02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

«MƏNDƏN 1 MİLYON DOLLAR İSTƏDİ…» – Araz Əlizadəyə ŞOK ittiham

11 Dekabr 2018, 22:23
Gündəm
A A
«MƏNDƏN 1 MİLYON DOLLAR İSTƏDİ…» – Araz Əlizadəyə ŞOK ittiham

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə 2015-ci ilin parlament seçkiləri öncəsi seçki təbliğatını aparmaq üçün Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqovdan 1 milyon dollar pul istəyib.

Bu barədə “ölkə.az”a Söyün Sadıqov özü məlumat verib. Azərbaycanlı oliqarxın sözlərinə görə, Araz Əlizadə deputat seçildiyi təqdirdə həmin pulun müqabilində onun fəaliyyətilə bağlı Azərbaycanda geniş təbliğat işi quracağını vəd edib: “2015-ci ilin parlament seçkiləri ərəfəsi idi. Araz Əlizadə ortaq tanışımız olan Vaqif adlı kiçik iş adamının vasitəsilə mənimlə görüşdü. Görüş zamanı Araz Əlizadə məndən xahiş etdi ki, onun seçki hazırlıqlarına sponsorluq edim və ona 1 milyon pul verim. Əvəzində isə Araz Əlizadə mənim fəaliyyətimlə bağlı geniş təbliğat işi aparacağını vəd etdi. Mən isə bununla qəti razı olmadım. Araz Əlizadəyə dedim ki, mənim Azərbaycanda təbliğ olunmağıma ehtiyac yoxdur. Mən Azərbaycan vətəndaşı deyiləm ki, orada ictimai-siyasi proseslərdə iştirak edim, təbliğ olunum və sairə. Mən buna ehtiyac olmadığını söylədim. Bu görüşun olmasına və Araz Əlizadənin məndən 1 milyon pul istəməsinə Vaqif adlı kiçik iş adamı da şahiddir”. S.Sadıqov bildirib ki, indi Araz Əlizadənin onun və “Milyonerlər ittifaqı” kimi tanınan şəxslərin əleyhinə danışması məhz buradan qaynaqlanır.

araz e

Məsələ ilə bağlı müsavat.com-a danışan ASDP sədri, deputat Araz Əlizadə bunları bildirdi: “Göbbels deyib yalan nə qədər həyasız olsa, bir o qədər sürətlə yayılar. Yəqin Söyün Sadıqov həmin sistemlə gedir. Əvvəla, onu deyim ki, 2013-ci ildə “Milyarderlər ittifaqı” yaradılanda mən onları tənqid etmişəm və onları xalqı sevməyən məxluqlar adlandırmışam. Onların Azərbaycanda yaratdıqları Milli Şuranı isə “milli şurik”lər adlandırmışam. Belə olan halda mən necə ola bilər ki, 2015-ci ildə Söyün Sadıqova müraciət edim ki, mənə pul lazımdır? Ən qəribəsi odur ki, mənim Vaqif adlı nə kiçik, nə böyük iş adamı tanışım var. Mənim bir dənə Vaqif adlı tanışım var, bizim partiyanın üzvüdür, yazığın gözləri çox pis görür, vaxtaşırı ona kömək edirəm. Ən əsası da mən 2013-cü ildən bu yana Moskvada olmamışam”.

A.Əlizadə ardınca dedi ki, ömrü boyu heç kəsdən pul istəməyib: “Əgər həyat elə gətirsə ki, daha ölüm ayağındayam, ya da yaxınlarımın vəziyyəti çox pisdir, mən elə adama ağız ataram ki, onu tanıyım. Mən Söyün Sadıqovu bir dəfə görmüşəm, YouTube-də, o adamın ermənilərlə görüşü var idi. Deyirdi ki, ermənilər onun can-ciyəridir, qardaşıdır, “bir millətik”, heç kəs bir-birinə bu qədər yaxın deyil, nə qədər ki, biz ermənilərə yaxınıq”.

ASDP sədrindən seçkilərə nə qədər pul xərclədiyini də soruşduq. “Mən 2013-cü il prezident seçkilərinə təxminən 7-8 min, parlament seçkilərinə isə 1000 manat pul xərcləmişəm. Parlament seçkilərinə 1 milyon xərcləyənin başı xarabdır, onu dəlixanaya salmaq lazımdır” – deyə, bildirdi. Əlavə etdi ki, onun bu qədər pulu 90-cı illərin əvvəllərində, bizneslə məşğul olarkən olub. Mən pulu xərcləyəndə fikirləşirəm: bunun əhəmiyyəti var, ya yox? Mən parlament seçkilərinə o qədər pul xərcləməyə lüzum görmürəm. Onu da deyim ki, mən ömrümdə görmədiyim adamdan – tutaq ki, lap bizi görüşdürüblər – 1 milyon istəyirəm? Onda 10 milyon istəyərdim də, niyə 1 milyon? Onun 1 milyonu varsa, alsın qatığı, çəksin başına, bəlkə ordan bir az ona ağıl gələr”. A.Əlizadə dedi ki, dediyi sözlərin arxasında durur.

Əvvəlki yazı

DİREKTORUN 5-Cİ MƏRTƏBƏDƏN ATDIĞI XANIM NAZİRİN QOHUMUDUR – Fotolar (Yenilənib)

Sonrakı yazı

Baş Prokurorluq Ukraynadakı səfirliyimizdə istintaqa başladı – RƏSMİ

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

29 Yanvar 2026, 16:23
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

29 Yanvar 2026, 16:22
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

29 Yanvar 2026, 16:20
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

29 Yanvar 2026, 16:18
Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

28 Yanvar 2026, 17:41
İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

28 Yanvar 2026, 17:39
Xalq rəssamının qızı həbs olundu

Xalq rəssamının qızı həbs olundu

28 Yanvar 2026, 17:36
Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar 2026, 17:34
İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28 Yanvar 2026, 17:32
15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

28 Yanvar 2026, 17:31
İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

28 Yanvar 2026, 17:28
“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

28 Yanvar 2026, 17:25
Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

28 Yanvar 2026, 17:21
Bayramov çinli həmkarı ilə görüşdü

Bayramov çinli həmkarı ilə görüşdü

28 Yanvar 2026, 17:19

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.