08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Nezavisimaya qazeta”: “Xocalı sakinlərinə divan tutmaq haqqında əmr Sarkisyan tərəfindən verilib”

26 Fevral 2018, 09:24
Cəmiyyət
A A
“Nezavisimaya qazeta”: “Xocalı sakinlərinə divan tutmaq haqqında əmr Sarkisyan tərəfindən verilib”

Rusiyanın məşhur mətbu orqanı “Nezavisimaya qazeta”da Xocalı soyqırımının 26-cı ildönünümü ilə əlaqədar məqalə dərc olunub.

“Report” xəbər verir ki, “Xocalı faciəsinə qarşı etinasızlıq qəbuledilməzdir” başlıqlı məqalədə soyqırımı aktlarına sükutla yanaşılmasının planetin başqa yerlərində də belə dəhşətli hadisələrin təkrarlanmasına gətirib çıxara biləcəyi vurğulanır.

“Azərbaycan bu gün – güclü və müstəqil dövlətdir, hansı ki, nüfuzundan yalnız öz regionunda deyil, həm də dünya səhnəsində istifadə edir. Azərbaycan Respublikası habelə beynəlxalq təşkilatların üzvüdür. Ölkə BMT, Avropa Şurası, ATƏT, İKT-nin üzvü kimi müsbət siyasi imic formalaşdırıb və onun iqtisadiyyatı sürətli templə artır. Azərbaycan başqa dövlətlərlə qarşılıqlı, faydalı əməkdaşlıq əlaqələri qurmağa çalışır”, – deyə yazıda qeyd edilir.

Müəllif qeyd edib ki, Ermənistanın mövqeyi və böyük ölkələrin ikili standartları uzun illər boyunca Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını yubadır.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri öz himayədarlarının köməyi ilı Xocalı şəhərinə hücum edib. Hücum nəticəsində dinc, silahsız əhali kütləvi şəkildə məhv edilib. Qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər silahlı quldurların təcavüzünə məruz qalıb və xüsusi amansızlıqla öldürülüb. Xocalının daha 150 sakini itkin düşüb, 1275 nəfər girov götürülüb və işgəncələrə məruz qalıblar.

Qeyd edilir ki, Xocalı şəhərində dinc əhaliyə – etnik azərbaycanlılara qarşı hərəkətlər beynəlxalq hüquqi sənədlərə əsasən, soyqırım kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.

Məqalədə həmçinin bir sıra ölkələrin Xocalı faciəsini genosid kimi tanımaları qeyd edilir.

Həmçinin bildirilir ki, Xocalı sakinlərinə divan tutmaq haqqında əmr Ermənistanın indiki prezidenti, 1992-ci ildə Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin qərargah rəisi olmuş Serj Sarkisyan tərəfindən verilib.

Əvvəlki yazı

İrəvanda olan turist “çay pulu”nu Azərbaycan qəpiyi ilə ödədi

Sonrakı yazı

Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.