Bu gün iqtisadi, maliyyə, analitik materiallar, rəy və proqnozlar, tematik məqalələr, maliyyə bazarı haqqında operativ məlumatlar təqdim edən İnsider.az saytının 1 yaşı olur. Artıq bir ildir ki, insider.az oxucularının ixtiyarındadır. Bir il az zamandır, baxır kimin üçün. İnsider.az peşəkar komandanın, bacarıqlı jurnalistlərin və redaktorun səyi ilə bu kiçik zamanda öz oxucu auditoriyasını formalaşdırıb. Saytın özünəməxsus auditoriyası var. Bu auditoriya iqtisadi sahədə fəaliyyət göstərən dövlət strukturlarından, ölkənin iqtisadi sektorunda çalışan oxucu kütləsindən tutmuş tələbələrə qədər böyük bir kateqoriyanı əhatə edir. Saytın mühüm fərqlilikləri sırasında onun kontent və funksionallıq baxımından bazarda yeni brend olmaq və tədricən ekspert imici qazanmaq, internetə çıxışı olan hər kəsin informasiyaya ehtiyacını ödəmək, xüsusi maraq əhatəsi olan mövzularda bir platformada çıxış etmək, forum və konfransların real zamanda birbaşa translyasiya olunması, iqtisadi sahədə ekspert mövqeyinə yüksəlmək və peşəkar iqtisadçıları öz ətrafına toplayan platformaya çevrilmək hədəfidir.