18-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

MİLYONÇU VƏTƏNİN DİLƏNÇİ ÖVLADLARI – Azərbaycandan qaçmaq növbəsi + VİDEO

26 Yanvar 2019, 20:04
Cəmiyyət
A A
MİLYONÇU VƏTƏNİN DİLƏNÇİ ÖVLADLARI – Azərbaycandan qaçmaq növbəsi + VİDEO

Aşağıda təqdim etdiyimiz videokadrlara baxıb, xəcalət çəkməmək mümkün deyil. Çünki bu görüntülər əhalinin sosial rifahının yüksəlməsi, iqtisadi inkişaf, ən əsası da hər il yüzminlərlə yeni iş yerlərinin açılmasına dair rəsmi statistika ilə heç cür uzlaşmır. Əvvəlcədən deyək ki, az qala izdiham adlandıra biləcəyimiz bu növbə Polşanın Bakıdakı səfirliyi qarşısında yaşanır.

Gördüyünüz kimi, növbədə duranlar hamısı əmək qabiliyyətli kişilərdir. Bu insanlar Polşaya Avropanı turist kimi gəzib, görmək istəyilə yox, 500-600 avroluq iş ardınca gedirlər. Və bu kişilər son 15 ildə 200 milyard dollara yaxın neft pulu daxil olan Azərbaycanın vətəndaşlarıdır. Özü də onlar Şərqi Avropanın ən kasıb, ən korrupsiyalaşmış və miqrantlara heç də xoş üz göstərməyən ölkələrindən birinə üz tuturlar, həmin ölkənin puluna, çörəyinə möhtacdırlar…

 

 

Sözsüz ki, problemləri başından aşan və yalan rəqəmlərin, boş vədlərin arxasınca gedib, öz ölkəsində 200-300 manat əmək haqqı təklifilə üz-üzə qalan, ümidini itirmiş bu həmvətənlərimiz öz vətənlərini xoş gündən tərk etmirlər.

Bəs nədir, kimlərdir, hansı səbəblərdir qışın bu oğlan çağında insanlarımızı isti evindən, ailəsindən, gözəl vətənindən didərgin salan? Hansı səbəblərdir onlar üçün vətəni yaşanmaz hala gətirən? Təəssüf ki, səbəblər çoxdur – hansı birini deyəsən, məmur oliqarxiyasınımı, hələ də at oynadan monopoliyanımı, icra hakimiyyətlərindəki, məhkəmələrdəki korrupsiyanımı… Araşdırsanız bu insanların çoxunun devalvasiyalardan sonra banklarda “şişən” dollar kreditləri var, bütün vədlərə baxmayaraq, heç bir tədbir görülməyən, az qala “canınız çıxsın, təzə kursla ödəyin”deyilən dollar kreditləri…

Bu adamları vətənindən bezdirənlər arasında məmurlara aid olan, hər hansı iş qurmağa imkan verməyəcək qədər və dünyada analoqu olmayan yüksək faizlər tələb edən banklar var, yaşlı valideynlərini nəinki dava-dərmanla, normal geyim-keçimlə, yaxud sanatoriyalara putyovkalarla, adicə gündəlik qida tələbatını belə düz-əməlli təmin edə bilməyən pensiya sistemi var, hələ də normal təhsil verə bilməyən və valideyni uşağının boğazından kəsib, repetitor müəllimlərə pul ödətdirən təhsil sistemi var…

 

 

Bu adamları yad ölkənin qapılarına salanlar arasında humanizm prinsipini itirmiş, öz acgözlüyü və səhlənkarlığı ilə hətta Hippokratın ruhuna təhqir sayıla biləcək səhiyyə sistemi, öz halal ev-eşiyinə, torpağına sənəd vermək üçün vətəndaşı dizin-dizin süründürən əmlak qurumu, o ağacın, bu binanın tinində sürücü pusan, öz həmvətəninin cibini cərimələrlə boşaldıb, daha da kasıblaşdırmaq üçün hər sifətə girən, pulla sürücü vəsiqəsi satıb, bununla da çoxlu sayda insan ölümünə səbəb olan DYP sistemi var…

Saymaqla qurtarmaz – var oğlu var!

Əvvəlki yazı

“NAİRA GÖZƏLLƏŞDİKCƏ, XASİYYƏTİ DÖZÜLMƏZ OLUR” – Səməd Seyidov

Sonrakı yazı

Yasamalda küçə yürüşünə cəhd:10 nəfər saxlanılıb, 5 nəfərə xəbərdarlıq edilib

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.