07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

BAKI-GƏNCƏ “SÜRƏT QATARI” YOLDA QALDI – “Azərbaycanda problem dəmir yol xəttinin keyfiyyətilə əlaqədardır” (Yenilənib)

05 Yanvar 2019, 20:54
Gündəm
A A
BAKI-GƏNCƏ “SÜRƏT QATARI” YOLDA QALDI – “Azərbaycanda problem dəmir yol xəttinin keyfiyyətilə əlaqədardır” (Yenilənib)

Bakı-Gəncə sürət qatarı yolda dayanıb. Hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.

“Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb.  Problem qısa müddət ərzində aradan qaldırılıb. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.

Qatarda olan sərnişinlər isə minval.info-ya deyiblər ki, qatar 20 dəqiqə dayanandan sonra hərəkətini davam etdirib. Sərnişinlər həmçinin deyiblər ki, vaqonlarda isitmə sistemi normal işləmir: “Qatar yolda qaldı. 20 dəqiqə yolda qaldıqdan sonra enerji gəldi qatar hərəkətə başladı. Vaqonların içərisi buz kimi oldu. Hamı kurtkada, papaqda oturub.

Bu azmış kimi kondisioner sistemini tənzimləyə bilmirlər, yuxarıdan buz kimi hava üfürür. Bir neçə dəfə sərnişin olaraq irad bildirdik, amma ciddiyə almadılar. Ən sonda qatarın maşinisti gəldi və kobud səslə dedi ki, “Kimin xoşu gəlmir yerini dəyişsin”. Kobud danışa-danışa getdi yerinə. Bələdçi xanımlardan ad və soyadını soruşsaq da cavab verməkdən imtina elədilər”.

Qeyd edək ki, Bakı-Gəncə sürət qatarı (?) xəttə buraxılması 3 ildir təxirə salınandan sonra ötən ilin son günlərində fəaliyyətə başlayıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov bu hadisəni  xüsusu təntənə ilə qeyd etsə də,  məlum olub ki, qatar gözlənildiyi və iddia olunduğu qədər də sürətli deyil.

Gəncəyə qədər olan 364 kilometr məsafəni 4 saat 30 dəqiqəyə getməsi nəzərdə tutulən qatarın, saatda 80-90 km.-lə hərəkət etdiyi  açıqlanıb. Bu sürətlə hərəkət edən qatarlara isə artıq nəinki  inkişaf etmiş Avropa ölkələrində,  hətta qonşu ölkələrdə, o cümlədən MDB-yə üzv respublikaların bir çoxunda  “sürət qatarı” demirlər.

qubad-ibadogluİqtisadçı ekspert Qubad İbadoğlu  öz “Facebook” səhifəsindən paylaşdığı  “Saata 81 kilometr məsafə qət edən qatarın sürəti ilə öyünməyə dəyərmi?” başlığı ilə paylaşdığı statusda bunu konkret faktlarla göstərmişdi: “Bu günlərdə yayılan xəbərə görə, gələn ildən xəttə buraxılacaq Bakı-Gəncə “sürət qatarı” 364 kilometri 4 saat 30 dəqiqəyə gedəcək. Müasir dünya belə sürətlə ötən əsrin ikinci yarısında qürrələnirdi. Hazırda isə bir sıra ölkələrdə hər saat üçün qatarların orta sürəti 300 km, maksimum sürət isə 600 km ətrafındadır. Şəkil bölməsində təqdim olunan sürət qatarlarının reytinqindən bunu görmək olar”.

Otomatik alternatif metin yok.

Ekspert eyni zamanda qeyd etmişdi ki,  Azərbaycan sürət qatarları alsa belə, dəmiryolunun mövcud vəziyyəti onları yüksək sürətlə hərəkətinə imkan vermir:” Əslində Azərbaycanda sürət problemi qatarla bağlı deyil, dəmir yol xəttinin keyfiyyəti ilə əlaqədardır. Halbuki, son illər ərzində Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üçün yalnız Dövlət Neft Fondundan 589,2 milyon manat vəsait ayrılıb. Lakin hələ də Azərbaycanda dəmir yollarının texniki durumu qatarların orta sürətini 80-dən yuxarı qaldırmağa imkan vermir”.

Bu gün baş verən hadisə isə ekspertin fikirlərini təsdiqləmiş oldu.  Görünən odur ki, Azərbaycanda dəmir yollarının texniki durumunda həqiqətən müəyyən problemlər var. Hansı ki, bu problemlər nəinki qatarlarının yüksək sürətlə hərəkətinə imkan vermir, hətta onların yarı yolda qalmasına belə səbəb olur… 

Rasim
AzPolitika.info

 

Əvvəlki yazı

Sən, kiminsə qohumusan deyə, biz qırılmalıyıq?! – Oqtay Şirəliyevə çağırış

Sonrakı yazı

“Mərc gələrəm ki, bu il İranla müharibə olacaq” – ABŞ rəsmisindən sensasion iddia

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.