05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Fonddan Bakı Klinik Tibbi Mərkəzə göndərilən şəxsdən pul istəyiblər? – ŞİKAYƏT

16 Dekabr 2018, 12:25
Seçmə
A A
Fonddan Bakı Klinik Tibbi Mərkəzə göndərilən şəxsdən pul istəyiblər? – ŞİKAYƏT
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Səhiyyə Nazirliyinin Bakı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yönəltdiyi xəstədən pul istənildiyi iddia edilir.
Bu barədə Qaynarinfo-ya dodaq qüsurlu doğulan körpəsini əməliyyat üçün xəstəxanaya aparan Şəmkir rayon sakini Rövşən Aslanov bildirib.
 
Ailəsinin maddi durumu ağır olduğundan o, əməliyat üçün Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib. Ərizəsinə cavab gəlib və Səhiyə Nazirliyinin göndərişi ilə uşağı Bakı Klinik Tibbi Mərkəzinin cərrahiyə şöbəsinə aparıb. İlk gün həkimlər göndərişlə gəldiyini bilməyib. Səhər uşağı analiz ediblər və növbəti gün əməliyyat olunacağını bildiriblər.
Şikayətçinin sözlərinə görə, səhər uşağı analiz üçün gətirəndə ondan ödəniş etməsi tələb olunub. O da Mehriban xanımın xətti ilə gəldiyini bildirib və üstündə cəmi 500 manat pul olduğunu deyib. Uşağı əməliyyat edəcək Təmraz həkim bu pulun heç analizlərin xərcini ödəmədiyini bildirərək, əməliyyatdan imtina edib.
Rövşən Aslanov yenidən Səhiyyə Nazirliyinə müraciət edib və bu dəfə onu xəstəxananın şöbə müdirinə yönləndiriblər. Şikayətçini baş həkimin müavini Adil Salahov qarşılayıb. O, uşağın yaş və çəkisinin əməliyyat üçün uyğun olmadığını və 6 ay sonra yenidən müraciət etməsini söyləyib.
Lakin Mərkəzi Kliniki Xəstəxanada dodaq qüsuru olan 4 aylıq qızın vaxt keçməmiş əməliyyat olunmalı olduğu bildirilib. Rövşən Aslanov bu səbəbdən onu Mərkəzi klinikada analiz etdirib və iki gün sonra əməliyatı üçün təcili pul axtarır.
Kliniki Tibbi Mərkəz Təmraz Quluyev barəsində deyilənlərin əsassız olduğunu və özünün damaq-dodaq yarıqları ilə məşğul olmadığını deyib:
“Çox söz deyə bilərlər. Fakt var?! Mən bilirəm söhbət kimdən gedir. Tamamilə səhv məlumatdı. Mehriban xanıma müraciət məsələsi olmayıb. O, Səhiyyə Nazirliyinin xətti ilə gəlib. Daha doğrusu o, Şəmkir rayon xəstəxanasının baş həkiminə yazıb. Əslində o heç Bakı Kliniki Tibbi Mərkəzinə deyil, Mərkəzi Klinik Xəstəxanaya göndərilməliydi. “Semaşko” Bakı sakinləri üçündür. Həmin sənəddə mənim adım yoxdu. Mən damaq dodaq yarıqları ilə məşğul olmuram. Uşaq 3 aylıqdır. Uşağın yaşı, çəkisi əməliyyat üçün uyğun olmadığından və deffekt də mürəkkəb olduğuna görə əməliyyat etmək hələ tezdir. Ona bir neçə yerdə də bunu deyiblər. Amma istəyir ki, birtəhər eləsin, əməliyyat olunsun, bitsin. Axı əməliyyatın da müəyyən dövrləri var. Xəstəxanamızın digər mütəxəssisləri də baxıb. Demişik ki, 2-3 keçəndən sonra, gəl təmənnasız şəkildə əməliyyat edək”.
Bakı Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahov da əməliyyat üçün çox erkən olduğunu deyib və pul söhbətindən xəbəri olmadığını bildirib:
“Yadımdadı, belə bir adam gəlmişdi. Mən də baxdım və professor Yunus həkimə də göstərdik. Uşaq deyəsən 3 aylıq idi. Məsləhət gördük ki, 2-3 ay keçsin sonra əməliyyat edərik. Pul söhbətindən xəbərim yoxdur. Təmraz həkimin yanında olub, sonra nazirlik xətti ilə mənə yönləndirmişdilər. Mən ilk dəfə görürdüm. Dediyim kimi bizdə bu əməliyyat heç cür ola bilməz. Uşağı öldürə bilmərik ki?! Əlləşirik ki, uşaqlarımız rahat olsun, fəsad olmasın. İndi əməliyyat olunsa, damaqla dodaqdan ayrıla bilər. Ona nömrəmi də vermişəm ki, gəlməmişdən qabaq əlaqə saxlasın”.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə dövlət xəstəxanalarında pul istənilməsinin qanunsuz olduğunu deyib. O, məsələ haqda tam məlumatlı olmadığını da sözlərinə əlavə edib:
“Pul istəyiblərsə, şikayət eləsin, məhkəməyə versin, qaynar xəttə zəng eləsin. Biz də pul istəyən həkimin cəzalandırılmasının tərəfdarıyıq. Məsələdən tam xəbərdar deyiləm. İş günü olmadığından da bunu araşdıra bilmirəm. Birinci gün məsələni araşdırdıqdan sonra sizə məlumat verə bilərəm”.
Əvvəlki yazı

ABŞ-Türkiyə-Rusiya əməkdaşlığı Fəratın şərqindən başlaya bilər – TƏHLİL

Sonrakı yazı

Hacı Mazanın oğlu DİN-dəki yüksək vəzifəsindən uzaqlaşdırıldı

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.