25-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şəmkir icra başçısının xanım müavininin seçki qabağı Dubayda istirahət etməsi təsdiqləndi – “Bazar günü qayıdacaq”

25 Mart 2018, 12:13
Manşet
A A
Şəmkir icra başçısının xanım müavininin seçki qabağı Dubayda istirahət etməsi təsdiqləndi – “Bazar günü qayıdacaq”

O, istirahətini 5 ulduzlu “Rixos The Palm Dubai” otelində edirmiş

“Qafqaz Xəbər” qəzetində “Şəmkir icra başçısının xanım müavini seçki təbliğatının qızğın çağında Dubayda istirahət edir” başlıqlı yazı dərc edilmişdi.

Redaksiyamıza daxil olmuş məlumat əsasında hazırlanan yazıda bildirilir ki, Şəmkir rayon icra hakimiyyətində yüksək vəzifə tutan Aynur Abdullayeva aprelin 11-də keçiriləcək Prezident seçkiləri ərəfəsində Dubaya istirahətə gedib və şəxsi  “İnstagram” səhifəsində  orada çəkdiyi şəkilləri paylaşıb.

Yazıda həmçinin “Qafqaz Xəbər”in məsələ ilə bağlı araşdırması da təqdim olunur: “Keçən ilin mayında Şəmkir icra hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri tutduğu vəzifədən azad edilmişdir və həmin vəzifəyə Aynur Ayaz qızı Abdullayeva təyin edilmişdir.”

Deyə bilərsiniz ki, bu informasiyada qeyri-adi nə var ki, biz onu qeyd edirik?

Məsələ bundadır ki, “Qafqaz Xəbər” qəzetinin redaksiyasına Aynur Abdullayeva barədə məlumat və fotolar daxil olub.

Məlumatda bildirilir ki, Şəmkir icra hakimiyyətində yüksək vəzifə tutan Aynur Abdullayeva aprelin 11-də keçiriləcək Prezident seçkiləri ərəfəsində Dubayda istirahət edir, sosial şəbəkədə hamam və digər şəkillərini paylaşır.

Məlumatı göndərən buna görə Aynur Abdullayevanı qınayır və sual verir ki, gənc məmur xanımın hamam şəkillərini paylaşması nə qədər doğrudur?

“Şəkildə gördüyünüz qız Şəmkir İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayevadır. Hər kəsin seçkiyə hazırlaşdığı vaxtda bu qız Dubayda gedir, orada qaldığı oteldəki hamamın şəkillərini sosial şəbəkələrdə paylaşır. Onun bu hərəkəti hörmətsizlikdir. Bu qız özünü düşünmürsə, heç olmasa oturduğu kreslosunu düşünsün, şəmkirlilərə hörmət etsin.”

Əlbəttə hər bir insanın, o cümlədən məmurun da istirahət etmək, şəkil çəkmək hüququ var, özü də bu istirahət bayrama təsadüf edirsə. Amma məsələ bundadır ki, hər bir məmur, ölkə başçısının dediyi kimi təvazökar olmalı, öz əməlləri ilə vətəndaşa nümunə olmalıdır. Aynur Abdullayeva da bilməlidir ki, o, diqqət mərkəzindədir və buna görə də yüksək vəzifəli məmur maaşına görə belə heç də ucuz olmayan istirahətindən çəkdiyi şəkilləri “İnstagram”da yayaraq qürrələnmək düzgün deyil. Əslində vətəninə, dövlətinə, öz işinə, tutduğu vəzifəsinə sədaqəti olan gənc dövlət məmuru diqqətini vətəndaşların qayğı və problemlərini həll edilməsi istiqamətində cəmləşdirməli, seçki ərəfəsində daha da fəallıq göstərməli idi. Həm də bu onun vəzifə borcudur. Yəni məmur yaddan çıxartmamalıdır ki, onun əsas vəzifəsi təkcə xaricdə istirahət etmək deyil…

Bundan başqa, çox güman ki, YAP üzvü olan Aynur Abdullayeva təmsil etdiyi iqtidar partiyasının önündə olaraq, dövlətçiliyə xidmət etmək üçün bu həssas, vacib ərəfədə – prezident seçkilərinə hazırlıqda, onun qızğın təbliğatı getdiyi mühüm bir məqamda öz namizədlərinin təbliğatı ilə məşğul olmaq əvəzinə Dubaya gedib oradan hamam, yemək fotolarını yaymaqla məşğuldur.

