20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SOCAR-ın Marketinq İdarəsi və Gürcüstandakı qurumlardan dizelin keyfiyyəti ilə bağlı – AÇIQLAMA

27 Dekabr 2018, 14:07
Seçmə
A A
SOCAR-ın Marketinq İdarəsi və Gürcüstandakı qurumlardan dizelin keyfiyyəti ilə bağlı – AÇIQLAMA
Bu ay Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının tərkibi, əsasən də qurğuşunun miqdarı ilə bağlı yoxlamalar aparıb.
Reportyor.info “Report”a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində yanacaqda qurğuşunun səviyyəsinin hökumətin müəyyən etdiyi keyfiyyət normalarına cavab verdiyi müəyyənləşib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda yerləşən yanacaqdoldurma məntəqələri daxil olmaqla 240 məntəqədən nümunələr götürülüb. Departament əməkdaşları yoxlamaları ilkin xəbərdarlıq olmadan aparıblar.
Nazirlikdən bildirilib ki, götürülmüş nümunələr beynəlxalq akkreditasiyası olan laboratoriyada yoxlanılıb: “Araşdırmanın nəticəsində müəyyən olunub ki, yoxlanılan nümunələrin hamısında qurğuşunun səviyyəsi Gürcüstan hökumətinin müəyyən etdiyi normalara uyğundur”.

 

Qeyd edək ki, Gürcüstanda yanacağın keyfiyyəti dövlət tərəfindən 2016-cı ildən etibarən monitorinq olunur. Benzin və dizeldə yalnız qurğuşunun deyil, benzol, oktan, kükürd və digər maddələrin səviyyəsi də yoxlanılır.

Yanacaqda hər hansı bir uyğunsuzluq aşkar olunarsa, şirkətlərə 8 min lari (3 min dollardan çox) məbləğində cərimə tətbiq olunur.
Nazirlikdən bildirilib ki, bu cür yoxlamaların məqsədi ölkəyə keyfiyyətsiz yanacaq idxalını azaltmaq və ətraf mühitin mühafizəsini təmin etməkdir.
Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatına görə, bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan 991 min ton benzin və dizel yanacağı idxal edib. Noyabr ayında 34,6 min ton dizel yanacağı, 46,3 min ton benzin idxal edilib. Gürcüstana yanacaq Rusiya, Azərbaycan (dizel yanacağı), Rumıniya və Türkmənistandan ixrac edilib.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, Azərbaycan dizel yanacağı Gürcüstandan başqa Əfqanıstan, Türkiyə, Malta, Cəbəllütariq, Livan istiqamətində də ixrac olunur. Məlumata görə, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 409 min ton dizel yanacağı ixrac edilib. “Azərbaycanda dizel yanacağı SOCAR-ın Heydər Əliyevadına Neft Emalı Zavodunda istehsal edilir. İstehsal edilən dizel yanacağının bir hissəsi daxili tələbata yönəldilir, digər hissəsi isə xarici ölkələrə ixrac edilir. Müxtəlif laborator yoxlamalar da göstərib ki, SOCAR-ın ixrac etdiyi, Gürcüstan və Azərbaycanın yanacaqdoldurma məntəqələrində satdığı dizel yanacağının keyfiyyəti eynidir və müxtəlif parametrlərə uyğun standartlara cavab verir”.
Bildirək ki, SOCAR-ın Gürcüstanda 119 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkət burada Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının Gürcüstan bazarında topdan və pərakəndə satışını təşkil edir.
İxrac edilən dizelin keyfiyyəti ilə bağlı Kulevi terminalında da analizlər aparılır.
Dünyanın aparıcı inspeksiya və sertifikatlaşdırma şirkətlərindən olan İsveçrənin SGS şirkətinin Xəzər regionunun neft, qaz və kimya bölməsi üzrə əməliyyat meneceri Sofiya Vışko bildirib ki, indiyədək dizeldə sifarişlərə uyğun olaraq müxtəlif parametrlər üzrə analizlər aparılıb.
“Kulevi terminalında dizelin vaqonlardan rezervuarlara boşaldılması, tankerlərə yüklənilməsi, yükün Türkiyə və Avropaya nəql edilməsi zəncirini daim yoxlayırıq. Biz yalnız SOCAR tərəfindən deyil, ondan məhsul alan şirkətlər tərəfindən də sifarişlər alırıq. Şirkətlər alıcıların istəklərinə uyğun olaraq müxtəlif meyarlar üzrə analizlər aparılması üçün sifarişlər verirlər”.
Şirkətin nümayəndəsi bildirib ki, indiyədək aparılan analizlərə əsasən bircə dəfə də keyfiyyətin standarta uyğun olmaması halına rast gəlinməyib.
Aşağıdakı cədvəldə SGS şirkətinin bu ayın əvvəlində SOCAR-a məxsus Kulevi terminalının rezervuarlarından götürülnüm nümunələr əsasında dizel yanacağı ilə bağlı apardığı analizin nəticələrini təqdim edirik:

 

Əvvəlki yazı

Ermənistan ordusu Ağdamı atəşə tutdu – Dinc sakin yaralanıb (VİDEO)

Sonrakı yazı

Hüseynqulu Bağırov hakimiyyətdən nəyin qisasını alır: Sabiq naziri məhkəmə qapılarında qoyan səbəb

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.