07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

31 Dekabr 2018, 11:58
Seçmə, Banner
A A
“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

Bakının “Sovetski” kimi tanınan məhəlləsində 2014-cü ildən etibarən başlanan köçürmə işlərinin artıq ikinci mərhələsi də gerçəkləşdirilir. 

AzEuroNews.com xəbər verir ki, 2018-ci ilin fevralından  “Sovetski”də növbəti köçürülmə prosesi haqda qərar verilib. Qərara görə 2 min evin köçürülməsi gerçəkləşdirilməlidir. Köçürmə və söküntü işləri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılsa da, faktiki olaraq bütün işlər Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov tərəfindən həyata keçirilir. “Sovetski” söküləndən Cavanşir Yusifovun, onun ətrafında olanların yaşayış tərzi də dəyişib. Varlanıblar, imkanları o qədər genişlənib ki, daha əvvəllər olduğu kimi yaşamırlar. Sovetski söküldükcə Cavanşir Yusifovun ətrafındakıların villalarının, imarətlərinin, dəbdəbəli şəhərətrafı bağ evlərinin sayı da, maxinasiyalar da artmaqda davam edir.

İlham Bağırov “Sovetski”də qiymətləndirmə işləri tapşırılan,  indiki adı “BTİ Expert”, əvvəlki adı “Azər Expert” olan MMC-nin rəhbəridir. Qardaşı Zahid Bağırov isə rəsmi işçi deyil. Amma onu – Zahid Bağırovu  “Sovetski “də tanımayan az adam olar. Çünki baş çəkmədiyi ev, tin, küçə qalmayıb. Sakinlər öz aralarında onu “çəpiş” ləqəbi ilə çağırırlar. Bu da səbəbsiz deyil. Çünki Zahid Bağırov özbaşına sakinlərin evlərinin damına çıxır, ev sahiblərinin etirazlarına məhəl qoymur.

Elə Sovetskidəki sövdələşmələrin, dövlətin büdcəsindən pul silinmələrinin bir çoxu da onun üzərindən gerçəkləşdirilir. Sxem isə çox sadədir. Zahid Bağırov salamsız-kəlamsız evi söküləcək sakinin həyətinə girir. Əlindəki ölçü aparatı ilə ərazini çəkməyə başlayır. Qulağı səsdə olan sakin həyətdə ora-bura qaçan şəxsin kimliyini təxmin edir. Bilir ki, bu həmin o Zahiddir, damlarda gəzən həmin o “çəpiş”dir…

Sakin ani olaraq Zahid Bağırovu görəcək sevincək olur. Düşünür ki, həyəti söküləcək və həyatı dəyişəcək. Ona nəzərdə tutulduğu kimi hər kvadrata görə 1500 manatdan pul ödəniləcək, gedib həyatını quracaq.

Zahid Bağırovla söhbətdən sonra isə həmin sakinin sağlığında ciddi problemlər yaşanır, sanki quyunun dibinə düşür. Çünki Zahid Bağırov ona evinə görə hər kvadrat metrə görə 200 manat veriləcəyini deyir. Eyni zamanda söz atır ki, istəsə, məsələnin həlli yolunu da bilir, bəs evinin hər kvadratına görə 1500 manatdan pul ala bilər. Əli hər yerdən üzülən sakinin isə bahalı ətir iyi verən, özünü “Həsən ağanın qohumu” kimi aparan Zahid Bağırovun ədalı təklifi ilə razılaşmaqdan başqa yolu qalmır.  Beləcə Bağırov qardaşlarını gizli milyonçuya çevirən sxem işə düşür.

Əvvəllər cırıq ayaqqabıda gəzən Zahid Bağırovun indi köməkçisi də var. İlham GiyasovBağırovların sxemində yer alan elementlərdən biridir. Bu gün o sökülən Sovetski küçələrində 10 min manat dəyərində olan az90-CB-056 nişanlı “Nissan-Tida” da gəzir. İşi-gücü evləri söküləcək sakinlərə büdcədə pulun qurtarmasını təlqin etməkdir. Bəs büdcədə pul qurtarır, Bağırovların şərtlərini qəbul edin, yoxsa evlərimizə görə pul ala bilməyəcəksiz.

Sakin Bağırovların şərtlərini qəbul etdikdən sonra onun evinin sənədləri, sxemləri, eskizləri dəyişdirilir, kvadratlar maksimuma qədər şişirdilir, sənədlərdəki əvvəlcədən Bağırovların özləri tərəfindən yazılan qondarma “yeni tikili” sözləri yoxa çıxarılır.

Sakinlərdə belə təəssurat yaradılır ki, evin kvadratı onların – yəni Bağırovların səyi nətəcəsində Nazirlər Kabinetinin 51 nömrəli, 16 fevral 2018-ci il tarixli qərarında göstərildiyi kimi 1500 manatlıq duruma gətirilir. Buna görə də Zahid Bağırov, onu əraziyə yollayan qardaşı İlham Bağırov və digərilərinin varlanmasına yol açılır. Bu cür sövdələşmədən əldə olunan gəlirin 60 faizi Bağırovlara, 40 faizi isə sövdələşməyə getmək məcburiyyətində qalan vətəndaşa verilir. İtirən vətəndaşlar, dövlət büdcəsi, qazananlar isə  Bağırov qardaşları və onları qabağa verənlərdir.

“Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Bəzi ailələr verilən kompensasiyanın məbləğinə etiraz edərək dirəniş göstəriblər. Həmin ərazidə hər kvadrat metrə görə sakinlərə 1500 manat ödəniləcəyi də dəfələrlə hakimiyyət nümayəndələri tərəfindən bəyan olunub. Ötən il boşaldılan 26 hektarlıq park və yaşıllıq salınması nəzərdə tutulur.

Əvvəlki yazı

Ramil Usubov:”Daxili işlər orqanlarında xidmətə qəbul şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirilir”

Sonrakı yazı

Azərbaycanda daha bir kredit təşkilatı adını dəyişib

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.