02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ARMATUR QALMAQALININ PƏRDƏARXASI – “”Bakı Steel Company” qiymətləri diktə etməyə çalışır”

11 Dekabr 2018, 10:45
Seçmə
A A
ARMATUR QALMAQALININ PƏRDƏARXASI – “”Bakı Steel Company” qiymətləri diktə etməyə çalışır”

Ekspert: “”Baku Steel Company”nin özünün keyfiyyətli məhsul istehsal etməsi məsələsi ilə bağlı da problemlər yaşanıb”

 

Son zamanlar ölkə mətbuatında xaricdən gətirilən armaturların keyfiyyətsiz olması ilə bağlı məlumatlar yayılır. Bildirilir ki, bu armaturlar keyfiyyətsiz olmaqla yanaşı, həm də ucuzdur. Nəticədə isə alıcılar ucuz məhsulları almağa üstünlük verdikləri üçün yerli istehsalçılar çətin vəziyyətə düşüblər. “Yeni Müsavat” ın araşdırması nəticəsində məlum olub ki, hazırda bazarda doğrudan da İran armaturlarının qiyməti yerli istehsaldan ucuzdur. Lakin bu, həmin məhsulun heç də keyfiyyətsiz olduğunu isbatlamır.

Armatur alqı-satqısı ilə məşğul olan Nicat Məmmədov qəzetimizə bildirdi ki, qiymətlərdə fərq var: “”Baku Steel Company”nin materialı 90 qəpik, sex malı 65 qəpik, İrandan gətirilən material isə 85 qəpikdir. Marka olaraq İran armaturu Azərbaycan materialından güclüdür. Yəni İrandan gətirilən armatur 500 markadır, Azərbaycan materialı isə 450 markadır. Ancaq ucuzluğunun səbəbinin nədən qaynaqlandığını söyləyə bilmərik. İnsanlar daha çox sex malına üstünlük verirlər. Deyirlər ki, armatur-armaturdur, nə fərqi var. “Baku Steel Company” isə qiymətləri çox baha qoyduğu üçün müştərilər bu materialı almaq istəmirlər. Burada başqa bir məsələ yoxdur. Keyfiyyət məsələsi doğru deyil. İllərdir ki, Bakıda Rusiya, İran armaturları satılır. Hələ indiyə qədər kimsə bu materialların keyfiyyətindən şikayətlənməyib. Hələ bu materiallar xaricdən gətirilir və bunların gömrük, vergi xərcləri olur. Bununla belə, ucuzdursa, deməli, problemi ölkədəki istehsalda axtarmaq lazımdır”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan Natiq Cəfərli bildirib ki, keyfiyyətlə bağlı yazılanların sənədləşmiş sübutu yoxdur:“Deməli, məhsulların Azərbaycana gətirilməsində keyfiyyət sertifikatı ilə bağlı sənədlər normal səviyyədədir ki, gömrükdən bu məhsulları ölkəyə keçirmək mümkün olur. Başqa cür olsaydı, gömrükdən məhsulları ölkəyə keçirmək mümkün olmazdı. Yaxud da belə çıxır ki, gömrükdə ciddi korrupsiya kanalı var ki, ölkəyə belə bir material buraxılır. Ancaq son zamanlar gömrük orqanlarında aparılan islahatlar deməyə əsas verir ki, rəsmiləşdirmələr kifayət qədər ciddiləşib. Yəni keyfiyyətlə bağlı yazılanların hələ ki sənədləşmiş sübutu yoxdur. Nə mətbuatda, nə bu işlə məşğul olanlar arasında keyfiyyətlə bağlı məsələ sübut olunmayıb. Qiymətlərə gəlincə isə burada da məsələ müəmmalıdır. Təbii ki, ”Baku Steel Company” yerli şirkətdir və burada yerli xammaldan istifadə olunur. Şirkətin əslində özünün keyfiyyətli məhsul istehsal etməsi məsələsi ilə bağlı da problemlər yaşanıb. Çünki istehsalda təkrar xammal mühüm rol oynayır.

