Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) son 5 il ərzində hərbçilərə qarşı planlaşdırılan 4 terror aktının qarşısını alıb.
Bunu FTX-nin Hərbi əks-kəşfiyyat idarəsinin rəisi general-polkovnik Nikolay Yuryev bildirib.
Onun sözlərinə görə, Hərbi əks-kəşfiyyat idarəsi terror yönümlü 6 cinayətin qarşısını alıb və 25 ekstremist qruplaşmanın fəaliyyətini aşkarlayıb.
General-polkovnik bildirib ki, son 5 ildə xüsusi xidmət orqanlarının əməkdaşları hərbi hissələrdən qanunsuz çıxarılan 2 mindən çox odlu silah, iki milyona yaxın sursat, 377 əldəqayırma partlayıcı, eləcə də 32 ton partlayıcı maddə müsadirə edib.