11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Arvadını döyərək burnunu sındıran ər: “Taksidən düşəndə mənə qarşı nalayiq ifadələr işlətdi”

14 Yanvar 2026, 14:42
Kriminal
A A
Arvadını döyərək burnunu sındıran ər: “Taksidən düşəndə mənə qarşı nalayiq ifadələr işlətdi”

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Cabir Rəfiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Cabir Rəfiyevin aylıq qazancından 10% dövlət nəfinə pul tutulmaqla o, 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum olunub.

İttihama görə, hadisə 08 noyabr 2025-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.

Belə ki, Cabir Rəfiyev həyat yoldaşı, zərərçəkmiş Fəridə Rəfiyeva (adı, soyadı şərtidir) ilə aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla onun burun nahiyəsindən bir dəfə vurub. Nəticədə zərərçəkmiş şəxsə burun sümüklərinin yerini dəyişmiş qapalı sınığı, cərrahi müdaxilə yolu ilə repoziya olunmuş burun sınığı, burun və hər iki gözətrafı nahiyələrin qançırları ilə müşayiət olunan xəsarətlər yetirilib. Ekspertiza rəyinə görə, xəsarətlər zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayıb, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olub və qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilib.

Bununla da, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunub.

Məhkəmə istintaqı zamanı Cabir Rəfiyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Fəridə ilə təxminən 5 il əvvəl ailə həyatı qurduğunu, 3 il əvvəl rəsmi nikaha daxil olduqlarını və nikahdan bir azyaşlı övladlarının olduğunu deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, son bir il yarım ərzində rəsmi boşanma olmasa da, faktiki olaraq ayrı yaşayıblar.

Cabir Rəfiyev hadisədən bir neçə gün əvvəl övladını görmək məqsədilə zərərçəkmiş şəxslə əlaqə saxladığını, 08 noyabr 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərində metronun “Koroğlu” stansiyası yaxınlığında görüşdüklərini və taksi ilə Sabunçu qəsəbəsi ərazisinə hərəkət etdiklərini qeyd edib. O, taksidən düşərkən Fəridənin ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən emosional vəziyyətə düşdüyünü və bu zaman bir dəfə yumruqla burun nahiyəsindən zərbə vurduğunu, daha sonra isə hadisə yerindən uzaqlaşdığını deyib.

Məlumata görə, baş verən mübahisə qısa müddət davam edib və hadisə zamanı şahid olmayıb.

Əvvəlki yazı

TƏBİB Vətən müharibəsi veteranı olan stomatoloqu işdən çıxardı – ETİRAZ

Sonrakı yazı

Bu məhsullar bahalaşıb – Siyahı

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.