09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“20-yə yaxın ölkədə hakimiyyət dəyişikliyi baş verəcək ki,…” – Astroloq 2019 proqnozunu açıqladı

23 Dekabr 2018, 23:46
Cəmiyyət
A A
“20-yə yaxın ölkədə hakimiyyət dəyişikliyi baş verəcək ki,…” – Astroloq 2019 proqnozunu açıqladı
Artıq 2018-ci il başa çatmaqdadır. Qarşıdan 2019 – astroloji baxımdan Qaban ili gəlir. Hər il olduğu kimi tanınmış astroloq, avestaşünas, yazar Səbuhi Rəhimli ilə yeni il öncəsi görüşdük. S. Rəhimli “Reytinq”ə müsahibəsində qarşıdan gələn ilin astroloji xüsusiyyətləri, bizi gözləyən mənfi və müsbət hadisələrdən danışdı.
Reportyor.info həmin müsahibəni təqdim edir:
– Öncə üzümüzə gələn il barədə məlumat verərdiniz.
– Qarşıdan Torpaq ünsürlü Sarı Qaban ili gəlir. Yeni təqvim astronomik hesabla fevralın 5-də başlayacaq. Bu illər bir qayda olaraq sakit, bərəkətli, ən başlıcası isə müharibəsiz keçir. Ötən 5 əsrin bütün Qaban illərini tədqiq etdim və demək olar ki, hansısa qlobal müharibə məlumatına rast gəlmədim. Qarşıma Pakistanla Hindistan arasında baş verən qısamüddətli müharibədən və Bonapart Napaleonun Vaterloo yaxınlığındakı son – məğlubiyyət döyüşündən başqa bir şey çıxmadı. Məhz bunları da təhlil edəndə növbəti ilin sakit, savaşsız keçəcəyini düşünmək olar.
– Bəs bu ildə insanları nə gözləyir? Təbii fəlakət və digər sahələrdə nələr baş verə bilər?
– Əvvəldə söylədiklərimi bir daha möhkəmləndirmək üçün deyim ki, Qaban illərində sui-qəsdlər və terrorlar da minimumdur. Bu illəri araşdıranda qarşıma cəmi iki sui-qəsd çıxdı: İsrailin baş naziri İssak Ravinlə Güney Azərbaycan Milli Hərəkatının lideri Seyid Cəfər Pişəvərinin qətli. Bu illərdə terror da azdır.
Təbii fəlakətlərə gəlincə, bunun astroloji bilgilərlə əlaqəsi yoxdur. Çünki həmişə yarızarafat deyirəm ki, təbii fəlakətləri, futbolu və inqilabları astroloji hesablamalarla bilmək olmur. Amma bu mövzuda da hər zaman “Qaban”ın təmkini görünməkdədir. Son 360 ildə dediyimiz dövrə düşən zamanlarda cəmi iki zəlzələ olub: Tokioda(105 min itki)və Ərzurumda(14 min itki).
– Adətən astroloji proqnozlarla kasıb camaat daha çox maraqlanır, varlılardan kim maraqlansa da, onlar üçün özəl astroloji proqnozlar hazırlanır. Ona görə də kasıbları maraqlandıran sual verim, 2019-da qıtlıq olmayacaq ki?
– Bu sualınızın da cavabı astrologiyada deyil. Çünki bu, siyasi idarəetmədən, cəmiyyətin iqtisadi azadlığının hansı çərçivədə bərqərar olmasından asılıdır. Məntiqlə yanaşsaq, sadə insanlar Kanadada da var, Almaniyada da, Anqolada da, Suriyada da, Qafqazda da. Məgər onların hamısı eyni güzəran yaşayır? Əlbəttə yox.
– Konkret Azərbaycanı götürək…
– Elə yuxarıda bunu demək istədim. Astroloji müşahidələrə görə, üç zodiak ili var ki, onların hakim olduğu dövrlər bərəkət və bolluq ili kimi tarixə düşür: Keçi, Qoyun və Qaban illəri. Ümid edək ki, astroloji ənənə bu il də pozulmayacaq.
– Qaban ilində kimlər, hansı illər, hansı bürclər altında doğulanlar özlərini rahat hiss edəcək? Kimlər üçün gələn il ağır olacaq?
– Bu yanaşma da doğru olmazdı. Konkret cavabı bilmək istəyirsinizsə, cavabım budur ki, kim Qaban ilinin oyun qaydalarına sadiq qalsa, xarakterik nəbzini tutsa, o da uğura yiyələnəcək.
– Bəs “Qaban”ın oyun qaydaları hansılardır?
