03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TƏBİB Vətən müharibəsi veteranı olan stomatoloqu işdən çıxardı – ETİRAZ

14 Yanvar 2026, 14:34
Təbib
A A
TƏBİB Vətən müharibəsi veteranı olan stomatoloqu işdən çıxardı – ETİRAZ

Son günlər Azərbaycanın rayonlarında fəaliyyət göstərən stomatoloqların işdən çıxarılmaları ilə bağlı etirazlar artır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işdən azad etdiyi həkimlər arasında Vətən müharibəsi veteranları, çoxuşaqlı həkimlər də var.

 

Qərara etiraz edənlərdən biri Neftçala Rayon Mərkəzi xəstəxanasının həkim-stomatoloqu Üzeyir Hüseynov Pravda.az-a şikayətində deyib ki, TƏBİB tərəfindən kütləvi informasiya vasitələrinə təqdim edilən rəsmi açıqlamada stomatoloq həkimlərin ixtisarı ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad edildiyi bildirilir.

 

“Vətən müharibəsi veteranıyam. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə mükafatlandırılmışam və təqaüd alıram. Eyni zamanda himayəmdə dörd övladım var. Sadaladığım hallar Əmək Məcəlləsinin 78.2-ci hissəsində ixtisar zamanı işdə saxlanılmaya üstünlük verən əsaslar sırasında birbaşa nəzərdə tutulur. Qanuna əsasən, peşəkarlıq səviyyələri eyni olduqda qeyd olunan kateqoriyaya aid olan işçilərin işdə saxlanılması məcburidir. Sahil Babayev əmək və əhalinin sosial müdafiə naziri vəzifəsində çalışarkən bildirmişdi ki, veteranları işlə təmin edirik, 80 manat veteran təqaüdü buna görə artırılmır. TƏBİB isə bunu inkar edir, deyir ki, get 80 manatla dolan. Bu nə qədər düzgündür? Əlavə olaraq bildirirəm ki, TƏBİB tərəfindən stomatoloji fəaliyyət üçün heç bir maddi-texniki təminatın, dərman vasitələrinin və tibbi materialların ayrılması ilə bağlı mənə hər hansı yazılı və ya sənədli sənəd təqdim edilməyib. Maddi-texniki təminat təqdim edilmədiyi halda, həkimlərdən tibb müəssisəsinin balansına pul köçürülməsinin tələb edilməsi və bu əsasla ittiham irəli sürülməsi hüquqi baxımdan yolverilməzdir. Stomatoloji xidmətlərin maliyyələşdirilməsi üçün TƏBİB tərəfindən heç bir vəsait ayrılmayıb. Buna baxmayaraq, TƏBİB-in rəsmi mövqeyində Əmək Məcəlləsinin 78.2-ci maddəsini faktiki olaraq qüvvədən saldığı iddia edilən daxili qaydalara istinad edilərək, yalnız daha çox maliyyə vəsaiti köçürən həkimlərin “peşəkar” hesab edildiyi bildirilir. Mən də bildirirəm ki, heç bir daxili normativ akt Azərbaycan Respublikasının Əmək Məcəlləsindən üstün ola bilməz və 78.2-ci maddəni qüvvədən sala bilməz. Peşəkarlıq səviyyəsinin yalnız maliyyə göstəriciləri ilə müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmamış, tibbi fəaliyyətin keyfiyyətini əks etdirməyən, obyektivliyi sübut olunmamış meyar olmaqla hüquqi əsasdan məhrumdur. Peşəkarlıq səviyyəmin aşağı olması ilə bağlı attestasiya, rəsmi qiymətləndirmə və ya intizam tənbehi də mövcud deyil. Xüsusilə vurğulayıram, cənab İlham Əliyev dəfələrlə söyləyib ki, dövlət orqanları bütün sahələrdə müharibə veteranlarına, qazilərə və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşmalıdırlar. Bu prinsipin TƏBİB tərəfindən gözardı edilməsi həm hüquqi, həm də institusional məsuliyyət yaradır. Bütün bunları nəzərə alaraq bildirirəm ki, mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 78.2-ci hissəsinin tələblərinə ziddir və qanunsuzdur”, – o etiraz edib.

