Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində kəsildiyi bildirilən 20 ədəd iri gövdəli eldar şamı ilə bağlı məsələyə aydınlıq gətirib.
Reportyor.info-ın sorğusuna cavab olaraq qeyd olunub ki, sözügedən ərazidə qurumuş ağaclar müvafiq dövlət qurumunun rəyi əsasında bir müddət öncə götürülüb.
“Həmin əraziyə yeni ağacların əkimi təmin edilib”, – açıqlamada bildirilib. (Pravda.az)




















