04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qənirə Paşayeva dezinformasiya yayan KİV və siyasətçiləri pislədi

24 Yanvar 2019, 12:00
Cəmiyyət
A A
Qənirə Paşayeva dezinformasiya yayan KİV və siyasətçiləri pislədi

Bu gün AŞPA-da “Dezinformasiya və propaqanda kontekstində ictimai media xidməti” adlı qətnamə layihəsi ətrafında müzakirələr olub.

Reportyor.info-nun məlumatına görə, çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva Avropa ölkələrində Azərbaycan əleyhinə dezinformasiya yayan KİV və siyasətçiləri, o cümlədən AŞPA-da bu cür addımlar atan siyasətçiləri kəskin tənqid edib.

O, dezinformasiyalarla mübarizədə ikili standartları pisləyib:

“Dəyərli həmkarlarım, müasir dünyada yanlış xəbərlərin dövlətlər və cəmiyyətlər üçün ciddi təhlükəyə çevrilməsi hamımızı ciddi narahat etməlidir. Yanlış xəbərlər insanlara, sosial qruplara, təşkilatlara, ölkələrə ciddi ziyan vurur və fəaliyyətlərinə təhlükə yaradır. Yanlış xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir. Bu gün əksər hallarda yanlış xəbərlərdən siyasi kampaniyalar üçün alət kimi istifadə edilir. İnsanlar “dezinformasiya hücumu”na məruz qalırlar. Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanıb həyata keçirilməlidir. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik.  Yanlış xəbərlərin yayılmasının qarşısının alınması, onlarla mübarizədə ənənəvi KİV-lərin, informasiya agentliklərinin üzərinə mühüm vəzifələr düşür. Hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır.  İnformasiyanın dəqiqliyini yoxlamaq jurnalistin borcudur.

Saxta xəbərlərlə mübarizədə, onların yayılmasının aradan qaldırılmasında dünyanın aparıcı KİV-ləri daha sıx əməkdaşlıq etməlidir.

Sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə dezinformasiyalara qarşı mübarizə aparmaq olduqca çətindir. Ona görə də bu istiqamətdə səylərimizin birləşdirilməsinə ciddi ehtiyac var”.

Deputat bildirib ki, bu gün mətbuat, söz azadlığı adı altında dezinformasiya yayan KİV-lər və jurnalistlərin sayı artır:

“Bu, çox təhlükəlidir və bu cür halları cəmiyyətə qarşı terror da adlandırmaq olar. Ona görə də hesab edirəm ki, bu cür hallara qarşı birgə mübarizə aparılmalıdır və biz bu istiqamətdə mübarizə tədbirlərini dəstəkləyirik. Mənim ölkəm Azərbaycan bu məsələlərə ciddi önəm verir, dezinformasiyalara qarşı mübarizə aparır və bu istiqamətdə beynəlxalq təşəbbüsləri daim dəstəkləyir. Çünki Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Məsələn, elə Avropanın bir sıra KİV-lərində dəqiq olmayan faktlar, yanlış məlumatlar əsasında Azərbaycana qarşı çox sayda dezinformasıyalara yol verilir. Və bu dezinformasiyaların əksəriyyəti məqsədli olaraq yayılır. Bir sıra siyasi güclərin, diaspor və lobbilərin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir.

Və təssüf ki, bu dezinformasiyalar Azərbaycanda olmayan, ölkəmiz haqqında geniş bilgilərə sahib olmayan bir çox insanlarda yanlış düşüncənin formalaşmasına da səbəb ola bilir.Və bu bizi ciddi narahat edir. Əziz dostlar, biz dezinformasiyalarla fəal mübarizə aparmaq istəyiriksə o zaman məsələn elə ilk öncə təmsil olunduğumuz bu təşkilatdan başlamalıyıq.  Təssüf ki sadəcə KİV-lər, jurnalistlər, sosial şəbəkələr deyil bəzi siyasətçilər də bəzi ölkələrlə bağlı dezinformasiyaların, yanlış məlumatların yayılmasında fəal rol oynayırlar. Biz  Azərbaycana qarşı bu cür addımların burada dəfələrlə şahidi olmuşuq və biz hansı ölkəyə qarşı söylənilməsindən asılı olmayaraq dezinformasiyalara qarşı sərt mübarizə aparmalıyıq. Burada ikili standartlara yol vermək olmaz.

Dəyərli həmkarlarım, terror təşkilatlarının, terroru dəstəkləyən qrupların, radikallığı, nifrəti, islamafobiyanı və antizemitizmi gücləndirən qrupların sosial media və şəbəkələrdə artan fəallığı da hamımızı ciddi narahat etməlidir.

Dezinformasiyalarla mübarizədə bəzi məsələlərdə olduğu kimi ikili standartlara yol verilərsə mübarizə tam effekli olmayacaq.  Dəyərli həmkarlarım, yanlış məlumatlandırma siyasətinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükələrindən ciddi narahat olmalıyıq.

Azərbaycanda VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda önəmli tədbir keçirildi. Hesab edirik ki, bütün üzv ölkələrdə jurnalistlər, siyasətçilər və gənclərin iştirakı ilə bu mövzuda çoxlu sayda tədbirlərin, müzakirələrin keçirilməsinə, cəmiyyətlərin bu mövzularda geniş maarifləndirilməsi kimi tədbirlərin də artmasına cidi ehtiyac var”.

Əvvəlki yazı

“YPG Suriya cəbhəsində İŞİD-ə qarşı döyüşmək istəmir” –ƏRDOĞANIN MÜŞAVİRİ “ƏL-CƏZİRƏ” ÜÇÜN YAZDI

Sonrakı yazı

Qəzetlər çətin durumda:Vergi yükü və kağızın qiymətinin artması ciddi problemlər yaradıb

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.