101989_src

Bu təkrar xammal isə Bakının bütün hər yerindən toplanan, paslanmış, korroziyaya uğrayaraq metal keyfiyyəti zəifləmiş məhsullardır. Çox zaman da armaturlar bu kimi məhsulların təkrar emalından istehsal olunur. Bütün bunları nəzərə aldıqda söyləyə bilərik ki, əslində istehsal edilən armaturun maya dəyəri çox aşağı olmalıdır. İlkin xammaldan, daş filizindən istifadə edilsəydi, qiymətlərin baha olması anlaşılardı. Çünki burada maya dəyəri yüksək olacaqdı. Eyni zamanda belə olardısa, bunun daşınma xərcləri də yüksək olardı. Təkrar emalda isə daha ucuz başa gəlir. Bu məntiqlə “Baku Steel Company”nin məhsularının qiyməti daha aşağı olmalı idi. Sadəcə olaraq, Azərbaycanda bu sahədə  ciddi rəqabət mövcud olmadığı üçün bazarın böyük bir hissəsinə qeyd etdiyimiz şirkət diktə edir. Nəticədə onlar həm də qiyməti də diktə etməyə çalışırlar ki, bazarda böyük üstünlüyə malik olsunlar. Bütün bunların nəticəsində istənilən ölkədən gətirilən armaturla bağlı belə bir iddia səsləndirilir ki, həmin məhsulların keyfiyyət göstəriciləri daha aşağıdır. Əslində keyfiyyət göstəricilərinin aşağı olması, sənədlə, laborator analizlərlə sübut olunmalıdır”.

İlgili resim

Ekspert bildirib ki, xarici ölkələrdə bu cür hal yaşansaydı, İranın armaturlarını satan dilerlər məhkəməyə müraciət edərdi: “Hər bir məhsulun bir maya dəyəri var. Nə qədər İran realı ucuz olsa da, devalvasiya prosesi getsə də son nəticədə hesablamalar dollar üzərindən aparılır. Yəni maya dəyərinin nə qədər aşağı olmasına realın məzənnəsi təsir etmir. Əslində bunun elektrik enerjisi, insan əməyi, xammalı var. Yəni maya dəyəri məhsulun istənilən halda üzərinə gəlir. İstər bunu manatla hesabla, istərsə də realla, dollarla və sairə. Bütün bunların maya dəyərindəki fərqi dəyişmir. Ona görə də yeganə bir irad  ondan ibarətdir ki, Azərbaycanda manat-dollar münasibətləri sabit olduğu üçün İran məhsullarını bizim ölkədə satmağa üstünlük verir. Nəticədə Azərbaycanda məhsulların dəyərini manatla alıb, sonra onu dollara çevirərək, ölkədən çıxarıblar.  Bunu irad kimi bildirmək də gülüncdür. Çünki biznesin qaydaları budur. Bəyəm sərhədləri qapatmalıyıq ki, ölkədən dollar çıxmasın? Bu, biznesin azad şəkildə fəaliyyət göstərməsinə maneə yarada bilər”.

 

Əvvəlki yazı

Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə…”

Sonrakı yazı

Azərbaycanda universitet rektoru 5 il müddətinə təyin ediləcək

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

29 Yanvar 2026, 16:23
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

29 Yanvar 2026, 16:22
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

29 Yanvar 2026, 16:20
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

29 Yanvar 2026, 16:18
Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

28 Yanvar 2026, 17:41
İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

28 Yanvar 2026, 17:39
Xalq rəssamının qızı həbs olundu

Xalq rəssamının qızı həbs olundu

28 Yanvar 2026, 17:36
Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar 2026, 17:34
İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28 Yanvar 2026, 17:32
15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

28 Yanvar 2026, 17:31
İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

28 Yanvar 2026, 17:28
“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

28 Yanvar 2026, 17:25
Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

28 Yanvar 2026, 17:21
Bayramov çinli həmkarı ilə görüşdü

Bayramov çinli həmkarı ilə görüşdü

28 Yanvar 2026, 17:19

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.