06-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BAKIDA MÜXALİFƏTİN MİTİNQİ KEÇİRİLİB – FOTOLAR

19 Yanvar 2019, 19:22
Gündəm
A A
BAKIDA MÜXALİFƏTİN MİTİNQİ KEÇİRİLİB – FOTOLAR

Bakıda, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda Demokratik Qüvvələrin Milli Şurasının mitinqi başlayıb. Reportyor.info-nun məlumatına görə, aksiya şəhər rəhbərliyi ilə də razılaşdırılıb.

Mitinqin aparıcısı bu quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyndir.  Məlumata görə, mitinq başladıqdan bir qədər sonra ərazidə internetə giriş dayandırılıb. Aksiyanın əsas şüarı siyasi məhbuslara azadlıq tələbi olub.

Aksiyanı Müsavat Partiyasının, Real partiyasının rəhbərliyi və bir sıra başqa müxalif qüvvələr də dəstəklədiyini açıqlayıb. Real partiyasının sədri İlqar Məmmədov mitinqdə iştirak edib, çıxış edəcəyini elan etsə də, dünən və bu gün İcra və Probasiya Şöbəsinə çağırılaraq xəbərdarlıq olunub. “Bu gün saat 12:00-da REAL sədri İlqar Məmmədovla birgə Probasiya Xidmətinə gəldik. Bir saatdan çoxdur ki, İlqar idarədədir, hələ ki, heç bir xəbər ala bilməmişik. REAL-ın İdarə Heyəti və Məclis üzvləri də burdadır, İlqarı gözləyirik. Ümid edirəm ki, növbəti səhv addım atmazlar…”, – mitinqin başlanmasına təxminən 2 saat qalmış Real partiyası Məclisinin sədri Natiq Cəfərli “Facebook”da yazıb.

Lakin buna baxmayaraq, İlqar Məmmədov mitinqə qatılıb və çıxış edib. Ondan əvvəl isə keçmiş Daxili işlər naziri İsgəndər Həmidov çıxış edib.

12Mitinqdə çıxış edən  İlqar Məmmədovdəvətə görə, Milli Şura rəhbərliyinə təşəkkür edib və vurğulayıb ki, bu onun kütləvi mitinqdə ilk çıxışı olcaq. İlqar Məmmədov deyib ki, əgər Azərbaycanda əsl Cümhuriyyət olsaydı bu gün insanlar burda toplaşmazdı. Onun vurğulamasına görə, insanlar bundan da göəzl məkanlarda topalaşaraq Azəbaycandakı demokariya ilə fəxr edərdi : “Əgər Azərbaycanda əsl Cümhuriyyət olsa idi Milli Məclisdə Azərbaycanın tarixi problemləri, ciddi problemləri müzakirə edilərdi. Ayların adını dəyişməklə məşğul olmazdılar.Azərbaycan son illərdə, giosiyasi rəqabətdə öz qonşularına uduzmağa başlayıb”.

İlqar Məmmədov  Azərbaycan iqtisadiyyatının artıq geri getməkdə olduğunu bildirib.

Azərbaycan rəsmiləri isə deyirlər ki, indi başlıca hədəf iqtisadiyyatın şaxələndirilməsidir. Onların iddiasına görə, Azərbaycanda yenidən iqtisadi artım təmin edilib.

Mitinqdə çıxış edənlərdən biri Müsavat Partiyası Divanını üzvü Tofiq Yaqbulu olub. O, ölkədə mövcud olan problemlərə görə, Azərbaycan hakimiyyətini tənqid  edib. Bildirib  ki, insanların hüquqsuzluğu baxımından Azərbaycanı XX əsrin 80-ci illərindəki bəzi Afrika ölkələrinə bənzətmək olar.

Amma rəsmilər bu  tənqidləri qəbul etmirlər. Onların deməsinə görə,  Azərbaycanda bütün fundamental azadlıqlar qorunur.

Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli də çıxış edib. O  da hökuməti tənqid edib, ölkədə vəzifəli şəxslərin  korrupsiyaya bulaşdığını bildirib.

Əli Kərimlinin vurğulamasına görə, insanlar meydana gəliblər ki, hökumətdən bir sıra məsələləri tələb etsinlər: “Gəliblər tələb etsinlər ki, siz kimsiniz şəhid ailələrini təhqir edirsiniz?… Siz kim olursunuz ki, uşağın, əsgərin, pensiyaçının, işsizin pulunu oğurlayıb Londondakı ofşorlara yerləşdirirsiniz?”

Azərbaycan rəsmiləri isə korrpsiya iddialarını qəbul etmirlər. Onların deməsinə görə, ölkədə korrupsiya halları ilə ciddi mübarizə aparılır.Üstəlik, rəsmilərin fikrincə, həm ölkənin ərazi bütövlüyü uğurunda həlak olan insanların ailələri, həm də əlillər dövlətin qayğısı altındadırlar.

Müsavat Partiyası başqanının müavini Saxafət Soltanlı isə deyib ki, bu aksiyanın bir nəçə məqsədi var. Onun vurğulamasına görə, əsas məqsədlərdən biri başda Mehman Hüseynov olmaqla bütün siyasi məhbuslarla həmrəylik nümayiş etdirməkdir.

Aksiyanın sonunda qətnamə də qəbul edilib.Qətnamədə bütün siyasi məhbuslara azadlıq təlb edilib. Eyni zamanda qətnamədə korrpsiya iddiaları ilə bağlı bir sıra məqamlar da yer alıb.
Daha sonra da bu aksiyanın təşkilatçılarından saxlanan şəxslərin buraxılması, cərimə edilənlərin isə cərimələrinin ləğvi tələb edilib.AXCP rəhbərliyinin bildirməsinə görə, bu aksiya ərəfəsində bütünlükdə 100-ə yaxın fəal saxlanıb.

Bakı Şəhər Baş Polis İdarəsi bu gün paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb. İdarədə bildiriblər ki, yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800-dək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

1

 

34568

 

Əvvəlki yazı

DTX-nin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Sonrakı yazı

“SİYƏZƏN BROYLER” BORC İÇİNDƏ BATIR – Şirkət öz əmlakını girov qoyaraq, külli miqdarda kredit götürüb

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Sentyabr 2025, 14:44
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.