Bu gün Editor.az informasiya portalının fəaliyyətə başlamasından 13 il ötür.
2012-ci ildən etibarən fəaliyyət göstərən portal bu illər ərzində Azərbaycanın internet media məkanında özünəməxsus yer və nüfuz qazanıb.
Portalın informasiya bloklarında ölkənin siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbərlər, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar geniş şəkildə təqdim olunur.
Fəaliyyətə başladığı ilk gündən Editor.az dəqiq və qərəzsiz informasiya vermək, hadisələrə obyektiv yanaşmaq və mütəxəssis rəylərini oxuculara çatdırmaq prinsipinə sadiqdir.
Operativ, dəqiq və tərəfsiz informasiya siyasəti yürüdən Editor.az bütün aparıcı sosial şəbəkələrdə aktiv şəkildə fəaliyyət göstərir və geniş auditoriya tərəfindən izlənilir.
Editor.az həmçinin Türkiyə, Ukrayna, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Litva, Estoniya və Pakistanın nüfuzlu media qurumları ilə əməkdaşlıq haqqında memorandumlar imzalayaraq beynəlxalq informasiya mübadiləsini daha da genişləndirib.Bu gün Editor.az-ın Azərbaycanın bütün bölgələrində, eləcə də bir sıra xarici ölkələrdə geniş və dinamik izləyici auditoriyası mövcuddur.
Reportyor.info informasiya portalı adından həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.




















