Noyabrın 20-da doğma yurduna yola salınan köç karvanı Hadrut qəsəbəsinə çatıb.
Bu mərhələdə Xocalının Şuşakənd kəndinə köçürülən 54 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.























