23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“BANK OF BAKU”-nun BÖYÜK ƏMƏLİYYAT ZİYANI YARANIB – Mərkəzi Bankın tələbini də yerinə yetirə bilmir

28 Yanvar 2019, 15:45
Gündəm
A A
“BANK OF BAKU”-nun BÖYÜK ƏMƏLİYYAT ZİYANI YARANIB – Mərkəzi Bankın tələbini də yerinə yetirə bilmir

Mərkəzi Bankın hələ 2012-ci ildə banklar üçün qoyduğu məcmu kapital tələbini yerinə yetirə bilməyən az sayda banklardan biri olan “Bank of Baku”-nun 2018-ci ilin yekunlarına dair maliyyə hesabatı açıqlanıb. “AzPolitika” xəbər verir ki, bankın göstəricilərində bir sıra müsbət tendensiyalar müşahidə olunsa da, əsas pozisiyalar üzrə qənaətbəxş sayılmayacaq məqamlar var.

Bank 2017-ci ildə 35 milyon manatdan artıq ziyan etdiyi halda, ötən ili 3 milyon 473 min manat mənfəətlə başa vurub. Ancaq bu mənfəət mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatların 30 milyon manatdan artığının azad oldunması hesabına yaranıb. Əslində, 2018-ci ildə “Bank of Baku”nun cəmi gəlirləri 44 milyon 655 min manat, cəmi xərcləri isə 71 milyon 462 min manat təşkil edib. Bu o deməkdir ki, bankın xərcləri gəlirlərini kəskin şəkildə üstələyib və 26 milyon 807 min manatlıq əməliyyat zərəri yaranıb. Yalnız mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatların 30 milyon 280 min manatı azad olduğundan əməliyyat zərəri bağlanıb və bunun hesabına bank əlavə 3 milyon 473 min manat xalis mənfəət əldə etmiş olub.

shekinew1

Ötən il bankın faiz gəlirləri 41 milyon 322 min manat olduğu halda, faiz xərcləri 14 milyon 432 min manat təşkil edib. Ancaq əvəzində qeyri-faiz gəlirləri cəmi 3 milyon 333 min manat olduğu halda, qeyri-faiz xərcləri 57 milyon 30 min manat(!) olub. Elə əməliyyat ziyanının yaranmasının əsas səbəbi də həmin qeyri-faiz xərcləridir.

Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə “Bank of Baku”nun cəmi gəlirləri 57 milyon 380 min manat, o cümlədən faiz gəlirləri 55 milyon 912 min manat, qeyri-faiz gəlirləri 1 milyon 468 min manat təşkil etmişdi. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra bankın 6 milyon 89 min manat əməliyyat mənfəəti qalmışdı. Mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 41 milyon 517 min manat ayırdığından “Bank of Baku” 2017-ci ili 35 milyon 428 min manat zərərlə bağlamışdı. Ancaq ötən il mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatların bir hissəsinin azad olması bankın gecikmədə olan kreditlərinin azaldığının göstəricisidir.

Bütün bunlarla yanaşı, “Bank of Baku” ötən il də Mərkəzi Bankın məcmu kapitalın həcmi üçün qoyduğu 50 milyon manat tələbini yerinə yetirə bilməyib. Belə ki, bankın 2018-ci ilin yekunlarına görə məcmu kapitalı cəmi 39 milyon 945 min manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə təxminən 3 milyon manat çoxdur. Ancaq yenə də bu göstərici Mərkəzi Bankın tələbindən 10 milyon manat azdır.

Xatırladaq ki, 50 milyon manat tələbini yerinə yetirə bilməyən cəmi 4 bank var və onlardan biri də məhz “Bank of Baku”dur. Onu da qeyd edək ki, məsələn, “DəmirBank” məhz məcmu kapital tələbini yerinə yetirə bilmədiyi üçün bankın lisenziyası ləğv edilmişdi.

Cəlal
AzPolitika.info

Əvvəlki yazı

İlham Əliyev şəhid ailələri ilə görüşdü

Sonrakı yazı

“Aprel döyüşləri göstərdi ki, xalqımız heç vaxt işğalla barışmayacaq” – Prezident

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.