04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

2019: XÜSUSİ XİDMƏTLƏRİN QLOBAL NƏZARƏT İLİ, YOXSA…? –Corc Oruellin “1984” utopiyası gerçəyə çevrilir

07 Yanvar 2019, 19:42
Manşet
A A
2019: XÜSUSİ XİDMƏTLƏRİN QLOBAL NƏZARƏT İLİ, YOXSA…? –Corc Oruellin “1984” utopiyası gerçəyə çevrilir

Con Lloyd,

“Reuters”, 04.01.2019

 

Yeni ilin gündəm mövzusu dünyada elektron izləmə qabiliyyətinin yetərincə çox güclənməsi ve demokratik nəzarətin zəifləməsidir. Bu riskin panzəhri – demokratik ruh və vətəndaş azadlıqlarıdır.

Onların hər ikisi dünya miqyasında öləziyib. Yox, onlar ölü deyil, amma qorunan deyil, bəzən də baxımsızdır.

Dünyanın ən sıx əhalisi olan iki dövləti – Çin və Hindistan (planet əhalisinin, təxminən, 37 faizi bu ölkələrdə cəmləşib) milli rəqəmsal monitorinq və təsnifat sistemləri yaradıb. Bunlar daha dolğun vətəndaşlıq üçün lazım olan fərdi məlumatların toplanmasına dövlətin tam nəzarəti və müdaxilə imkanlarını özündə birləşdirir.

Çin sistemi 1,4 milyard insanın davranışını açıq şəkildə izləməklə, dövlətin – Kommunist Partiyanın “yaxşı” kimi müəyyən edərək mükafatlandırması və ya “pis” olduğunu təsbit edəndən sonra cəzalandırmasını nəzərdə tutur. Dini ehkamların dünyəvi – sekulyar alternativi virtual məkanda mütləq hakimə çevrilir; Karl Marksın fəlsəfəsini özünə sərfəli şəkildə təfsir edən iqtidar partiyası, Çin Konstitusiyasına daxil edilmiş “Den Syaopinin yeni era üçün Çin xüsusiyyətli sosializm haqqında” doktrinasına əsasən, dövlət meyarlarının təbliğçısı olan  kahindir.

Ölkənin “sosial kredit sistemi” üz, səs və barmaq izi tanıma texnologiyası İnternetdən istifadə, təhsil proqramlarının seçimi və sosial şəbəkələr, habelə “qeyri-adi fəaliyyət” barədə pullu xəbərçilərin böyük şəbəkəsi ictimai və şəxsi davranışın monitorinqi ilə birləşir.

Çin hökuməti bu elementləri hər bir adamın sosial, siyasi, peşə və şəxsi fəaliyyətinin portretini hazırlamaq üçün istifadə edir; karyera və digər seçimlərdə fərdə yardım göstərir, ya da anti-sosial və ya partiyaya qarşı davranışlara görə vətəndaş hüquqlarından məhrum edilməsi, səyahət imkanlarını məhdudlaşdırmaq yolu ilə onu cəzalandırır.

Sistemin rəsmi partiya təsviri iddia edir ki, sistem “etibarlı şəxslərə səma altında sərbəst hərəkət etməyə imkan verəcək və əksinə, cəzalananların bir addım belə atmasına imkan saxlamayacaq”. O, artıq mükafat və cəzalar verir; 2019-cu ildə sistemin əhatə dairəsi genişlənəcək və 2020-ci ilə qədər ölkədə hər kəsə nəzarət etmək üçün tamamlanacaq.

Hindistanın “Aadhaar” (hind dilindən tərcümədə “təməl” deməkdir) milli şəxsiyyət vəsiqəsi texnologiyası Çin modeli kimi hərtərəfli olmağı hədəfləyir, amma müdaxiləni nəzərdə tutmur. O, keçən ildən etibarən hər bir hindlini “yoxsulluqdan uzaqlaşdırmaq” istəyən proqramçı-sahibkar Nandan Nilekaninin könüllü təşəbbüsü kimi fəaliyyətə başlayıb. Məqsəd – mallara, ali təhsillə, hökumət subsidiyalarına və səhiyyəyə əlçatmanı asanlaşdırmaq və icbari etməkdir.

