03-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bazarlarda qıtlıq və bahalaşma-Həmişə 70-80 qəpiyə aldığımız almalar 1.50-2 manat oldu

23 Mart 2018, 15:22
Gündəm
A A
Bazarlarda qıtlıq və bahalaşma-Həmişə 70-80 qəpiyə aldığımız almalar 1.50-2 manat oldu

Novruz bayramından sonra bazarlarda bəzi kənd təsərrüfatı məhsullarının qıtlığı yaranıb və qiymətlər kəskin artıb. Musavat.com-un müxbiri “8-ci kilometr bazarı”na baş çəkib, bahalaşmanın səbəblərini öyrənib.
Bazarda xiyar-pomidorun da qiymətində kəskin bahalaşma müşahidə etdik. Bayramdan öncə 3-4 manata təklif olunan məhsullar bu gün 5-7 manata satılır.
Hazırda xiyarın 1 kq-ı 8-12, bayramdan öncə 70 qəpiyə olan alma 1.50-2 manata qalxıb.
Satıcılar bahalaşmanın səbəblərini belə izah etdilər: “Bayramdan sonra bazara demək olar ki, topdan mal gətirilmir. Bu səbəbdən də kimin əlində nə məhsul qalıbsa, bazara çıxarıblar. Qıtlıq yarandığından qiymətlər də bahalaşıb. Alverçilərin başı bayrama qarışıb, istirahətə çəkiliblər. Gördüyünüz kimi, piştaxtaların çoxu boşdur. Bu səbəbdən də xiyar, pomidor, göyərti məhsulları kəskin bahalaşıb. Hazırda bazarda bu məhsullara tələbat həddindən artıq çoxdur. Güman edirik ki, bazarda qıtlıq hələ iki gün də davam edəcək. Artıq Bakı bazarlarında məhsul qıtlığı yarandığını eşidən alverçilər rayonlarda mal yığırlar. Sabah, ya da biri gün həmin məhsullar bazara gətiriləcək və qiymətlər stabilləşəcək”.

Bazarda müşahidələrimiz zamanı maraqlı mənzərənin də şahidi olduq. Cəmi iki yerdə göyərti satışı həyata keçirildiyindən piştaxtaların başına onlarla alıcı toplanıb və aralarında mübahisələr yaşanır. Əvvəllər 10 dəstəsi 1 manata təklif olunan göyərtinin indi bir bağlaması 20 qəpiyə təklif edilir. Tərxunun bir dəstəsi 80 qəpik -1 manata təklif edilir.
Qiymətlərin bu qədər fantastik bahalaşması bazara gələn müştəriləri də təccübləndirir. Alıcı Rəfiqə Məmmədova bazardakı bahalaşmadan gileyləndi: “Novruz bayramı öncəsi bahalaşmanı başa düşdük, bəs indiki qiymət artımı nə deməkdir? İndi vəziyyət əksinədir. Novruzdan sonra qoz-fındıq ucuzlaşıb, meyvə-tərəvəz bahalaşıb. Bir saatdır ki, bazardayam, hələ qiymətlərlə maraqlanıram. Sanki bütün satıcılar sözləşib, məhsullara standart qiymət qoyublar. 8 manata xiyar, 7 manata pomidor olar? Həmişə 70-80 qəpiyə aldığımız almalar 1.50-2 manat olub. Hansı satıcıya bunun səbəbini soruşuramsa cavab verir ki, topdan baha satıldığını deyirik”.
Kartof, soğan, kök, kələm, turp və digər bu kimi tərəvəzlərin qiyməti sabit qalıb.
Qeyd edək ki, Novruz bayramı artıq geridə qaldığından qoz-fındıq, quru meyvələr və digər bayramlıq məhsullar ucuzlaşıb. Satıcılar bayram ərəfəsində aldıqları malları satıb bitirə bilmədiyindən qiymətlərə endirim ediblər.

