20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Apreldə növbədənkənar parlament seçkiləri keçiriləcəyi xəbəri yayıldı

09 Yanvar 2019, 12:21
Seçmə
A A
Apreldə növbədənkənar parlament seçkiləri keçiriləcəyi xəbəri yayıldı

Milli Məclis seçkilərinin ertələnməsini zəruri edən şərtlər;  yazda “siyasi hərarət” yüksələcək

Bu ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə Musavat.com-a məlumatlı mənbələrdən informasiya daxil olub. Onu da qeyd edək ki, aprel ayında seçkilər keçiriləcəyinin gözlənildiyi barədə “Yeni Müsavat”ın 5 yanvar tarixli sayında informasiya vermişdik. Xəbərdə deyilirdi ki, növbədənkənar prezident seçkiləri kimi, bu seçkilər də seçki kampaniyasına az qalmış təyin edilə bilər.

Habelə daha öncələr də belə iddialar səslənirdi. Milli Məclisin üzvü Zahid Orucun, eləcə də bəzi tanınmış politoloqların statuslarında bundan bəhs olunurdu.

Xatırladılırdı ki, ötən il bu vaxtlar prezident seçkiləri də çoxlarının gözləmədiyi halda vaxtından 6 ay əvvəl, aprel ayında keçirildi.

Bunun hansı siyasi zərurətdən irəli gəlməsi barədə ictimaiyyətə təfərrüatı ilə məlumat verilmişdi. Güman ki, parlament seçkilərinin də eyni səbəblərdən vaxtından əvvəl keçirillməsi nəzərə tutulur.

Hələ ki, hakimiyyət düşərgəsindən növbədənkənar parlament seçkilərinin olacağı barədə xəbərlərə hər hansı şəkildə reaksiya yoxdur. Lakin nəzərə alsaq ki, keçən ilin bu vaxtlarında da yaz aylarında növbədənkənar prezident seçkisinin gözlənildiyi barədə xəbərlər yayılanda rəsmi dairələrdən heç bir təsdiq xarakterli mövqe bildirilmirdi. Buna baxmayaraq yayılan xəbərlər doğruldu-aprel ayında növbədənkənar prezident seçkisi keçirildi. Bu dəfə də belə olacağı istisna deyil…

Yanvarın 8-də musavat.com-a daxil olan daha bir mötəbər mənbənin məlumatı üç gün öncə yaydığımız xəbərin rəsmi təsdiqlənmək ərəfəsində olduğunu göstərir.

Hazırda fəaliyyətdə olan V çağırış Milli Məclisə seçkilər 2015-ci ilin noyabrında keçirilib, hazırkı Milli Məclis 3 ildən artıqdır fəaliyyət göstərir. Deputatların səlahiyyət müddəti 5 ildir. Növbədənkənar seçkilər olmayacağı halda ölkədə növbəti parlament seçkiləri 2020-ci ildə keçirilməlidir. Əgər apreldə parlament seçkiləri keçiriləcəksə, bu, seçkilərin il yarım önə çəkilməsi demək olacaq. Eyni zamanda bu, Azərbaycanın müstəqillik əldə etdikdən indiyə qədər ilk növbədənkənar parlament seçkiləri kimi tarixə düşəcək.

Növbədənkənar parlament seçkilərinin keçirilməsinin lazım olub-olmadığı məsələsinə gəlincə, siyasətçilər arasında bu məsələdə yekdil rəy yoxdur. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, siyasi deyil, hüquqi baxımdan yeni parlament seçkiləri keçirilməlidir. Çünki artıq xeyli vaxtdır yeni konstitusiya qəbul olunub, parlamentin səlahiyyətləri dəyişdirilib.

Deputat Fazil Mustafa ile ilgili görsel sonucu

Deputat Fazil Mustafa isə hesab edir ki, Konstitusiya dəyişikliyi və növbədənkənar prezident seçkilərinin keçirilməsi isə parlamentin buraxılması və yeni parlament seçkiləri keçirilməsi zərurətini yaratmır. Amma siyasi məqsədəuyğunluq olarsa, seçki vaxtından qabaq da keçirilə bilər.

Məsələyə digər bir kontekstdən yanaşdıqda, parlament seçkilərinin 2019-da keçirilməsinin hüquqi bir məntiqi də ortaya çıxır. Belə ki, son konstitusiya dəyişikliyinə görə prezident seçkiləri 7 ildən bir keçiriləcək. Sonuncu – növbədənkənar prezident seçkilərinin 2018-ci ildə keçirildiyini nəzərə alsaq, deməli, növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməlidir. Əgər parlament seçkiləri növbədənkənar elan edilməyib, 2020-ci ildə keçirilərsə, bu o deməkdir ki, növbəti Milli Məclis seçkiləri də 2025-ci ildə – prezident seçkiləri ilə eyni ildə baş tutmalıdır. Bu isə anormal situasiya yaradır, bir ildə həm prezident, həm də parlament seçkilərinin keçirilməsinə praktikada rast gəlinmir və bir sıra səbəblərdən (siyasi, strukturların iş fəaliyyəti baxımdan) doğru hesab olunmur. Bu vəziyyətin aradan qaldırılması üçün optimal yol kimi, parlament seçkilərinin ertələnməsi, 2019-da keçirilməsi  uyğun variant hesab olunur.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Əvvəlki yazı

Media hüququ eksperti: “Mehman Hüseynovun çəkdiyi korrupsiya faktları bunları narahat edir”

Sonrakı yazı

Kamal Abdulla onu ittiham edən dekana töhmət verib

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.