 

Pravda.az tərəfindən TƏBİB-ə ünvanlanan sorğuya gələn cavab isə belə olub: “Sorğuda vurğulanan həkim-stomatoloqların ödənişi məsələsinə aydınlıq gətirilməsi zərurəti var. Belə ki, həkim-stomatoloqların göstərdikləri tibbi xidmətə görə tibb müəssisəsinə daxil olan xidmət haqqı stomatoloji xidmətdən yararlanmış vətəndaş (pasiyent) sayını müəyyənləşdirmək üçün meyar olaraq nəzərdə tutulub. Göstərilən xidmətdən daxil olan vəsaitin çox olması həmin həkimin daha çox vətəndaş qəbul etməsinin göstəricisidir. Daha çox vətəndaş qəbulu həyata keçirmiş həkimin daha çox üstünlük verilən həkim olmasının, bu da öz növbəsində daha peşəkar olmasının göstəricisi olaraq dəyərləndirilmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin 2-ci hissəsinə əsasən, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir.

 

1. şəhid ailəsinin üzvlərinə;

 

2. müharibə iştirakçılarına;

 

3. əsgər və zabitlərin arvadına (ərinə);

 

4. öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara və s.

 

Maddənin məzmunundan da göründüyü kimi, 78-ci maddə dairəsinə düşən işçilər peşəkarlıq səviyyəsinə görə digər işçilərlə eyni olduğu halda onların işdə saxlanılmasına üstünlük verilir. Əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilərin siyahısı isə Əmək Məcəlləsinin 79-cu maddəsində sadalanmışdır ki, sorğuda sadalanan parametrlərdə 79-cu maddə dairəsinə daxil deyildir. TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində həkim-stomatoloqların ixtisar prosesi qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilir. O cümlədən TƏBİB publik hüquqi şəxs statusunda olmaqla səhmləri dovlətə məxsus özünüidarəetmə orqanıdır. Publik hüquqi şəxslər haqqında qanunun 7.2 bəndinə əsasən publik hüquqi şəxsin əmlakı həm də fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əl budə edilən daxilolmalardan formalaşır. TƏBİB tabeli müəssisələrdə həkim-stomatoloqların fəaliyyətinin analitik təhlili zamanı stomatoloji xidmətə təlabatın faktiki işçi sayına mütənasib olmadığı müəyyənləşib. Hər bir tibb müəssisəsində ötən il ərzində stomatoloji tibbi xidmətlə əlaqədar vətəndaş müraciət sayına mütənasib həkim-stomatoloq ştat sayının zəruriliyi müəyyənləşdirilib və təlabatdan artıq olan ştatların ixtisar edilməsi zəruriliyi yaranıb. İxtisar prosesləri Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri gözlənilməklə həyata keçirilməkdədir. İxtisar ediləcək işçilər müəyyənləşdirilərkən AR ƏM-nin 77, 78, və 79-cu maddələri nəzərə alınıb”.

 