1443438170_natiq-ceferli“Hazırda Azərbaycan özünü cəmi 60% ərzaqla təmin edə bilir, rəsmi məlumatlara görə, bu daha çoxdur. Əgər inkişaf etmiş ölkələrlə müqayisə etsək, bu o qədər də yaxşı nəticə deyil, amma bunu pis saymaq da olmaz. Nəzərə alınmalıdır ki, Azərbaycan kənd təsərrüfatı məhsullarını təkcə idxal etmir, həm də ixrac edir”. Bunu isə “Exo” qəzetinə açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

N.Cəfərliyə görə, idxal-ixrac sahəsində Azərbaycanın ən böyük problemi odur ki, istehsal həcmi kiçik, istehsal üçün yararlı torpaqlar çox azdır: “Beləliklə, ixrac artanda ölkədə kənd təsərrüfatı məhsulları çatışmazlığı yaranır, qiymətlər dərhal bahalaşır. Hazırda Azərbaycan Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və s. dövlətlərdən məhsul idxal edir. Azərbaycan Argentinadan armud idxal edir ki, bəzən yerli məhsullardan ucuz satılır. Belə məqamlar üzərində işləmək lazım gəlir, çünki, bu, yolverilməzdir”.

Ekspert bir çox marketlərdə bir neçə adda Azərbaycan çayının satıldığını deyir, amma onları Azərbaycan məhsulları saymağın mümkün olmadığını deyir: “Məsələ budur ki, yerli məhsulun müəyyən marka ilə istehsalı hələ o demək deyil ki, bütün xammal da ölkədə istehsal olunub. Bəzən belə olur ki, məhsulun adından başqa onu təşkil edən bütün tərkib, hətta qablaşdırılmasına sərf edilən qutu, yapışqanlar belə idxal məhsullarından ibarət olur. Dünyada elə ölkə yoxdur ki, özünü ərzaqla tam təmin etmiş olsun və Azərbaycan da bu mənada istisna deyil. Əgər ölkədə normal rəqabət və yaxşı biznes mühiti olsaydı, problem olmayacaqdı”.

Ekspert hesab edir ki, əlverişli biznes mühiti olan yerdə sahibkar öz məhsulunu ixrac etmək üçün qablaşdırma məhsullarını idxal etməyəcəkdi, tələbatını yerli istehsal hesabına ödəyəcəkdi.

N.Cəfərli hesab edir ki, bu, maliyyə baxımından da faydalıdır, bu isə dövlət prosesi stimullaşdıranda, vergi və gömrük güzşətləri təqdim edəndə baş tutur.

Müəllif isə rəsmi statistikaya bəzi göstəriciləri xatırladır ki, 2017-ci ildə ölkədə 6,58 milyard manatlıq kənd təsərrüfatı məhsulu isthesal edilib ki, bu 2016-cı il ilə müqayisədə 4,2% çoxdur. 2018-ci ilin nəticələrinə görə, Azərbaycan məhsullarının ixracı 234 milyon dollar və ya 29,1%, idxal isə 238 miloyn dollar və ya 52,8% artıb. Dünya bazarında neftin qiymətinin yüksəlməsi ixracda onun xüsusi çəkisini artırıb, belə ki, 2018-ci ilin yanvarında 874 milyon dollarlıq (84,2%) xam neft, 22,7 milyon dollarlıq təbii qaz (2,19%), 34,8 milyon dollarlıq (3,36%) meyvə-tərəvəz ixrac edilib. İdxalda isə əsas yeri 151.1 milyon dollarlıq (21,94%) olmaqla aparıcı dünya istehsalçılarından avadanlıqlar alınması tutub.

Əvvəlki yazı

“JURNALİSTLƏR SEÇKİ PROSESİNDƏ ÖNƏMLİ ROLA MALİKDİRLƏR”- MÜŞFİQ ƏLƏSGƏRLİ

Sonrakı yazı

Debatda Hafiz Hacıyevdən sensasiyalı çıxış-”Gecələri otellərdə eyş-işrətlə məşğul olurlar”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.