– Azərbaycan reallığında çətin görünsə də, dürüst olmaq, yalan vədlər verməmək, pulla bağlı riskli addımlar atmamaq, yeni və böyük işlərə təkbaşına başlamamaq, tələsik evlilikdən uzaq durmaq, səhhətlə bağlı azacıq nasazlıq olan kimi həkimə müraciət etmək və s.
– Aydındır. Amma siz hər il uğurlu bürclər və illər barədə də fikirlər deyirsiniz…
– Sırf astroloji baxımdan ilin şanslı bürcləri Qoç və Əqrəb, illəri Qaban(Donuz), Pişik(Dovşan)və Keçidir(Qoyun).
– Bu, artıq son illərin əsas suallarındandır. Dolların məzənnəsi necə olacaq? Qiymətlər artmayacaq ki?
-(Gülür)Bu sualın cavabı astrologiyada deyil, valyutanın idarə olunmasını tənzimləyən mövcud qurumlardadır. Bilirsiniz, iradi qərarı, düşüncəni proqnozlaşdırmaq çox çətindir. Hətta real proqnozlar olur ki, onun qarşısını almaq, necə deyərlər “səhv çıxarmaq” olur. Astrologiya pəncərəsi bu periodu tam ifadə etmir.
– Sualdan yenə yayındınız. Yeri gəlmişkən, ötən il ictimai-siyasi proqnozlar vermədiniz. Səbəbini açıqlaya bilərsinizmi?
– Gəlin, yeni il öncəsi söhbətimizi gələcəyə kökləyək, keçmiş keçmişdə qaldı. 2004-cü ildə də ictimai-siyasi proqnozlar verməmişdim. 14 ildə bir dəfə istirahət edə bilmərik?(gülür)
– Elə ölkələr var ki, siyasi proqnoz vemək təhlükə yaradır. Bəlkə sizi də çəkindirən səbəblər var?
– İndiyə qədər mənə siyasi tərəfdən nəinki təzyiq, heç adi bir narazılıq da bildirilməyib. Çünki bu, məntiqli deyil. Yalnız bir dəfə olub. Mərhum Heydər Əliyevin hakimiyyəti dönəmində həmin il 8 nazir və nazir ranqlı məmurların işdən çıxarılacağını demişdim. Hətta efirdə onların adını yazıb aparıcıya da vermişdim. Əslində işimi ehtiyatlı tutub vərəqə heç bir ad yazmamışdım ki, aparıcı məni ələ verməsin. Həmin ilin sonunda doğrudan da işdən çıxarılan 8 nazir və komitə sədrlərinin adını, guya o vaxt yazdığım vərəqdən deyirmiş kimi efirdə oxudum. O vaxt bu olay bütün ölkədə dillərə düşmüşdü. Hə, o məsələdən sonra işdən çıxarılanlardan biri telefonuma zəng vurub “gör sənin başına nə oyun açacağam”,- demişdi. Amma dediyini edə bilmədi… Sözümün canı odur ki, proqnoz verməkdən niyə qorxmalıyam ki? Siz müsahibə alanda qorxursunuz bəyəm? Hərənin öz işi var.
Bir də ki, mən hər il onsuz da özüm üçün 60-a yaxın siyasi proqnoz hazırlayıram, mətbuata isə onlardan uzağı 25-ni verirəm. Ötən il isə heç onu da vermədim.
– Bəs bu il?
– Xətriniz xoş olduğu üçün ucundan-qulağından sizə bir az demək olar. Yeni ildə ölkəmizdə mülkiyyət üstündə savaşların maksimum həddini görəcəyik. Qarabağda fevral, may və avqust aylarında uğurlu hərbi əməliyyatlar aparmaq üçün şansımız olacaq. Ən başlıcası, Azərbaycandakı inhisarçıların yarıya qədəri əvəzlənəcək.
Növbəti ildə Avropa son 20 ilin ən ağır sınaqlarını yaşayacaq, hətta buna xaos da demək olar. 20-yə yaxın ölkədə hakimiyyət dəyişikliyi baş verəcək ki, onların da yarıya qədəri nəzərdə tutulmamış dəyişiklik olacaq. Haqqında impiçment proqnozlaşdırılan Donald Tramp isə ilk günlərdən dediyim kimi, ən azı bir tam müddətdə ABŞ prezidenti olaraq qalacaq. Bu qədər.
Əvvəlki yazı

“Yanvarda çörəkdən başqa hər şeyin qiyməti bahalaşacaq!”

Sonrakı yazı

ABŞ KÜRDLƏRİ SATDI? –Ankaranın YPG-yə qarşı hərbi əməliyyatı Vaşinqtonla uzlaşdırılıb – TƏHLİL

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.