“Aadhaar”ın gizlilik hüququnu pozduğuna dair şikayətlər məhkəmələrə verilir və vətəndaş haqları tərəfdarları ilə dövlət arasında çəkişmə gedir. İqtisadçı Ritika Kera ötən ilin avqustunda “Washington Post”da yazmışdı ki, sistem “demokratik ölkədə şəxsi həyatın toxunulmazlığı və gizlilyinə, yaşamaq hüququna ən dəhşətli təhdidlərdən biridir”.

Qərb demokratiyalarında Çin ölçülü – hətta Hindistan ölçülü – rəqəmsal ambisiyalar yoxdur. Lakin 2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin sənədlərinin nəşr olunmasından sonra məlum olub ki, bir çox xüsusi xidmətlər, hüquqi vərdişlərin artmasına baxmayaraq, bütün vətəndaşların məlumatlarını izləmək üçün qanuni səlahiyyətə malikdir.

Demokratiyaların ən güclüsü olan ABŞ-ın özü “Facebook” başda olmaqla, rəqəmsal korporasiyaların yaranış və iqamətgah məkanıdır. Həmin korporasiyalar gizlilikləri qoruya bilmələri və ya ən azı artan zorakılığın qeyri-qanuni təbliği və xəbərlər adı altında gizli təbliğatın qarşısını almaq və ya seyrəltmək baxımından ictimaiyyət və hökumətlərin şübhəsi altındadır.

Bir neçə il əvvəl, “Facebook” məşhurlaşan zaman onun təsisçisi Mark Zukerberq məlumatın gizli saxlanmasının artıq “sosial norma” olmadığını düşünürdü. O, şübhəsiz ki, sonradan rəyini dəyişdi və ya özünü bu cür göstərdi, ancaq “Facebook” və digər texnologiya nəhənglərinin iş modeli hələ də şəxsi məlumatların reklamvericilərlə necə paylaşılmasına bağlı qalır.

Bu inkişaflar avtoritar dünyanın ölçüsünün artması, yaxud daha çox məhdudlaşmasından asılıdır. Keçən il dərc olunan bir essedə Yaşa Maunk və Roberto Stefan Foa yazırdı: “Liberal demokratiyalar son 25 ildə misli görünməmiş iqtisadi güc mövqeyindən misli görünməmiş iqtisadi zəiflik mövqeyinə keçib”.

Alimlərin gümanına görə, XX əsrdə liberal demokratik dövlətlərin qlobal işlərdə dominantlığı liberalizmi və ya demokratiyanı cazibədar etməyib, lakin sərvətin yaradılmasında bu, əksinə, çoxdur.

Açıq avtoritarlarla yanaşı, demokratik seçilmiş populistlər var. ABŞ, İtaliya, Polşa, Macarıstan və başqa yerlərdə olduğu kimi, miqrasiya, cinsi və etnik azlıq və QHT kimi məsələlərdə, adətən, avtoritar təcrübə hakimdir. Ən son nümunə Braziliyada Jair Bolsonaronun iqtidara gəlməsidir.

Nə avtoritarlar, nə də milli populistlər nəzarətə dair yeni səlahiyyətləri insan haqları ilə uzlaşdırmayacaq.Bunun əvəzinə bu səlahiyyətlər, xüsusilə də Çin sistemi, miras qalan liberal siyasəti radikal şəkildə dəyişdirmək istəyən liderlər tərəfindən istifadə edilə bilər.

Təhlükə texnologiyada deyil. Vətəndaş cəmiyyəti, azad məhkəmə, kütləvi informasiya vasitələri və s. olan yetkin demokratik ölkələr, bəzi istisnalarla, texnoloji yeniliklərdən təhdidlə mübarizədə səmərəli istifadə edəcək. Onlar həmçinin texnologiyanın istifadəsi haqqında müzakirələrin güclənməsini və ictimai çəkili siyasəti təmin edə bilər.

Avtoritar hakimiyyət qarşısında demokratik uğursuzluq proqnozları yalnız ictimaiyyətin imkan verdiyi təqdirdə gerçək olacaq. 2019-un daha çox nəzarət deyil, liberal ruhun canlanma ili olması mümkündür.

Tərcümə: Strateq.az

Əvvəlki yazı

Xınalıq yolunun tikintisinə 13 milyon manat ayrıldı

Sonrakı yazı

TRAMPIN ELÇİLƏRİ YENİDƏN TÜRKİYƏDƏ –- Ankarada gərgin “diplomatik şahmat” oyunu başlayır – TƏHLİL

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.