təkərinin qiyməti qədər olmayan qaçqın, həmin qaçqının dərd-səri necə görünür? Axı 180 minlik “BMW” “Qaçqınkom”un nəyinə, harasına yaraşır?
Bir sözlə, hamı bilir və “Qaçqınkom”a rəhbərlik edənlər də bilməmiş deyillər ki, bu qurum kefdən yox, əlacsızlıqdan yaradılıb – el-obasından, ev-eşiyindən didərgin düşənlərin dərdinə az da olsa əlac etmək üçün, kimlərəsə lüks həyat tərzi təmin etmək üçün yox…
“Qaçqınkom” sədri işində fərqlənmək, canfəşanlıq etmək, dəridən-qabıqdan çıxmaq niyyəti olmadığı görünür. Bu da şikayətlərin, narazıların artmasına gətirib çıxarır.
Belələrindən biri – Füzuli köçkünü Ramin Heydərov idi və bu günlərdə mediaya demişdi ki, gənc ailə başçısıdır, bir xəstə övladı var:
“Amma ailəmizə qarşı Rövşən Rzayev gələndən bir “səlib yürüşü” başlanıb. Bilmirəm bizdən nə istəyirlər. Qeydiyyatda olduğumuz yataqxanadan da çıxarıblar.
Səbəb də göstərmirlər. Dəfələrlə “Qaçqınkom”un işçisi İbrahim müəllimlə əlaqə yaratmaq istəsəm də, telefonlarıma cavab vermir. İndi tək ümidim intihar etməyə qalıb. Ailəmi də xəbərdar etmişəm”.
R.Heydərovun sözlərinə görə, R.Rzayevin qəbuluna düşə bilməsə, özünü “Qaçqınkom” qarşısında yandıracaq: “Çünki çarəsizəm, dövlət tərəfindən heç bir qayğı görməmişəm və Rövşən Rzayev gələndən bəri imtiyazlarımızı bir-bir itiririk”.
Bu yaxınlarda Səfərov Elşən Allahverdi oğlu Qubadlı rayonundan məcburi köçkün düşdüyünü, yeni mənzillə təmin ediləcəyini gözlədiyini bildirmişdi.
“Sən demə yeni mənzilə köçürülməyimizlə bağlı “Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi”nin Binəqədi rayonu üzrə sektor müdiri Tağıyev İlqar Ağamalı oğluna yeni mənzilə köçürülmək üçün 5-10 min manat civarında rüşvət verilməli imiş.
Mən və valideynim ona gücümüz çatan 1000 manatı təklif etdikdə o, bizə bildirdi ki, “həmin məbləğ çox azdır, özünüzü boşuna əziyyətə salmayın”.
Faktlar göz deşir, Rövşən Rzayev isə salondan çıxmış qət təzə avtomobilin keyfini çıxarmaqdadır. Sağlığına qismət, o gün olsun – Xankəndinə, Cəbrayıla, Zəngilana sürüb getsin…
Anaxeber.info
Turan

Əvvəlki yazı

Milyardları oğurlayan sabiq məmurların həbsdən yayınmasının “sirri”

Sonrakı yazı

Keçmiş başçının qardaşı da işdən çıxarıldı

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

29 Yanvar 2026, 16:23
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

29 Yanvar 2026, 16:22
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

29 Yanvar 2026, 16:20
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

29 Yanvar 2026, 16:18
Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

28 Yanvar 2026, 17:41
İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

28 Yanvar 2026, 17:39
Xalq rəssamının qızı həbs olundu

Xalq rəssamının qızı həbs olundu

28 Yanvar 2026, 17:36
Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar 2026, 17:34
İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28 Yanvar 2026, 17:32
15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

28 Yanvar 2026, 17:31
İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

28 Yanvar 2026, 17:28
“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

28 Yanvar 2026, 17:25
Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

28 Yanvar 2026, 17:21

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.