Özü də ona icra başçısı tərəfindən böyük etimad göstərilib. Bu haqda Şəmkir icra hakimiyyətinin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində qeyd olunmuşdur. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qeyd edib ki, Aynur Abdullayeva Şəmkirin fəal gənclərindən biridir:”Bu gün hər birimiz ona böyük etimad göstəririk və inanırıq ki, gənc xanım ona olan etimadları layiqincə doğruldacaq”.

Görünür Aynur Abdullayeva ona göstərilən etimadı doğrultmağı, vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni əsirgəməməyi Dubayda istirahət etməkdə görür…

Yeri gəlmişkən, onu da deyək ki, bir neçə gün bundan qabaq İctimai Televiziyada Prezidentliyə namizədlərin ikinci debatında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məmurları sərt tənqid edərək bildirmişdir ki, rayon icra başçıları bir yana qalsın, müavinləri adamları qəbul etmirlər, məmurlar dövlətin təəsübünü çəkmək əvəzinə keflə məşğuldurlar, xaricdə əylənirlər…

Görəsən bu sözləri deyərkən Hafiz Hacıyev hansı müavinləri nəzərdə tuturmuş?!…”

Yuxarıda təqdim etdiyimiz yazı dərc olunandan sonra, “Qafqaz Xəbər”ə zəng edib özünü Aynur Abdullayevanın “dayısı oğlu” kimi təqdim edən şəxs gedən məlumatla bağlı “kömək” istəyərək deyib: “Sizdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva haqda yazı gedib. Mən Aynur xanımın dayısı oğluyam. Aynur xanım xahiş elədi ki, sizə deyim ki, o yazını silək”.

Əməkdaşımız həmin yazının silinməsi ilə bağlı xahişə cavab verib ki, dərc olunan yazı silinmir, sadəcə olaraq  dərc olunan yazı ilə bağlı hər kəsin öz fikrini, mövqeyini bildirmək hüququ var.

Aynur Abdullayevanın “dayısı oğlu” isə öz bibisi qızının adından bildirdi ki, “O, qeyri-iş günü olduğundan istirahətə gedib və bazar günü Azərbaycana qayıdacaq”.

Əməkdaşımızın “Əgər belədirsə, yaxşı olardı ki, Aynur xanım özü danışardı, yaxud Şəmkir rayon İcra Hakimiyyətinin mətbuatla bağlı məsul işçisi açıqlama verərdi” fikrinə isə Aynur Abdullayevanın “dayısı oğlu” bildirdi ki, “Bu gün məsələ ilə bağlı icra hakimiyyətində oldum, amma orada heç kim yoxdur, qeyri-iş günü olduğundan hamısı istirahətdədir”.

Bu dialoqdan aydın oldu ki, Aynur Abdullayevanın seçki qabağı Dubayda istirahət etməsi haqda bizə daxil olan məlumatı onun “dayısı oğlu” da dolayısı olsa da təsdiq etdi.

Həmçinin aydın oldu ki, Şəmkir rayon İcra Hakimiyyəti bayramı əlində bayraq edib ümumiyyətlə fəaliyyət göstərmir, halbuki bu belə olmamalıdır. Bəlkə rayonda hansısa fövqalədə bir hadisə baş verdi, onda necə olacaq? Bayram günlərində rayon İcra hakimiyyətinin qapılarının  vətəndaşların üzünə bağlanması hansı qanuna uyğundur?! Belə çıxır,onların problemləri yalnız bayramdan sonra dinlənməlidir?!

Bundan başqa, biz Aynur xanımın istirahət etdiyi otellə  də bağlı araşdırma apardıq və Dubay şəhərinə sorğu edərək müəyyən etdik ki, həmin otel “Süni palma adaları”nın sağ qolunda yerləşən 5 ulduzlu “Rixos The Palm Dubai” otelidir.

Bayramlarımızın belə “bayramsayağı sərgüzəştləri” də olurmuş…

Tamerlan Zeynallı

“Qafqaz Xəbər” qəzeti

Şəmkir icra başçısının xanım müavini seçki təbliğatının qızğın çağında Dubayda istirahət edir-FOTOLAR



Əvvəlki yazı

“Azərbaycan heç kimə fikir vermədən dərhal hücuma keçəcək…” – erməni generaldan savaş proqnozu

Sonrakı yazı

ÖTƏN İL BEYNƏLXALQ BANKDAN DAHA 4 MİLYARD “YOXA ÇIXIB”! – Ən “yeməli” qurum Şərifovdan alındı, ancaq…

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.