11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Mübarizəni kişi kimi aparmaq lazımdır!” – Çingiz Qənizadə

20 Dekabr 2018, 12:08
Seçmə
A A
“Mübarizəni kişi kimi aparmaq lazımdır!” – Çingiz Qənizadə

Cinayət Məcəlləsinin 323.1 – Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma maddəsinə görə, buna yol verən şəxslər 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə — 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir. Bəs maraqlıdır, indiyə qədər sözügedən maddə ilə hər hansı Azərbaycan vətəndaşı ittiham olunub, cəzalandırılıbmı?

Reportyor.info xəbər verir ki, bu barədə Modern.az-a danışan millət vəkili Çingiz Qənizadə də sosial şəbəkələrdə təhqir, şəxsiyyətin alçaldılması hallarına qarşı qanun layihəsinin qüvvədə olduğunu təsdiqləyib. O qeyd edib ki, bu qanun təkcə vəzifəli şəxslərə qarşı deyil, bütün vətəndaşlara sosial şəbəkələr, digər elektron vasitələrlə böhtan atılması, şərəf və ləyaqətin alçaldılması kimi hallara qarşı hüquqları təmin edir:

“Təəssüf ki, bəzi yaramaz insanlar xarici ölkələrdə oturub, sosial şəbəkələr vasitəsilə dövlətimizin başçısına, onun yaxınlarına, hökümətin digər üzvlərinə, Prezident Administrasiyasının yüksək vəzifəli məmurlarına qarşı heç bir etik çərçivəyə, qanuna sığmayan ifadələr işlədirlər. Onların məsuliyyətə cəlb edilməsi ilə bağlı müzakirələr aparıla bilər.

Xaricdə yaşayan azərbaycanlı Orduxan Teymurxan 214.2 – terrorizmə açıq çağırış, 220.2 – kütləvi iğtişaşların təşkil edilməsi və 281.2 – dövlət əleyhinə yönələn açıq çağırış maddələri ilə ittiham olunub və barəsində qərar qəbul edildi. Digər şəxslərin bu cür hərəkətlərinə qarşı isə hələlik belə addım atılmayıb. Xarici ölkələrdə buna necə qiymət verəcəklər, sual altındadır. Amma bir daha qeyd etmək istəyirəm ki, qanun KİV və sosial şəbəkələr vasitəsilə hər hansı şəxsə qarşı qərəzli, böhtan səsləndirmək, müxtəlif çağırışlar etməklə bağlı məsuliyyət yaradır. Hər bir Azərbaycan vətəndaşı mübarizəni sivil yolla, kişi kimi aparmalıdır. Başqasının ailə üzvünü təhqir etməklə, böhtan atıb, nalayiq ifadələr işlətməklə mübarizə aparmaq heç yerdə qəbul olunur”.
Deputat onu da vurğulayıb ki, ölkə daxilində hüquq-mühafizə orqanlarına sosial şəbəkələrdə təhqirlə bağlı müəyyən fərdi müraciətlər daxil olur:

“Vətəndaşlar şəxsi münasibətdə olduğu bəzi istifadəçilərin onları sosial şəbəkədə təhqir etməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər. Müasir texniki avadanlıqların imkanları sayəsində həmin şəxsləri müəyyənləşdirib, məsuliyyətə cəlb etmək mümkündür.

Ölkə başçısı isə bu cür məsələlərdə həmişə təmkinli olub. Prezident İlham Əliyev hətta onun əleyhinə yazan mətbuat orqanlarına maddi dəstəyin göstərilməsi, həmin KİV-lərin əməkdaşlarına ev verilməsi məsələsində də hər zaman nümunə olub. Halbuki, yaramaz insanlar xaricdə oturub, ölkə başçısına, vəzifəli şəxslərə qarşı təhqiramiz ifadələr işlətməklə, ölkənin indiki hakimiyyətinin devrilməsi ilə bağlı çağırışlar səsləndirməklə qanun pozuntusuna yol verirlər. Hesab edirəm ki, Orduxan nümunəsi hələlik təkdir. Yəqin ki, hüquq-mühafizə orqanları digərləri barəsində də müvafiq addımlar atacaq”.

Əvvəlki yazı

BAYRAM SƏFƏROV QARABAĞ İCMASININ SƏDRİ POSTUNDAN GEDİR –Qurultayda təşkilata yeni rəhbər seçiləçək

Sonrakı yazı

Gəncədə “DAMLA” aptekində özbaşınalıq – Günelin gizlin satdığı dərmanlar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.