Üzeyir Hüseynov TƏBİB-in cavabına etiraz edərək əmək müqaviləsinə xitam verilməsi barədə qərara yenidən baxılmasını tələb edir: “Həmçinin ixtisar prosesinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasını, hüquqlarımın pozulmasının aradan qaldırılmasını tələb edirəm. Əks halda, hüquqlarımın müdafiəsi məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidməti, Baş Prokurorluq və məhkəmə orqanlarına müraciət edəcəyəm. Azərbaycan Respublikası Əmək Məcəlləsində “xəstə qəbulu çox olan həkimin peşəkar sayılması” anlayışı mövcud deyil. İxtisar zamanı peşəkarlıq statistik göstəricilərlə deyil, yalnız qanunla müəyyən edilmiş obyektiv meyarlarla qiymətləndirilə bilər. Xəstə sayı hüquqi meyar deyil və Əmək Məcəlləsinin 78-ci maddəsi ilə nəzərdə tutulan üstünlük hüququnu ləğv etmir. Struktur dəyişikliyi təsdiq edən rəsmi sənədlər və alternativ iş təklifi təqdim edilmədikdə ixtisar qanunsuz hesab olunur. Bu səbəbdən statistik və analitik arqumentlər əmək müqaviləsinə xitam üçün hüquqi əsas yarada bilməz. Tərəfimə təqdim edilmiş izahat məktubunda irəli sürülən arqumentlərə cavab olaraq bildirirəm ki, Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə əsasən qeyd olunan izahlar əmək müqaviləsinə xitam verilməsi üçün yetərli və hüquqi əsas hesab edilə bilməz. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, ixtisar zamanı işdə saxlanılmada üstünlük hüququ olan işçilər mövcuddursa, bu hüquq mütləq tətbiq edilməlidir. Həmin üstünlük hüququ statistik, analitik və ya maliyyə əsaslandırmaları ilə məhdudlaşdırıla bilməz. Məcəllənin 70-ci maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə ixtisar əsası ilə xitam verilməsi yalnız real struktur dəyişikliyi baş verdikdə mümkündür. Struktur dəyişikliyini təsdiq edən rəsmi qərar, yenilənmiş struktur sxemi və ştat cədvəli tərəfimə təqdim edilməyib. Məcəllənin 77-ci maddəsinə əsasən, ixtisar zamanı işçiyə mövcud olan alternativ vakansiya və ya başqa iş təklif edilməlidir. Bu öhdəlik də yerinə yetirilməyib.Məcəllənin 79-cu maddəsi ixtisarın qadağan edildiyi şəxslərin siyahısını müəyyən edir və 78-ci maddə ilə nəzərdə tutulan üstünlük hüququnu ləğv etmir. Bu maddəyə istinad hüquqi baxımdan əsassızdır. “Publik hüquqi şəxslər haqqında” qanunun 7.2-ci maddəsi publik hüquqi şəxsin maliyyə mənbələrini tənzimləyir və əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsas yaratmır. Həmin maddəyə istinad əmək hüququ baxımından tətbiq edilə bilməz. Konstitusiyanın 35-ci maddəsinə əsasən, hər kəsin əmək hüququ dövlət tərəfindən qorunur və bu hüquq daxili statistik və maliyyə dəyərləndirmələri ilə məhdudlaşdırıla bilməz. Nəticə isə budur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, tərəfimə münasibətdə qəbul edilmiş ixtisar qərarının qanunsuz olduğu, üstünlük hüququnun pozulduğu və əmək qanunvericiliyinin imperativ tələblərinə əməl edilmədiyi qənaətindəyəm. Bu səbəbdən, qəbul edilmiş qərarın yenidən baxılmasını, hüquqlarımın bərpa olunmasını və nəticə barədə rəsmi yazılı cavabın təqdim edilməsini tələb edirəm. Əks halda, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Dövlət Əmək Müfəttişliyi Xidməti və məhkəmə instansiyalarına müraciət etmək hüququmu saxlayıram”

Əvvəlki yazı

Rüfət Bədirovun 1,7 milyonluq əmlakı hərracda satılacaq

Sonrakı yazı

Arvadını döyərək burnunu sındıran ər: “Taksidən düşəndə mənə qarşı nalayiq ifadələr işlətdi”

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51
Ədliyyə generalı Tərtərə prokuror göndərildi

Ədliyyə generalı Tərtərə prokuror göndərildi

02 Fevral 2026, 13:50
Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

Teymur Musayev Karantin Mərkəzinin direktorunu vəzifəsindən azad edib

02 Fevral 2026, 13:10
Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

Deputat: “Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək”

02 Fevral 2026, 12:46
Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

Zakir Fərəcovun sevimli şirkətləri – 6,4 milyonluq sifarişin izi ilə

02 Fevral 2026, 12:24
Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.