26-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Venesuelada son durum necədir?- “Maduro müxalifətə və ABŞ-a zeytun budağı uzadıb”

26 Yanvar 2019, 20:51
Siyasət
A A
Venesuelada son durum necədir?- “Maduro müxalifətə və ABŞ-a zeytun budağı uzadıb”

Şahin CƏFƏRLİ,

politoloq

 

Venesuela ilə bağlı son gəlişmələr.

Xuan Quaydo Maduronun dialoq təklifini qəbul etməyib, bildirib ki, bundan sonra saxta dialoq olmayacaq. Çünki əvvəllər müxalifət bir neçə dəfə bu səhvi edib, hətta bir dəfə Maduro Roma papasından müxalifətlə onun arasında vasitəçi olmasını xahiş edib, rejimə qarşı həlledici həmləyə hazırlaşan müxalifət isə papanın çağırışına əməl edib,nəticədə Maduronun ömrü uzanıb.

Quaydo deyib ki, dialoq yalnız uzurpasiyanın sona yetməsi, yəni Maduronun iqtidardan çəkilməsi mövzusunda ola bilər.

Maduro əks tərəflə yanaşı, ABŞ-a da zeytun budağı uzadıb. Qeyd edib ki, diplomatik əlaqələrin kəsilməsi münasibətlərin dayanması demək deyil, tam əksinə, iqtisadi əlaqələr, neft sektorunda əməkdaşlıq daha da inkişaf edib çiçəklənəcək. “Amerikanı çox yaxşı tanıyıram, tarixinə, mədəniyyətinə və insanlarına böyük hörmət bəsləyirəm, Amerikaya dərindən güvənirəm”, – deyə Maduro əlavə edib.

ABŞ isə Venesueladan aldığı neftin pulunu Maduroya yox, Quaydoya çatdırmaq üçün mexanizm axtarır. ABŞ Venesueladan gündəlik 500 min barel neft alır. Venesuela nefti ağır növdür və ABŞ-ın bəzi neftayırma müəssisələrinin bu növ neftə ehtiyacı var ki, onu yüngül neftlə qarışdırıb, benzin və digər yanacaq növləri hazırlasınlar. Venesuela da öz növbəsində ABŞ-dan yüngül neft alır və öz ağır nefti ilə qarışdırıb ixrac edir.

Venesuelanın hasilatının 1,3 milyona düşdüyü nəzərə alınsa, ABŞ-la bu sahədə tərəfdaşlığın nə qədər önəmli olduğu anlaşılar. ABŞ gəlirlərin Quaydo hökumətinə çatdırılması mexanizmini tapa bilməsə, yəqin ki, sanksiya mexanizmini işə salaraq Venesuela ilə neft alverini dayandıracaq.

“Bank England”ın Venesuelaya məxsus 1,2 milyard dollarlıq qızılı Maduroya qaytarmaqdan imtina etməsi də məhz ABŞ-ın təşəbbüsü ilə olub, Quaydo bu qərarı alqışlayıb.

ABŞ dövlət katibi Pompeo Venesuela üzrə xüsusi nümayəndə təyin edib. Bu vəzifəyə seçilən şəxsin kimliyi maraqlıdır: Elliot Abrams.

Neokonların nümayəndəsi olan 71 yaşlı Abrams Reyqan dövründə dövlət katibinin müavini, ata Buş dövründə isə Ağ Evdə qlobal demokratiya strategiyası üzrə müşavir vəzifəsini tutub və Latın Amerikasını yaxşı tanıyır. Onun adı 1985-ci ildə “İran-kontras” qalmaqalına qarışıb. Belə ki, iudey Abramsın da daxil olduğu qrup 80-ci illərdə İrana İsrail vasitəsilə gizli şəkildə silah sataraq (sxemə baxın) əldə olunan vəsaiti Nikaraquada sandinist rejimə (Daniel Orteqa) qarşı silahlı mübarizə aparan kontraslara ötürürmüş. Qalmaqal məlum olduqdan sonra qrup üzvləri, o cümlədən Abrams mühakimə olunub, lakin prezident Buş tərəfindən əfv ediliblər.

İspaniya hökuməti də Venesuelada baş verənlərə münasibətini açıqlayıb. Bilirsiniz ki, Braziliya istisna olmaqla, Cənubi Amerika ölkələri, o cümlədən Venesuela ispandillidir. Madrid bəyan edib ki, əgər Maduro ən qısa müddətdə yeni prezident seçkiləri elan etməsə, onlar da Quaydonu qanuni prezident kimi tanıyacaqlar.

Əvvəlki yazı

ABŞ və “Taliban” razılığa gəldi- Xarici qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı

Sonrakı yazı

DÜNYANI BİR OVUC KÜLƏ DÖNDƏRƏCƏK “ÇAR VƏ PEYĞƏMBƏR” PUTİN:rus siyasətçiləri, ziyalıları və ruhanilərinin Qiyamət Günü bəsirəti

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.